Cümə axşamı günü, 28 may 2026
     

Abşeronda məmurlar torpaqları satıb qurtarıblar, keçiblər gölləri qurutmağa...

Image


Bakı və Abşeron yarımadasında mövcud olan göllər onilliklər boyu şəhərin təbii drenaj sistemi rolunu oynayıb. Bu göllər yağış və yeraltı suların toplanmasını təmin edərək həm subasma riskini azaldır, həm də ekoloji tarazlığı qoruyurdu. Lakin son illərdə, xüsusilə 2014-2025-ci illər arasında aparılan plansız urbanizasiya və qeyri-qanuni tikinti fəaliyyəti bu təbii mexanizmi ciddi şəkildə sıradan çıxarıb.

Bir sıra tanınmış göllərin ya tam, ya da qismən qurudulması bunun bariz nümunəsidir. Yasamal rayonundakı Qanlı gölün yarıdan çoxunun qurudulması, Binəqədidə Masazır gölünün tamamilə yox edilməsi, Böyükşor gölünün təxminən 30 faizinin doldurulması, Lökbatan gölünün faktiki olaraq xəritədən silinməsi və Məhəmmədi kənd gölünün bir hissəsinin məhv edilməsi nəticəsində həmin ərazilər öz sutoplayıcı funksiyasını itirib. Bu proseslərin böyük əksəriyyəti rəsmi icazələrlə həyata keçirilib ki, bu da problemin təkcə ekoloji deyil, eyni zamanda institusional xarakter daşıdığını göstərir.

Qurudulan göl sahələrinin zəbt edilərək yaşayış və kommersiya obyektlərinə verilməsi şəhər üçün yeni risklər yaradıb. Güclü yağışlar zamanı suyun təbii şəkildə toplanacağı və yönləndiriləcəyi ərazilər olmadığından, yağış suları küçələrdə, həyətlərdə və binaların zirzəmilərində yığılır. Nəticədə Binəqədi və Sabunçu rayonlarının bir hissəsi mütəmadi olaraq subasmaya məruz qalır. Halbuki bu ərazilərdə tikilən əmlakların əksəriyyətinə rəsmi dövlət sənədləri verilib və vətəndaşlar onları qanuni əsaslarla əldə etdiklərini düşünürlər. Reallıqda isə bu tikililər təbii ekosistemin pozulması hesabına formalaşıb.

Keçmişlə müqayisədə problemin daha aydın göstərir. Təxminən 30-40 il əvvəl Bakının heç bir ərazisində bu cür genişmiqyaslı subasma halları müşahidə edilmirdi. Səbəb sadə idi: göllər mövcud idi və yağış sularını özünə çəkərək şəhəri qoruyurdu. İndi isə bu təbii qoruyucu mexanizm süni örtüklərlə əvəz olunub və nəticə olaraq su şəhərin ən zəif nöqtələrini vurur.

Sədərək ticarət mərkəzinin hər il subasmaya məruz qalması da bu zəncirin tərkib hissəsidir. Lökbatan gölünün yerində aparılan hündürmərtəbəli tikintilər həmin ərazinin su balansını tamamilə dəyişib. Gölün yoxluğu yağış sularının toplanacağı məkanı aradan qaldırıb və su özünə başqa yol taparaq ticarət obyektlərini və ətraf infrastrukturu zədələyir.

Mövcud vəziyyət göstərir ki, Bakı və Abşeron yarımadasında subasma problemi təkcə iqlim və ya intensiv yağışlarla bağlı deyil. Bu, əsasən illərlə davam edən plansız tikinti, göl və su hövzələrinin qorunmaması və qısa müddətli iqtisadi maraqların uzunmüddətli ekoloji təhlükəsizlikdən üstün tutulmasının nəticəsidir. Əgər bu yanaşma dəyişməzsə, subasma halları daha da genişlənəcək və həm şəhər infrastrukturu, həm də vətəndaşların təhlükəsizliyi üçün ciddi risk olaraq qalacaq.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...

Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...

SON XƏBƏRLƏR

27.05.2026 / 20:56
Möminə Xatun türbəsi ətrafında “Yeləni” kəlağayı kolleksiyası TƏQDİM OLUNDU

27.05.2026 / 20:18
Tramp Kubaya hərbi müdaxilə əmri verdi – bölgəyə təyyarə gəmisi göndərildi, hücum tarixi də açıqlandı...

27.05.2026 / 19:40
Rusiya Azərbaycan üzərindən Ermənistana karbamid və un göndərəcək...

27.05.2026 / 19:22
İranla ABŞ arasında 14 maddəlik tarixi razılaşma - Hörmüz əvvəlki vəziyyətinə qayıdır, blokada ləğv edilir...

27.05.2026 / 19:08
Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik etdi

27.05.2026 / 18:32
Kənd təsərrüfatında yeni mərhələnin konturları

27.05.2026 / 18:10
Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə ölkə çempionatı keçirildi - FOTO

27.05.2026 / 17:31
Rusiya ilə Ermənistan arasında gərginlik pik həddə... İrəvana rəsmi xəbərdarlıq edildi - bütün güzəştlər ləğv ediləcək...

27.05.2026 / 16:46
Hacıqabulda qohumunun evini soyan şəxs saxlandı

27.05.2026 / 15:58
Astarada əməliyyat - külli miqdarda narkotik ələ keçirildi

27.05.2026 / 15:16
İranın ABŞ-ın son hücumlarına niyə cavab vermədiyi məlum oldu - Dohada 24 milyardlıq gizli razılaşma...

27.05.2026 / 14:58
Hindistanın dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb

27.05.2026 / 14:44
Kiriakos Mitsotakis Prezident İlham Əliyevi təbrik edib

27.05.2026 / 13:50
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜATLAR...

27.05.2026 / 13:23
Yaponiya Xəzər dənizinin xilasına tələsir

27.05.2026 / 13:09
Ağsuda silsilə oğurluqlar edən şəxs həbs olundu

27.05.2026 / 12:33
Azərbaycanda biznes üçün vahid maliyyə platforması yaradılacaq

27.05.2026 / 11:51
Uçuş aparatı ilə ölkəyə 47 kq narkotik geçirənlər yaxalandı - VİDEO

27.05.2026 / 11:36
ABŞ səfirliyi Qurban Azərbaycan xalqını təbrik etdi

27.05.2026 / 11:19
İranlı ekspert: “Hücum ehtimalı olarsa, nüvə silahı əldə etməliyik”

27.05.2026 / 10:42
Məscidlərdə bayram namazı qılındı

27.05.2026 / 09:55
İrandan ABŞ-a yeni müharibə xəbərdarlığı - cavabımız regiondan kənara çıxacaq...

27.05.2026 / 09:21
ABŞ Lvarovun müavininin viza tələbini rədd etdi...

27.05.2026 / 09:06
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

27.05.2026 / 09:02
WSJ: “Tehran danışıqları davam etdirmək üçün hücumları görməzdən gəlib”-iddia...

27.05.2026 / 09:00
ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu

27.05.2026 / 08:52
İran Xəzərin hüquqi statusu haqqında konvensiya ilə bağlı qanun layihəsi hazırlayıb

27.05.2026 / 08:12
Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının debatında çıxış edib - FOTO

27.05.2026 / 08:05
Bu gün Azərbaycanda Qurban bayramıdır

26.05.2026 / 23:41
Rusiya Zelenskinin ofisi və Radanın hədəfdə olmadığını açıqladı...

26.05.2026 / 22:26
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başladı - FOTO

26.05.2026 / 22:15
Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib (FOTO)

26.05.2026 / 22:07
Problemi Prezident açdı -"Sahibkarlar aqrar sektora sərmayə yatırmır"...

26.05.2026 / 21:38
Rusiya qazı kəsir, alternativ qaz mənbəyi “Domokl” kimi Ermənistanın başının üstünü kəsdi...

26.05.2026 / 21:24
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olundu

26.05.2026 / 21:14
Türkiyədə “Ana müxalifətsizlik dövrü” başladımı...

26.05.2026 / 20:56
Vüqar Rəhimzadə: Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi strateji hədəflərdəndir

26.05.2026 / 20:53
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO

26.05.2026 / 20:31
Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...

26.05.2026 / 19:56
Vuçiç Prezident İlham Əliyevi təbrik etdi

26.05.2026 / 19:55
Mahmud Abbas Prezident İlham Əliyevə məktub ünvanlayıb

26.05.2026 / 19:38
ABŞ-la İran arasında vasitəçilik Pakistandan Qətərə keçdi...

26.05.2026 / 19:10
Prezident İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı olub

26.05.2026 / 18:41
Adambaşına ət istehlakının artması nə deməkdir? - Prezidentin hüzurunda nazirin mesajını birlikdə oxuyaq...

26.05.2026 / 18:38
İspaniyanın Kralı Prezident İlham Əliyevi təbrik edib

26.05.2026 / 18:35
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO

26.05.2026 / 18:17
Makrondan Prezident İlham Əliyevə Müstəqillik Günü təbriki...

26.05.2026 / 18:03
Tramp Prezident İlham Əliyevi təbrik etdi

26.05.2026 / 17:50
İsxak Hersoq Prezident İlham Əliyevi təbrik edib

26.05.2026 / 17:40
Kreml uduzdu, Ermənistan Rusiyanın əlindən çıxır...

26.05.2026 / 17:25
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal toplayıb...

26.05.2026 / 17:17
Rusiyada miqrantların üzləşdiyi yeni bəlanın soydaşlarımıza da təsiri olacaq...

26.05.2026 / 17:06
Rubio Ermənistanda - Zəngəzur dəlizi ilə bağlı saziş imzalandı...

26.05.2026 / 17:03
Avropa İttifaqı diplomatlarını Kiyevdən təxliyə etməyəcək

26.05.2026 / 16:52
TƏBİB tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir

26.05.2026 / 16:50
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

26.05.2026 / 16:48
İdarə olunan "CHP xaosunun" içində Ərdoğana daha böyük təhlükə formalaşır...

26.05.2026 / 16:44
Bir sıra məhkəmələrə sədr təyin edildi

26.05.2026 / 16:44
Elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç nəfərə Dövlət Mükafatı verildi

26.05.2026 / 16:41
Ştaynmayer Prezident İlham Əliyevi təbrik etdi

26.05.2026 / 16:40
Azərbaycanda seçici sayı açıqlandı, ən yaşlı seçicilər də məlum oldu

26.05.2026 / 16:39
Ölkənin "buğda və ət istehsalı konsepsiyasının" çərçivəsi müəyyənləşdi...

26.05.2026 / 16:36
MSK sədri: Azərbaycan seçicilərə geniş hüquqlar yaradan ölkədir

26.05.2026 / 16:32
İran ABŞ-ı hədələdi - hücumları cavabsız qalmayacaq...

26.05.2026 / 16:29
“Xarici güc mərkəzləri seçki prosesinə açıq şəkildə müdaxilə edir” – Deputat

26.05.2026 / 16:25
Erməni müxalifətinin seçkidə bir hədəfi də açıldı - rusu və türkü düşmən etmək...

26.05.2026 / 16:20
Azərbaycanın dünyada orta güc statusu rəsmi təsdiqini tapdı...

26.05.2026 / 16:12
Əli İsa cabbarov AKİ sədri seçildi

26.05.2026 / 16:10
Kinematoqrafçılar İttifaqının qurultayında gərginlik -“...İttifaq dağıla bilər”

26.05.2026 / 15:58
Əli İsa Cabbarov: “Həmidə Ömərovanı da namizəd kimi irəli sürə bilərdim”

26.05.2026 / 15:31
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olundu

26.05.2026 / 15:14
Krımda Nuriyyə Hüseynova Türk dünyasının sənət kraliçası adlandırıldı

26.05.2026 / 15:11
İran İsrailin “İbrahim Şazişləri”nə qoşulur...(?)

26.05.2026 / 15:06
“Sea Breeze”də sosial infrastruktur genişlənəcək" - Emin Ağalarov

26.05.2026 / 14:59
Azərbaycanda “şəhərdən kəndə” dönüş zərurəti rəsmən bəyan olundu...

26.05.2026 / 14:53
ABŞ Ukrayna-Rusiya danışıqlarında vasitəçilikdən çəkildi...

26.05.2026 / 14:47
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.05.2026 / 14:16
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb

26.05.2026 / 14:02
ABŞ Rusiyanı qabaqladı - Ermənistanda AES-in reaktorları dəyişdirilir...

26.05.2026 / 13:55
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

26.05.2026 / 13:48
Tramp Putinin hədələrinə cavab verdi - Rubio İrəvana xüsusi tapşırıqla gəldi...

WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

XƏBƏR ARXİVİ