Cümə günü, 06 noyabr 2026
     

Məzunlarına iş verilməyən universitetlər niyə “yaşayır”?

Image


İlqar Orucov: “…Universitetlər bağlanmaq və ya birləşdirilmək kimi sanksiyalarla üzləşməlidirlər”

Bu gün Azərbaycanda elə ali məktəblər var ki, məzunları əmək bazarında özlərinə iş tapa bilmir. Bu gerçəklik özünü Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”ndə açıq şəkildə göstərib. Agentlik ölkədə fəaliyyət göstərən 34 universitetin işsiz məzunlarının sayını araşdırıb.

Reytinqə görə, 2018-2022-ci illər ərzində 34 universitetdə 606 ixtisas üzrə təhsil alan 120 min 164 məzunun 56 min 405-i ilk 2 ildə heç bir iş tapa bilməyib. Bu da onu göstərir ki, 5 ildə məzun olanların 46,9 faizi işsizdir.

Ölkə daxilində fəaliyyət göstərən ali təhsil mərkəzlərindən ən çox məzunu işsiz qalan Naxçıvan Müəllimlər İnstitutudur. Belə ki, bu institutda 5 il ərzində məzun olan 1159 nəfərin 63,9 faiz, yəni 741-i işsizdir.

Siyahıda ikinci gələn dövlət ali təhsil mərkəzi isə paytaxtda yerləşən Bakı Slavyan Universitetidir. Bu universitetdən 5 il ərzində məzun olan 3 min 193 nəfərin 1911-i işsiz olaraq Agentlik tərəfindən qeydiyyata alınıb. Bu da o deməkdir ki, məzunların 59,8 faizi rəsmi şəkildə çalışmır.

Mingəçevir Dövlət Universitetinin məzunlarının 59,8 faizi işsizdir. Belə ki, bu universitetdən məzun olan 2247 nəfərin 1343-ü oxudğu ixtisası bitirdikdən sonra işlə təmin olunmayıb.

Məzun sayına görə illlərdir ölkədə lider statusu daşıyan Bakı Dövlət Universitetində 5 il ərzində 19 min 24 nəfər məzun olub ki, onlardan da 10 min 767 nəfər 2 il ərzində iş tapa bilməyib. Bu da ümumi göstəricinin 56,6 % deməkdir.

Siyahını Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti davam etdirir.

ADPU-nun Şamaxı filialı üzrə işsiz məzunların sayı 263-dür ki, bu da ümumilikdə 54,8 faiz təşkil edir.

Azərbaycan DövlətAqrar Universitetindən 5 il ərzində məzun olan 3073 nəfər, ümumilikdə 54,4 faiz işsizdir.

Naxçıvan Dövlət Universiteti də bu siyahıda yer alır. Belə ki, 5 il ərzində məzun olan 4052 nəfərin 52,1 faizi ali təhsildən sonra iş tapmayıb.

Məzunlarının yarıdan çoxunun iş tapmadığı növbəti ali təhsil müəssisəsi Azərbaycan İdman Akademiyasıdır. 5 il ərzində idman sahəsində ixtisaslaşan məzunların 50,7 faizi ən azı 2 il ərzində heç bir iş tapmayıb.

Mədəniyyət və incəsənət sahələri üzrə kadr yetişdirən Azərbaycan Milli Konservatoriyası üzrə 42,9 faiz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üzrə 40,3%, Bakı Musiqi Akademiyası üzrə isə 42 faiz məzun ali təhsildən sonra iş tapa bilib.

Region universitetlərində arasında Sumqayıt Dövlət Universitetinin məzunlarının 49,5 faizi, Lənkəran Dövlət Universitetinin məzunlarının 44,7 faizi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının məzunlarının isə 46,9 faizi 5 il ərzində iş tapa bilməyib.

Özəl universitetlərin məzunlarının ortalama 46,6 faizi işlə təmin olunmayıb. Bu universitetlər arasında Bakı Qızlar Universiteti liderdir. Belə ki, sadəcə qızların təhsil aldığı bu ali təhsil mərkəzindən 5 ildə məzun olan 961 nəfərin 585-i işsiz qalıb. Bu da ümumi göstəricinin 61 faizini təşkil edir.

Digər özəl universitetlər üzrə işsiz məzunların göstəriciləri belədir: Azərbaycan Texnologiya Universiteti – 48,7 faiz, Azərbaycan Universiteti – 47,1 faiz, Xəzər Universiteti – 44 faiz, Bakı Avrasiya Universiteti – 46 faiz, Azərbaycan Kooperasiya Universiteti – 47,3 faiz, Qərbi Kaspi Universiteti – 44,3 faiz, Azərbaycan Texniki Universiteti – 46,8 faiz.

“…Əmək bazarı ilə rəqabətə davamlı olmayan ali təhsil müəssisələrinin digər güclü universitetlərə birləşmək ehtimalı var”

Məzunları ən çox işsiz qalan universitetlər bağlana və qəbul sayı əhəmiyyətli dərəcədə azaldıla bilərmi?

Mövzu ilə əlaqədar Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov baki-xeber.com-a bildirdi ki, Azərbaycanda təhsil siyasətində məzunların məşğulluq göstəriciləri universitetlərin fəaliyyətinə və plan yerlərinə birbaşa təsir edən əsas meyarlardan biridir. “Bu məsələ ilə bağlı mexanizmlər aşağıdakı kimi tənzimlənir:

Əvvəlcə qeyd edim ki, universitetlər ümumiyyətlə əmək bazarı ilə qarşılıqlı münasibətlər kontekstində öz funksionallıqlarını davam etdirəcəklər. Ümumiyyətlə, universitetlərin həm də verdiyi təhsil əmək bazarının tələbləri ilə qarşılıqlı vəhdət təşkil etməlidir. Elm və Təhsil Nazirliyi hər il qəbul planını təsdiqləyərkən əmək bazarının təhlilini aparır. Məzunları iş tapmaqda çətinlik çəkən ixtisaslar üzrə dövlət sifarişli və ödənişli plan yerləri zatən əhəmiyyətli dərəcədə azaldılır. Müəyyən bir universitetdə konkret ixtisas üzrə kadr hazırlığı müasir tələblərə cavab vermirsə və məzunlar işsiz qalırsa həmin ixtisasın həmin universitetdə tədrisi dayandırıla bilər. Eyni zamanda universitetlər öz məzunlarının iş tapmasında maraqlı olmalıdırlar. Çünki universitetlərin reytinqi müəyyən edilərkən məzunların işlə təmin olunma faizi ən yüksək balla qiymətləndirilən göstəricilərdəndir. Aşağı nəticə göstərən müəssisənin maliyyələşməsində inkişaf proqramları birmənalı olaraq məhdudlaşdırılır. Universitetlərin birləşdirilməsi, yaxud bağlanması məsələsi ilə bağlı onu deyə bilərəm ki, effektivliyi aşağı, maddi-texniki bazası zəif olan və əmək bazarı ilə rəqabətə davamlı olmayan ali təhsil müəssisələrinin digər güclü universitetlərə birləşmək ehtimalı var. Biz bunu Azərbaycan reallığında Müəllimlər İnstitutunun filiallarının bağlanılması və birləşdirilməsi təcrübəsində görmüşük. Çalışacağam ki, bununla bağlı dünya təcrübəsinə də nəzər salaq.

Açığı, bu bizim universitetlərin ən zəif nöqtələrindən biridir. Hər zaman bu məsələ ilə bağlı universitetlərimizi tənqid edirəm. Fikirləşirəm ki, universitetlərin məzunların əmək bazarına inteqrasiyası ilə bağlı strategiyaları düzgün deyil. Bu işləri düzgün qurmurlar. Tutaq ki, bir məzun bir universitetinin diplomunu alıbsa o deməkdir o həmin universitetdə bilikləri mənimsəyib. Şərti olaraq deyirəm, necə olur ki, xarici təcrübədə, şərti olaraq deyirəm, 100 nəfər bir universitetə qəbul olursa və 4 ildən sonra oradan 10 nəfər məzun olursa Azərbaycanda bu göstərici 100 tələbəyə adekvat olaraq təxminən 99-dur. Əksər hallarda elə 100 faiz də bitirir. Bu onu göstərir ki, universitetlər öz verdikləri diploma, yəni dövlət sənədinə hörmət etmirlər. Nəticədə məzun işsiz qalır. Universitetlərin də heç bir məsuliyyəti yoxdur. İşsiz gənclər bu ixtisas üzrə onlara diploma vermiş universiteti məhkəməyə verib öz pullarını tələb edə, zamanını alması ilə bağlı kompensasiya istəyə bilərlər. Mənim savadım yoxdursa, mənə diploma vermə, diploma veribsənsə bəs hanı əmək bazarında mənim özümü reallaşdırmaq qabiliyyətim. Demirəm ki, məzunların hamısı öz ixtisasları üzrə iş tapacaqlar. Təbii ki, onların bir qismi iş tapacaq. Sadəcə olaraq burada universitetlərin əmək bazarı ilə əlaqasi kifayət qədər zəifdir”.

Dünya təcrübəsindən nümunə gətirən İ.Orucovun sözlərinə görə, məsələn, ABŞ-da müəyyən bir ixtisasın məzunların aldıqları təhsilin haqqını ödəyə biləcək qədər maaş qazana bilmirlərsə həmin proqram federal maliyyə dəstəyindən məhrum edilir. İ.Orucov bildirdi ki, bu praktik olaraq həmin ixtisasın, hətta həmin kollecin bağlanmasına gətirib çıxarır. “Böyük Britaniyada aşağı nəticə göstərən universitetlər cərmələnə və onlara yeni tələbə qəbulu qadağan edilə bilir. Cənubi Koreyada da bu məsələyə sərt yanaşma var. Yaponyada da mexanizm prinsipcə eynidir, reytinqi aşağı olan universitetlərin dövlət dotasiyaları kəsilir və universitetləri birləşməyə və ixtisas sayını azaltmağa məcbur edir. Əgər məzun işsizliyi yaşanırsa. Bu Cənubi Koreya və Yaponiya təcrübəsidir. Mən Avropa İttifaqı ölkələri ilə bağlı da nümunələr çəkəcəm. Oğlum Almaniyada oxuyur. Almaniya universitetlərinin prinsiplərini bilirəm. Eyni zamanda Avstriya universitetlərinin birinin əməkdaşları ilə kitab üzərində işləyirəm. Həmçinin bununla bağlıbir tədqiqatımız vardı. Bu iki ölkənin təcrübəsinə istinad edəcəm. Bu ölkələrdə nəzəri ixtisaslardan daha çox əmək bazarının tələblərinə uyğun təhsil modelinə üstünlük verilir. Tələbə universitetdə oxuduğu müddətdə universitet onu əmək bazarının tələbləri ilə səsləşən və o tələblər çərçivəsində olan biliklər verir. Tələbə tədrisin bir hissəsini universitetdə keçir, bir hissəsini müəyyən sənaye müəssisələrində keçir. İşsizlik səviyyəsi yüksək olan ixtisaslar üzrə plan yerləri mütamadi olaraq azaldılır.

Dünya təcrübəsində göstərir ki, universitet artıq sadəcə diploma verən müəssisə deyil, həm də məzunu işlə təmin edə biləcək bacarıqlar aşılayan bir qurum kimi məsuliyyət daşıyır. Bu məsuliyyəti yerinə yetirə bilməyən ali məktəblərin qəbul planı azaldılmalı, universitetlər bağlanmaq və ya birləşdirilmək kimi sanksiyalarla üzləşməlidirlər. Mən hələ maliyyə sanksiyalarını, insanların zamanına girdiklərini demirəm. Bu məsələlər həm də universitetlərin məsuliyyətini artırır…”

İ.Orucov qeyd etdi ki, bizim universitetlərin bu istiqamətlərdə öz işlərini qura bilmədiklərini və çətinliklər çəkdiyini görür. O, vurğuladı ki, universitetlərin öz işlərini qurmasına mane olan amillər də var, amma addımlar atılmalı, işlər mütləq şəkildə düzgün qurulmalıdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 10:06
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ