Cümə günü, 06 noyabr 2026
     

100 orta məktəbi itiririk, “mərkəzi məktəb” termini qazanırıq - təhsildə “innovasiya”...

Image


Rizvan Fikrətoğlu: “Demək olmaz ki, bu yanlış modeldir, amma mövcud vəziyyətdə universal və əsas həll yolu kimi uyğun görünməməli idi”

Təhsil sahəsində elə modellərin tətbiqindən danışılır ki, onların reallıqda hansı nəticələr verəcəyi qətiyyən nəzərə alınmır. Bu gün məktəblərdə kadr problemi də var, şagird sayı az olan məktəblərimiz də. Amma o məktəbləri bağlayıb şagirdləri onlayn tədrisə cəlb etmək çıxış yolu deyil. 100 məktəbin bağlanması ideyasının, planının özü yanlışdır.

Fənn müəllimləri olmayan məktəblərə də onlayn qaydada başqa məktəblərdən müəllim cəlb etməyin də məsələnin xeyrinə olacağı güman edilmir. Bu fikirləri təsadüfən səsləndirmədik. ÇünkiAzərbaycanda 2026–2027-ci tədris ilindən etibarən ümumtəhsil sahəsində yeni model tətbiq olunacaq.

Mətbuatın yazdığına görə, bu çərçivədə ölkənin bir sıra məktəblərində distant tədris elementlərindən istifadə ediləcək.

Qeyd olunur ki, bu qərar həmin təhsil müəssisələrinin bağlanması anlamına gəlmir. Yeni mexanizmə əsasən, məktəblərdə müəllim çatışmazlığı olan fənlər distant formatda tədris ediləcək. Məsələn, əgər məktəbdə riyaziyyat müəllimi fəaliyyət göstərirsə, bu fənn ənənəvi qaydada sinif otağında keçiriləcək. Lakin biologiya, fizika, kimya və ya digər fənlər üzrə müəllim olmadıqda, dərslər mərkəzləşdirilmiş məktəblər üzərindən onlayn formatda təşkil olunacaq.

Bu məqsədlə müəyyən təhsil müəssisələri "mərkəz məktəb" statusu alacaq. Həmin məktəblərdə distant dərslərin keyfiyyətli təşkili üçün xüsusi texniki infrastruktur yaradılacaq, müasir avadanlıqla təchiz edilmiş otaqlar ayrılacaq və müəllimlər üçün ayrıca otaqlar fəaliyyət göstərəcək. Şagirdlər isə kompüter və digər zəruri texniki vasitələrlə təmin ediləcək.

Şagirdlər öz məktəblərini tərk etmədən, mərkəz məktəbdə keçirilən dərslərə distant şəkildə qoşularaq tədris prosesində iştirak edəcəklər. Bu modelin tətbiqi regionlarda müəllim çatışmazlığının aradan qaldırılması və təhsilin keyfiyyətinin bərabərləşdirilməsi məqsədi daşıyır.

Eyni zamanda, şagird sayı çox az olan və fəaliyyətini səmərəli şəkildə davam etdirməsi mümkün olmayan bəzi məktəblərin isə tamamilə fəaliyyətini dayandıracağı bildirilir. Həmin təhsil müəssisələrinin şagirdləri distant təhsil formatına keçiriləcək.

Məlumata görə, bu kateqoriyaya daxil olan məktəblərin sayı 100-dən artıqdır və proses birdəfəyə deyil, mərhələli şəkildə həyata keçiriləcək.

Bildirilir ki, bu yanaşma düzgün icra olunacağı təqdirdə həm müəllim resurslarından daha effektiv istifadə olunmasına, həm də ucqar ərazilərdə təhsilin əlçatanlığının qorunmasına imkan verəcək.

Barəsində danışılan model birmənalı qarşılanmır. Əksər ekspertlərə görə, bu sadəcə biabırçılıqdır, mənfi haldır və tədrisin keyfiyyətinə müsbət təsir göstərməyəcək.

Ekspertlərdən biri bizimlə söhbətində dedi ki, pandemiya dövründə distant təhsil tətbiq edildi və bunun effektsizliyini hər kəs gördü, hətta Elm və Təhsil Nazirliyi özü belə bunun tədrisin keyfiyyətinə ziyan vurduğunu dedi. Amma indi bağlanacaq 100 məktəbin şagirdini onlayn təhsilə cəlb edəcəklər, bunun da müsbət nəticə verəcəyinə ümid yoxdur.

Məktəblərdə niyə fənn müəllimləri çatışmır?

Ekspertlər hesab edirlər ki, müəllimləri serifikasiya cəlb edib kəsməklə böyük müəllim ordusu işsiz qoyuldu və bud a müəllim çatışmazlığına gətirib çıxardı.

Bu qədər müəllimi çıxarıb çölə atmağa dəyərdimi? Bu nəyə lazım idi ki, indi də müəllim çatışmır. Bu kimin günahıdır? Şagird sayı yetərli olmayan məktəblərin bağlanması nəyə lazımdır? Bu hansısa effekt verə biləcəkmi? Əgər onlayn təhsil almaq belə yetərlidirsə onda nəyə görə şagird sayı az olan məktəbləri bu sistemə keçirirlər, elə bütün Azərbaycan məktəbləri keçirilsin də. Bəlkə bu yolla tədrisdə hansısa keyfiyyətə nail olmaq mümkün oldu.

İctimaiyyət də bu modelə normal yanaşmır, hətta ona ironik yanaşıb “onda bütün məktəblər onlayn tədrisə keçsin, yollarda tıxac da olmasın, valideynlər əziyyət çəkməsin”-deyə bildirirlər.

Bəziləri də deyir ki, “mərkəzi məktəb” statusunda olan məktəbdə ayrıca onlayn qaydada kabinet qurulacaqsa, onda fənn müəllimi olmayan məktəblərin şagirdləri üçün də ayrıca bir sinif lazımdır ki, gedib orada otursunlar və dərsə qoşulsunlar.

“Bunu bütün ölkə üzrə birbaşa etmək düzgün deyil”

Təhsil eksperti Rizvan Fikrətoğlu baki-xeber.com-a bildirdi ki, bu məsələyə müxtəlif prizmadan baxmaq və təhlil etmək olar. Ekspert hesab edir ki, bu modelin həm müsbət, həm də qeyri-müsbət tərəfi ola bilər. “Ümumiyyətlə bu model nəzəri baxımdan Azərbaycan reallıqlarında yalnız müəyyən şərtlər daxilində məhdud effektivli ola bilər. Burada məsələyə bir neçə prizmadan yanaşmaq lazımdır. Əvvəla modelin potensial üstünlüklərindən danışsaq bu da müəllim çatışmazlığının qısamüddətli həlli deməkdi. Xüsusən, fizika, riyaziyyat, informatika, xarici dillər kimi fənnlər üzrə bölgələrdə kəskin müəllim qıtlığı var. “Mərkəz məktəb”vasitəsilə güclü müəllimlərin daha çox şagirdə çıxış imkanı mümkündür. Həmçinin keyfiyyət fərqinin azalması ehtimalı məsələsi var. Əgər “mərkəz məktəb”lərdə doğrudan da yüksək ixtisaslı müəllimlər dərs keçərsə bəzi ucqar məktəblərdə keyfiyyət artımı ola bilər. Resursların mərkəzləşdirilməsi məsələsinə gəlidikdə dərslik, təqdimat, rəqəmsal materiallar vahid standartla hazırlana bilər. Bu sistemlilik baxımından müsbətdir. Həm də belə deyək, burada müəllim çatışmazlığı aradan qaldırılır. Bu da istər-istəməz şagirdlərin həmin fənnlərdən axsmasının və yaxud başqa fənn müəllimlərinin o fənnləri tədris etməsinin bir növ qarşısını ala bilər. Amma burada müəyyən risqləri də gözə almalıyıq. Ölkəmizdə infrastruktur problemi var. Düzdür, orada deyilir ki, şagirdlər internetlə, ümumiyyətlə resurslarla təmin olunacaq. Amma yenə də düşünürəm ki, regionların əhəmiyyətli hissəsində sabit internet yoxdur. Elektrik kəsintiləri ilə bağlı problemə hələ də rast gəlinir. İşıq yazmırsa Elm və Təhsil Nazirliyi buna nə edə bilər? Bir çox məktəblərdə texniki avadanlıqlar, kamera, mikrafon, monitor ya yoxdur, ya da keyfiyyətsizdir. Yəni gərək bu resurslar sözdə yox, gerçəklikdə bərpa olunsun”.

R. Fikrətoğlunun fikrincə, uşaqların məktəbdə oturub dərslərə qoşulması müsbətdir, çünki məktəbdə işıq kəsintisi olarsa alternativ vasitələr əsasən olur. “Burada şagirdlərin yaş xüsusiyyəti məsələsi də var. Distant təhsil ibtidai və hətta V-VIII sinif şagirdləri üçün pedoqoji cəhətdən əslində zəif görünür. Diqqət, motivasiya, intizam problemlərini nəzərə alsaq müəyyən qədər zəif görünür. Düşünürəm ki, bu model yalnız yuxarı siniflər-IX-XI sinif şagiredləri üçün effektiv, nisbətən daha işlək ola bilər. Burada nəzərət məsələsi də var. Şagirdlərin dərsi anlayıb anlamamaq məsələsi burada bir qədər çətinlik yarada, valideyn dəstəyi olmayan ailələrdə nəticə zəif ola, formal iştirak real bilik yoxluğu risqini yarada bilər. Burada sosial bərabərsizlik risqi də var. Bu da müəyyən problemlər yarada bilər. Ümuiyyətlə, düşünürəm ki, bu modelin problemli səbəbini yox,bir növ nəticəni hədəfləməlidir. Müəllim çatışmazlığının səbəbələri nədir? Aşağı əməkhaqqı, sosial təminat, bölgələrdə işləməyə motivasiyanın olmaması, müəllim hazırlığında keyfiyyət problemi kimi səbəblər dəyişmədən distant təhsil yalnız təxirəsalınmış problem yarada bilər. Bütünlükdə bu modeilin şagird sayı az olan, yaxud müəllim getməyən məktəblərin hamısında eyni anda tətbiq etmək düzgün olmazdı. Bunu pilot layihə kimi etmək olar. Yəni bunu bütün ölkə üzrə birbaşa etmək düzgün deyil. Qısaca desək, demək olmaz ki, bu yanlış modeldir, amma mövcud vəziyyətdə universal və əsas həll yolu kimi uyğun görünməməli idi. Uzunmüddətli həll isə distant dərs yox, düşünürəm ki, müəllimlərin bölgəyə getməsini cazibədar edən sistem qurulmalıdır”-deyə R.Fikrətoğlu bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 10:06
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ