Cümə günü, 06 noyabr 2026
     

Mədəniyyət fənni barədə nazirliyin açıqlaması suallar yaratdı - tarix, ədəbiyyat dərsləri necə olacaq...

Image


Kamran Əsədov: “Tarix və ədəbiyyatın ayrıca fənn kimi mövqeyi qorunmalı, mədəniyyət fənni isə onları tamamlayan, sistemləşdirən və dərinləşdirən rol oynamalıdır”

Məktəblərdə tarix, ədəbiyyat və incəsənət mədəniyyət fənnində birləşəcək. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyası sadəcə mədəniyyət sahəsi üzrə strateji sənəd deyil, həm də təhsil, ictimai düşüncə və milli kimlik arasında körpü yaradan fundamental bir yol xəritəsidir. “Xüsusilə 2026-2030-cu illər üçün nəzərdə tutulan mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi ideyası Prezidentin “milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncəli cəmiyyət” modelinin praktik təzahürü kimi qiymətləndirilə bilər".

O, qeyd edib ki, bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə keçirməyi hədəfləyir:"... Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə, milli-mənəvi dəyərlərə münasibətini formal bilik səviyyəsindən çıxararaq, daxili mənimsəmə və şüurlu dərk mərhələsinə keçirməyi hədəfləyir. Eyni zamanda, bu Konsepsiya Prezidentin mədəniyyəti yalnız paytaxt mərkəzli deyil, regionları, yerli irsi, xalq yaradıcılığını və çoxşaxəli mədəni müxtəlifliyi əhatə edən ümummilli dəyər kimi görməsinin də göstəricisidir. Təhsil müstəvisində mədəniyyətin yer alması regionlarda böyüyən uşaqların öz mühitinə, yerli adət-ənənələrinə və tarixi yaddaşına daha şüurlu yanaşmasını təmin edə bilər.

Bu mənada Konsepsiyada nəzərdə tutulan yeni fənnin tətbiqi Prezidentin mədəniyyəti gələcəyə ötürülən strateji kapital kimi dəyərləndirməsinin məntiqi davamıdır və düşünürəm ki, bu yanaşma Azərbaycan təhsilinin məzmun baxımından daha dərin, daha kimlikyönümlü və daha dayanıqlı inkişafına ciddi töhfə verəcək".

Tarix, ədəbiyyat və incəsənət bir mədəniyyət fənnində birləşəcək. Burada Prezidentinin imzaladığı

konsepsiya müzakirə olunmur, söhbət mədəniyyət fənninin tədris olunmasından gedir.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibinin verdiyi açıqlamadan bəlli deyil ki, tarix fənni ayrılıqda tədris olunacaq, yoxsa yox? Ədəbiyyat fənni ayrılıqda tədris olunacaq, yoxsa bunlar hamısı bir mədəniyyət fənninin içində tədris olunacaq. Buna aydınlıq gətirilmir. Məsələ budur.

Sənəddə deyilib ki, konsepsiyaya uyğun olaraq mədəniyyət fənni ayrıca tədris olunsun. Yaxşı. Amma bu açıqlamadan məlum deyil ki, əgər mədəniyyət fənninin içində tarix, ədəbiyyat, incəsənət nəzərdə tutulursa onda bunlar ayrı-ayrılıqda yenə də tədris olunacaq, yoxsa tarixin, ədəbiyyatın, incəsənətin ayrıca fənn kimi tədrisi dayandırılacaq? Nə baş verəcək?

Bu nə izahdır? Belə çıxır ki tarix fənni ayrıca olmayacaq? Ədəbiyat fənni ayrıca olmayacaq? Necə başa düşək? Nazirliyin əməkdaşının verdiyi izah tam təsəvvür yaradırmı?

“Bu fənlərin ayrıca struktur və saat yükü saxlanılmadan...”

Təhsil eksperti Kamran Əsədov baki-xeber.com-a ilk növbədə qeyd etdi ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi və ayrıca fənn kimi tədrisi ideyası strateji baxımdan düzgün istiqamət kimi təqdim olunur, lakin bu ideyanın icra mexanizmi ilə bağlı ictimaiyyətə verilən açıqlamalar hələlik tam və aydın təsəvvür yaratmır. “Burada əsas problem konsepsiyanın özü yox, onun təhsil məzmununa necə tətbiq ediləcəyinin dəqiq izah edilməməsidir.

Konsepsiyada mədəniyyət fənninin ayrıca tədrisi nəzərdə tutulur və bu yanaşma mahiyyət etibarilə müsbət addımdır. Çünki mədəniyyət yalnız incəsənət və folklor deyil, milli kimlik, tarixi yaddaş, estetik düşüncə, dəyərlər sistemi və vətəndaş mövqeyidir. Dünya Bankının və OECD-nin təhsil hesabatlarında da göstərilir ki, humanitar və mədəni məzmunun güclü olduğu ölkələrdə şagirdlərin tənqidi düşünmə, analitik təhlil və sosial adaptasiya bacarıqları daha yüksək olur. Məsələn, PISA 2022 nəticələrinə görə, humanitar fənlərin inteqrativ tədrisinə üstünlük verən Finlandiya və Kanada kimi ölkələrdə oxu savadlılığı üzrə orta göstərici OECD ortalamasından təxminən 20–25 bal yuxarıdır.

Azərbaycan qanunvericiliyində də bu yanaşmanın hüquqi əsası mövcuddur. “Təhsil haqqında” Qanunun 6-cı maddəsində təhsilin əsas məqsədlərindən biri kimi “milli-mənəvi dəyərlərə, tarixi irsə və mədəniyyətə hörmət ruhunda şəxsiyyət formalaşdırılması” açıq şəkildə qeyd olunur. Həmçinin “Ümumi təhsil haqqında” Qanunda ümumi təhsilin məzmununun milli və ümumbəşəri dəyərlərə əsaslanması vurğulanır. Bu baxımdan mədəniyyət fənninin ayrıca tədrisi hüquqi baxımdan da ziddiyyət təşkil etmir, əksinə, qanunun ruhuna uyğundur.

Müsbət tərəf ondan ibarətdir ki, mədəniyyət fənni tarix, ədəbiyyat və incəsənət arasında süni sərhədləri aradan qaldıraraq şagirdə bütöv dünyagörüşü qazandıra bilər. Bu fənn vasitəsilə tarixi hadisələr yalnız xronologiya kimi yox, mədəni kontekstlə, ədəbiyyat yalnız mətn kimi yox, dövrün düşüncə tərzi ilə, incəsənət isə yalnız forma kimi yox, ideya və dəyər daşıyıcısı kimi təqdim oluna bilər. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə təşəbbüsü təhsilin məzmununu zənginləşdirmək baxımından təqdirəlayiqdir və strateji düşüncənin göstəricisidir.

Eyni zamanda risklər də var və bunlar açıq şəkildə nəzərə alınmalıdır. Əgər mədəniyyət fənni tarix və ədəbiyyatın yerini tutmaq, onları ayrıca fənn kimi sıxışdırmaq hesabına formalaşarsa, bu, təhsilin məzmununda ciddi boşluqlar yarada bilər. Tarix fənni dövlətçilik düşüncəsinin, vətəndaş şüurunun əsas dayağıdır. Ədəbiyyat isə dilin, düşüncənin və milli kimliyin daşıyıcısıdır. Bu fənlərin ayrıca struktur və saat yükü saxlanılmadan “ümumi mədəniyyət” adı altında verilməsi biliklərin səthiləşməsinə səbəb ola bilər. Bir çox ölkələrin təcrübəsi bunu göstərir. Məsələn, bəzi Şərqi Avropa ölkələrində 2000-ci illərin əvvəlində humanitar fənlərin həddən artıq inteqrasiyası nəticəsində tarixi biliklərin dərinliyi zəifləyib və sonradan bu model yenidən korrektə edilib”.

K.Əsədovun sözlərinə görə, apardığı statistik müqayisələr də göstərir ki, tarixi və ədəbi biliklərin ayrıca və sistemli şəkildə verildiyi ölkələrdə şagirdlərin vətəndaşlıq kompetensiyaları daha yüksəkdir. Ekspert vurğuladı ki, Avropa Komissiyasının 2021-ci il hesabatına əsasən, tarix fənninə orta məktəbdə həftəlik ən azı 2–3 saat ayıran ölkələrdə gənclərin ictimai proseslərdə iştirak faizi təxminən 10–15 faiz daha yüksəkdir. “Bu, fənnin sadəcə mədəni komponent yox, sosial funksiyasını da göstərir.

Ən həssas məsələ dərslik və müəllif problemidir. Dərslik çətin və strateji məsələdir, burada səthi və tələsik yanaşma yolverilməzdir. Mədəniyyət fənni üçün hazırlanacaq dərsliklər təsadüfi və təcrübəsiz müəlliflərə həvalə edilə bilməz. Bu sahə tarixçi, ədəbiyyatşünas, kulturoloq, pedaqoq və metodistlərin birgə işi olmalıdır. Əks halda ideya nə qədər yaxşı olsa da, icra mərhələsində ciddi keyfiyyət problemləri ortaya çıxacaq. Dünya təcrübəsində, xüsusilə Yaponiya və Cənubi Koreyada bu tip inteqrativ fənlərin dərslikləri illərlə pilotlaşdırılır, sınaqdan keçirilir və yalnız bundan sonra kütləvi tətbiq olunur.

Hesab edirəm ki, layihənin özü müsbət və perspektivlidir, Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü strateji baxımdan alqışlanmalıdır. Nazirlik mədəniyyətin təhsildə rolunu gücləndirməklə gələcək nəsillərin milli kimlik və dəyər sistemini möhkəmləndirməyə çalışır. Lakin uğur üçün əsas şərt aydın model, dəqiq izah, güclü dərslik siyasəti və peşəkar kadrlarla işləməkdir. Tarix və ədəbiyyatın ayrıca fənn kimi mövqeyi qorunmalı, mədəniyyət fənni isə onları tamamlayan, sistemləşdirən və dərinləşdirən rol oynamalıdır. Yalnız bu halda ideya real nəticə verə, təhsilin keyfiyyətinə və cəmiyyətin mədəni inkişafına töhfə verə bilər”-deyə K.Əsədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 10:06
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ