Bazar günü günü, 08 fevral 2026
     

Azərbaycan tarixinin öyrənilməmiş səhifəsi - Sovet rejiminin səhv siyasətinə qarşı Zərdab üsyanı (1963-1965-ci illər)

Image


Sovet rəhbərliyinin 50-ci illərin ikinci və 60-cı illərin birinci yarsında subyektivizmə söykənən səhv siyasəti SSRİ-ni ictimai-siyasi və iqtisadi böhrana salmışdı. Bu da əhalinin haqlı narazılıqlarına, hətta üsyanlara gətirib çıxarmışdı. Sovet hakimiyyəti illərində mövcud olan totalitar sistem bu rejimə qarşı baş verən etiraz aksiyalarını, üsyanları daim xalqdan gizli saxlamış, bu hadisələr haqqında danışanları susdurmağa çalışmışdır.

SSRİ-nin digər ərazilərində baş vermiş anti-sovet üsyanlar, etiraz aksiyaları haqqında da məlumatlar XX əsrin 80-ci illərin axırlarında aşkara çıxmağa başlamışdı. Sov.İKP MK Baş katibi M. S. Qorbaçov 1988-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri V. Çebrikova SSRİ-də 1957-1988-ci illərdə baş vermiş kütləvi ixtişaşlar haqqında məxvi arayış hazırlanmağı tapşırmışdır. DTK tərəfindən M. S. Qorbaçov təqdim olunmuş arayışda yazılmış məlumatlar yalnız SSRİ dağıldıqdan sonra xalqa məlum olmuşdur. Arayışda 1957-ci ildə Rusiyada Moskva ətrafında Podolsk şəhərində, 1959-cu ildə Qazaxstanın Temirtau şəhərində, 1961-ci ildə Azərbaycanın Kirovabad (indiki Gəncə) şəhərində, 1961-ci ildə Rusiyanın Altay vilayətinin Biysk şəhərində, həmçinin Krasnodar, Murom və Aleksandrov şəhərlərində, 1961-ci ildə Osetiyanın Beslan şəhərində, 1962-ci ildə Rusiyanın Novoçerkassk şəhərində, 1963-cü ilin 7 noyabrında Azərbaycanın Sumqayıt şəhərində və digər ərazilərdə sovet hakimiyyəti əleyhinə etiraz aksiyaları, üsyanlar, iğtişaşlar baş verdiyi qeyd olunsa da 1963-1965-ci illərdə Azərbaycanın Zərdab rayonunda baş verən hadisələr barədə məlumat verilməmişdir.

  1. Arayışda digər ərazilərlə yanaşı Azərbaycanın Kirovabad (indiki Gəncə) şəhərində 1961-ci ildə futbol oyunundan sonra azərbaycanlılarla ermənilər arasında baş vermis toqquşma və Sumqayıtda 7 noyabr 1963-cü il tarixdə baş vermis antisovet üsyan haqqında məlulumat verilib. Sumqayıt hadisəsi haqqında qısa olaraq qeyd olunur ki, 800 nəfərin iştirakı ilə baş vermiş kütləvi ixtişaşda bir nəfər yaralanmış, 6 nəfər həbs olunub. V.A. Kozlovun kitabında Sumqayıt hadisəsi “Yaşasın Stalin?! Sumqayıtda qiyam 7 noyabr 1963-cü il” başlığı altında verilib. (Козлов В.А. МАССОВЫЕ БЕСПОРЯДКИ В СССР ПРИ ХРУЩЕВЕ И БРЕЖНЕВЕ (1953 - НАЧАЛО 1980-Х ГГ.) Издание третье, исправленное и дополненное. Москва РОССПЭН 2009.s.518, s.506-511)

Bu günə qədər sovet rejiminə qarşı 1963-cü ilin 7 noyabrında baş vermiş Sumqayıt üsyanı haqqında son zamanlar nəşr olunmuş kitablar və məqalələr yazılsa da, hətta sənədli film çəkilsə də, təəssüf ki sovet rejiminə qarşı Zərdab üsaynı (1963-1965-ci illər) haqqında elmi ədəbiyyatda və KİV-də heç bir yazı dərc olunmayıb. Zərdab üsaynı haqqında fikrimizcə hələlik bizə məlum olan yeganə mənbə 2021-ci ilin 4 fevralında “Zərdabın Tanınmışları” Facebook səhifəsinə qoyulmuş Sarvan Kərimov tərəfindən hadisələrin şahidləri olmuş Zərdabın tanımış şəxslərindən olan Hüseyn Həsənov, "Əkinçi" qəzetinin baş redaktoru İsaməddin Əhmədov, Firudin Məmmədov, əməkdar müəllim Ömər Tarverdiyev, atası Səbbət kişinin və digərlərinin xatirələri əsasında hazırlanmış “Doğrudanmı 1963-1964-cü illərdə Zərdabda üsyan olub? başlıqlı yazıdır. Fikrimizcə bu yazı rəsmi olaraq heç bir qəzet və jurnalda dərc olunmadığına görə buna yalnız inkişaf etmiş ölkələrdə geniş istifadə olunan şifahi tarixi mənbə kimi istinad etmək daha düzgün olar.

Üsyanın əsas səbəbi kimi 1963-cü ilin yanvarında Zərdab rayonunun statusunun ləğv edilərək 35 km uzaqda yerləşən Ucar rayonunun tərkibinə birləşdirilməsi göstərilir. Lakin sovet rejimin daxili siyasətdə buraxdığı kobud səhvlər, 60-cı illərin sosial –iqtisadi problemləri, bu dövrdə ölkədə höküm sürən ərzaq qıtlığı, hətta əhaliyə qara çörəyin talon sistemi ilə verilməsi və s. məsələlər də əhalinin səbr kasasının dolmasında mühüm rol oynamışdır.

Zərdab üsyanı sovet rejiminin səhv inzibati idarəçilik sisteminə qarşı çevrilsə də digər ərazilərdən fərqli olaraq buna qarşı silah işlədilməməsi, zorakılıq metodları ilə yatırılmamasının fikrimizcə obyektiv və sübyektiv səbəbləri var.

Faktlar sübut edir ki, N. S. Xuruşovun hakimiyyətdə olduğu 1957-1964-cü illərdə SSRİ-də sovet rejiminə qarşı baş vermis 11 hadisənin 8-i, Brejnevin dövründə baş vermis 9 hadisənin yalnız 3-ü silah tətbiq edilməklə (bunların da hamızı 1967-ci ildə) aradan qaldırılmış, bu zaman 264 nəfər öldürülmüş, 71 nəfər yaralanmışdır. Həbs olunanların sayı ilə bağlı statistika da analoji mənzərə yaradır. Xuruşovun vaxtında hər il orta hesabla 35 nəfər həbs olunmuşdusa, Brejnevin vaxtında 10 nəfər həbs olunmuşdur.

Burdan belə nəticə çıxarmaq olar ki, Zərdab üsyanı keçid dövrünə düşdüyündən, yəni 1964-cü ilin oktyabrında N. S. Xruşşovu L. İ. Brejnev əvəz etdiyindən, hakimiyyət dəyişikliyi yeni baş verdiyindən ona qarşı silah tətbiq edilməmişdir.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, sovet hakimiyyətinin yeritdiyi səhv siyasət nəticəsində 60-cı illərin əvvəllərindən hər iki rayonun əhalisinin sosial-iqtisadi vəziyyəti ağırlaşmışdır. N.S. Xurruşşovun Kommunizm quruculyq proqramı olan yeddillik planın (1959-1965) iflasa uğraması, bütün SSRİ ərazisində əsasən qarğıdalı bitkisinə üstünlük verilməsi, mal-qaraya, o cümlədə yük daşımaq üçün istifadə olunan heyvanlara vergi tətbiq edilməsi və s. bütün rayonların, o cümlədən Ucar və Zərdab əhalisinin sosial vəziyyətinin ağırlaşmasına səbəb olmuşdu. Zərdab rayonunu statusunun dəyişdirilib qonşu rayonuna birləşdirilməsinin Ucar rayonun da qayğılarının artmasına səbəb olduğundan bu dəyişiklik həmin rayonun əhalisinə də mənfi təsir göstərmişdi. Bu baxımda hər iki rayonun əhalisi bu dəyişiklikdən, hakimiyyətin siyasətindən eyni dərəcədə narazı idi. 60-cı illərdə yolların bərbad vəziyyətdə olması, nəqilliyyatın qıtlığı, rabitə sisteminin geriliyi də Zərdabın Ucara birləşdirilməsinə mənfi təsir göstərurdi.

Sonrakı illərdə Kür çayı üzərində körpü inşa edilənə qədər Zərdab əhalisinin digər ərazilərə çıxışı Ucardan keçən Bakı- Tiflis dəmir yolu və şose yolu vasitəsi ilə həyata keçirildi. Buna görə də bu iki qonşu rayon əhalisi arasında mehriban, səmim münasibətlər höküm sürürdü. Lakin yaddan çıxarmaq lazım deyil ki, sovet hakimiyyəti antisovet hərəkatların qarşısının alınmasında çar Rusiyasının da tətbiq etdiyi zorakı, anti-hümanist metodlardan, milli, dini, məhzəb ayrı-seçkiliyi salmaq kimi medodlarda daim istifadə etmişdir. Sovet rejimi kimi hakimiyyətlər tarixən özlərini qorumaq üçün nəinki müxtəlif millətləri bir-birinə qarşı qoymaq, hətta eyni milləti parçalayaraq vətəndaş müharibəsi və digər münaqişələr törtməkdən belə çəkinməyib. Buna misal olaraq 1917- 1920-ci illərdə baş vermis vətəndaş müharibəsini, 2022-ci ilin fevralından başlayan Rusiya-Ukrayna müharibəsini göstərmək olar. Buradan belə qənaətə gəlmək olar ki, əgər problem dinc yolla həll olunmasaydı sovet rejimi üsyanı yatırmaq üçün iki rayon əhalisinin bir-birinə qarşı qoymaq metodlarından da istifadə edə bilərdi. Ola bilsin bəlkə də buna cəhdlər də edilib. Lakin fikrimizcə hər iki rayonun əhalisinin mütləq əksəriyyəti eyni millətə, eyni dinə mənsub olması, bu birləşmənin hər iki rayon əhalisinin mənafeyinə zidd və hər iki rayon əhalisi birəşmə əleyhinə olması bəlkə də sovet rəhbərliyini bu cür zorakı addımlardan çəkindirmişdir.

Zərdab üsyanı (1963-1964-cü illər) haqqında yuxarıda qeyd etdiyimiz, şahidlərin xatirələri əsasında tərtib edilmiş yazıda aşağıdakı faktlar öz əksini tapıb:

“1963-cü ilin yanvarında Zərdab rayonunun statusunun ləğv edilərək 35 km uzaqda yerləşən Ucar rayonunun tərkibinə birləşdirilməsi əhalinin ciddi etirazına səbəb olmuş və insanlar Zərdabın “Dördyol” adlanan yerində şlaqbaum quraraq rayona gəlib, gedənlərə nəzrəti öz əllərinə almışlar.

Zərdab rayon müharibə, əmək və silahlı qüvvələr veteranları şurasının sədri, istefada olan kapitan, SSRİ-nin I dərəcəli alpinisti, “Şərəf nişanı” ordenli, hadisələrin şahidi və iştirakçısı Hüseyn Həsənov “Zərdab üsyanı”nı bu cür xatırlayır:

“Beləliklə, ilk dəfə 1935-ci il fevralın 5-də Zərdaba rayon statusu verilib və Zərdab şəhəri rayon mərkəzinə çevrilib. Amma bu statusun ömrü heç 28 il də olmayıb: 1963-cü ilin yanvarında Zərdab öz kəndləri ilə bərabər 35 km uzaqdakı Ucar rayonunun tərkibinə verilib. Ucar, Kürdəmir, Beyləqan, İmişli, Ağcabədi, Bərdə və Ağdaş rayonları ilə həmsərhəd olan Zərdab rayonunun statusu ilə bərabər, o vaxtlar “Kolxozçu” adı ilə nəşr olunan qəzeti də ləğv edildi, əvəzində Kürdəmirdə “İrəli” adlı zona qəzeti buraxılmağa başlandı.

Zərdabın Ucar rayonuna birləşdirilməsi əhalidə ciddi narazılıq doğurdu. Xüsusən, birləşdirilmənin səhəri günü Zərdab rayon partiya komitəsinin, rayon Sovetinin, “Kolxozçu” qəzeti redaksiyası və mətbəəsinin avadanlıqlarının Ucara və Kürdəmirə daşınması insanları bərk qıcıqlandırdı, açıq etirazlara, küçə yürüşlərinə, vətəndaş itaətsizliyinə səbəb oldu. Hətta həmin yükləri maşınlarda müşayiət etməyə məcbur edilən zərdablılar hiddətlənərək yolboyu avadanlıqları, mebelləri yol kənarlarına atırdılar.

Zərdabda istehsal olunan məhsullar da bu birləşdirilmədən sonra Ucara daşınır, adi bir arayış almaq istəyən zərdablı Ucara getməli olurdu. Halbuki Zərdabın Bıçaqçı və ya Əlvənd kəndindən Ucara qədərki məsafə təqribən 60 kilometr idi. Bütün bunlar Zərdabda kütləvi etiraz mitinqlərinin başlanması ilə nəticələndi.

Əlbəttə, bu birləşdirilmə Sovet dövlətinin rəhbəri Nikita Xruşşovun sərsəm siyasətinin nəticəsi idi. Xruşşov özünü islahatçı kimi göstərir və bir-birindən gülünc, həm də icra olunmayan fərman və qanunlar verirdi. Bu “siyasətin” nəticəsində o illərdə SSRİ-də, o cümlədən Zərdabda çörək qıtlığı da yarandı, nəinki kişilər, elə qadınlar və uşaqlar da mağazalar qarşısında gecə-gündüz növbələrdə dayanmalı, qramla satılan qarğıdalı, darı unundan bişirilən çörək, hətta mal-qara qidası olan jımıx, cadı yeməyə məcbur olurdular.

Xruşşov isə utanmadan sürətli inkişafdan, Amerikanı ötüb keçmək strategiyasından, kommunizmdən dəm vururdu.

Heç bir savadı olmayan, Zərdabdan başqa heç yerdə tanınmayan, indi isə tamam unudulan el şairimiz Xanlar kişi o illərdə, bir para və iki tikə qara çörək əlində basabasdan birtəhər sürüşüb çıxanda gözü çörək zavodunun qarşısına vurulan Xruşşovun “Yolumuz kommunizmədir!” şüarına sataşmışdı və kişi bədahətən belə demişdi:

Əlimizdə para-tikə,

Danışırıq yekə-yekə,

Belimizi bükə-bükə

Kommunizmə gedirik biz…

Zərdabın nüfuzlu şəxsləri əhalinin hiddətləndiyini və kütləvi etiraz aksiyalarına başlanmasını nəzərə alaraq, məsələni sivil yolla həll etməkdən ötrü “Antibirləşmə” dərnəkləri yaratdılar. Bu dərnəklərdə Ucara birləşdirilmənin törətdiyi və törədə biləcəyi cətinliklər, rayonun statusunun bərpası üçün nə işlər görülməsi müzakirə olunur, hər kəsin vəzifəsi dəqiqləşdirilirdi.”

Hüseyn Həsənov daha sonra üsyan haqqında bunları deyib: “Zərdab Ucarın tərkibinə veriləndə Ucar rayon partiya komitəsinin 1-ci katibi Qazax rayonundan olan Abbas Yolçuyev idi. Birləşməyə qədər mən Zərdab rayon partiya komitəsində Partiya uçotu bölməsinin müdiri işləyirdim. Birləşmədən sonra, Azərbaycan KP MK-nın tövsiyəsi ilə Abbas Yolçuyev məni də Ucara dəvət etdi və Ucar rayon partiya komitəsi Təşkilat şöbəsinin müdiri işləməyimi məsləhət bildi. Mən ailə vəziyyətimlə əlaqədar Ucara köçə bilməyəcəyimi, yollar çox bərbad olsa da, nəqliyyat çatışmasa da gündəlik Zərdaba gedib-gələcəyimi dedim və xahiş elədim ki, məni şöbəyə təlimatçı təyin etsin.

Belə də oldu. Amma bütün zərdablılar kimi mən də bu birləşdirilmədən narahat idim; bunu, elə ilk görüşümüzdə Abbas Yolçuyevə də dedim. O da bu məsələnin çox ciddi problemlər yaradacağını bildiyini dedi.

Ucar rayon partiya komitəsi Zərdabda baş verənləri diqqətlə izləyirdi və vəziyyətin düzəlməsi üçün yollar axtarırdı. Amma zərdablılar ipə-sapa yatmır, yalnız Mərkəzi Komitənin katibləri ilə görüş tələb edirdilər.

Mən və təqribən 20 nəfər həmyerlimiz Ucarda məsul vəzifələrə təyin olunsaq da, ürəyimiz Zərdabımızda idi, baxmayaraq ki, Zərdab camaatı bizim Ucar rayonunda işləməyimizin, hər gün ora gedib-gəlməyimizin əleyhinə idi.

Həmin günlərdə hər gün Zərdaba gəlib-gedirdim və görürdüm ki, Zərdabın fəal ziyalıları başda olmaqla minlərlə insan mitinqləri davam etdirir, birləşdirilmənin ləğvinədək açıq mübarizəni dayandırmayacaqlarını bildirirdilər. Mitinqlər Zərdab şəhərinin indiki Həsən bəy Zərdabi və Ramiz Kərimov küçələrinin kəsişdiyi yerin 10 metrliyində - keçmiş raykomun və rayon prokurorluğu binasının 5 addımlığında keçirilirdi. Buradakı “tribuna” əllə düzəldilmiş 2 metr hündürlüyündə torpaq topası idi...

Etiraz aksiyasına rəhbərlik etmək üçün 1964-cü ilin soyuq dekabr günündə qərargah yaradıldı və məqsəd, Zərdabın Ucardan ayrılmaqla rayon statusunu bərpa etməsi hərəkatını istiqamətləndirmək və onu idarə etmək idi. Həmin “Antibirləşmə” qərargahı Zərdabın indiki Ramiz Kərimov küçəsində yerləşən keçmiş raykomun partiya kabinetində fəaliyyət göstərirdi və hərəkat oradan istiqamətləndirilirdi. Kabinetin açarını da biz qərargahın üzvlərinə vermişdik. Qərargahın üzvləri isə: Qədim Qədimov, Məcid Cavadov, Şahgəldi Məmmədov, Sona Mahmudova, Ağahüseyn Ağayev, Namizəd Abdullayev, Babaş Babaşov, Fəzayıl Mahmudov, Cəbi Abdullayev, Məbud Məmmədov, Xəlil Allahverdiyev, Ağasəf Əliyev, Sərkər Həsənov, Talıb Bayramov və başqaları idilər. Halbuki bu insanların çoxu birləşdirilmədən sonra Ucarda vəzifələrə təyin olunmuşdular.”

Hadisələrin digər şahidi “Əkinçi” nin veteranı, Firudin Məmmədov Zərdab üsyanı xatırlayaraq bunları deyib:

“Cavan oğlan idim, Ticarət texnikumunu təzə bitirmişdim və indiki R. Kərimov küçəsindəki qastronomda satıcı işləyirdim. Səhərdən gecə yarıyadək o təpənin ətrafında təlatüm yaşanırdı. Çıxış edən natiqlər, hətta Bıçaqçı kəndindən sıravi kolxozçu Gülxara xanım, Zərdab şəhər sakini Şirin əminin anası, indiki Həsən bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramovanın nənəsi Fatma xanım, hərəkatın fəallarından olan Məbud Məmmədovun anası Asiya xanım Sovet hökumətindən Zərdabın rayon statusunu bərpa etməsini tələb edirdir və bildiridilər ki, məqsədimizə çatana qədər vuruşacağıq, öldü var, döndü yoxdur.

O sərt, kəskin çıxışları eşidənlərin bəziləri pıçıldaşırdılar ki, bunlar dəli olublar, hökumət hamısını güllələyəcək bu adamların. Bununla belə, tribuna-təpəcik boş qalmırdı: natiqlər çıxış üçün növbə gözləyirdilər. Xüsusən Qədim Qədimov, Şahgəldi Məmmədov, Məcid Cavadov və b. saatlarla və çox ucadan danışırdılar…”

Zərdab şəhərindəki 1 saylı məktəb-liseyin Əməkdar tarix müəllimi Ömər Tarverdiyev xatırladıqlarını və hadisələrin ən fəal iştirakçılarından olan atası Səbbət kişinin söhbətləri haqqında bunları deyib:

“Atam deyirdi ki, etirazçılar ilk vaxtlar Azərbaycan Sovet Sosialist Respublikasının rəhbərliyinə, Respublika Kommunist Partiyasının Mərkəzi Komitəsinə çoxsaylı müraciətlər, teleqramlar göndərdilər. Amma bu bir nəticə vermədi; yəqin ki, respublika rəhbərliyi Moskvadan ehtiyatlanaraq məsələyə münasibət bildirməyə cürət etmirdi. Ona görə də sonrakı günlərdə Zərdabdan Moskvaya, SSRİ rəhbərliyinə, Sov. İKP MK-ya hər gün onlarla ərizə, şikayət, müraciət, teleqram göndərilməsinə başlandı. Bu da gözlənilən nəticəni vermədi; yəqin ki, Moskva bu işə baş qoşmağın SSRİ-nin digər bölgələrində də narahatlıq yaradacağından ehtiyatlanırdı.

Atam söyləyirdi ki, vəziyyəti belə görəndə biz, hərəkatın rəhbərlərindən olan Zərdab rayon Maliyyə idarəsinin müdiri Qədim Qədimovun və qərargahın digər üzvlərinin göstərişi ilə, Zərdabdan Ucara gedən yeganə avtomobil yolunu bağlayaraq Zərdabın indiki “Dördyol” ərazisində şlaqbaum qurduq, nəzarət-keçid məntəqəsi təşkil etdik. Qədim Qədimov başda olmaqla, hərəkata rəhbərlik edənlər nəzarət-keçid məntəqəsinin işinə rəhbərlik etməyi, zəhmətkeş sinfin nümayəndəsisən, deyib, mənə tapşırdılar. Hərəkatın fəallarından olan Mirqiyas kişi isə zəhmətkeş sinfin nümayəndəsi kimi mənə köməkçi təyin olundu.

Qərargahın tapşırığına əsasən biz, nəzarət-keçid məntəqəsi yaradılandan sonra Zərdabın sovxoz və kolxozlarında istehsal olunan məhsulların Ucara göndərilməsinə imkan vermədik; südü, pendiri, yağı, taxılı və s. siyahı ilə və qrafik əsasında camaata paylamağa başladıq. Məhsulların “it-bata” düşmədən qəsəbə və kəndlərdən Zərdaba daşınmasına, əhaliyə paylanmasına mənim köməkçim Mirqiyas şəxsən nəzarət edirdi. Attam deyirdi ki, görülən işlər gözlənilən nəticəni vermirdi və onda qərargahın tapşırığı və təşkilatçılığı ilə Zərdabın müxtəlif təbəqələrini təmsil edən, əksəriyyəti kolxozçulardan və fəal evdar qadınlardan ibarət olan 150 nəfərlik nümayəndə heyəti kuzovuna çadır çəkilmiş yük maşınlarında Bakıya göndərildi. Nümayəndə heyətinin tərkibində, Zərdab mitinqlərində kişilərlə bərabər fəal iştirak və çıxış edən mübariz qadınlar, Gülxara xanım, Fatma xanım, Asiya xanım, Sona Mahmudova və b. da vardı.”

Hüseyn Həsənov hadisələrin sonrakı gedişi ilə bağlı demişdi: “Bir gün səhər tezdən Abbas Yolçuyev məni otağına çağırdı. Dedi ki, sizinkilərdən 150 nəfər Bakıya gediblər və Mərkəzi Komitənin binası qarşısında oturaq mitinq keçirirlər, heç kəsi eşitmək istəmirlər, deyirlər Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov yoldaş bizi qəbul etməsə, heç yana getməyəcəyik. Raykomun səlahiyyətli nümayəndəsi kimi təcili gedirsən Bakıya. Orada səni Azərbaycan KP MK-nın Kənd təsərrüfatı üzrə katibi Qənbər Kazımov qəbul edəcək. MK o adamlar və baş verənlər barədə dəqiq məlumat istəyir. Bizi də töhmətləndirirlər ki, vəziyyətə nəzarət edə bilmirik. Mərkəzi Komitə məsələni dəqiq öyrənəndən sonra lazımi ölçü götürmək fikrindədir. Hər halda, ciddi söhbət olacaq, bunu nəzərə al.

Elə həmin gün Bakıya getdim. Gözlədiyimin əksinə olaraq, Qənbər Kazımov yoldaş məni çox isti qarşıladı. Amma vəziyyətin belə kəskinləşməsində bizim də günahımız olduğunu dedi. Mən MK-nın katibini diqqətlə dinlədim və izah etdim ki, insanlar üçün Zərdabdan Ucara gedib-gəlmək hədsiz çətinliklər törədir. Birləşmə ilə əlaqədar çox sayda iş yerləri ləğv olunub və s. Xahiş etdim ki, vəziyyəti yoluna qoymaq üçün mümkünsə, o insanlarla görüşün və qərar qəbul edin.

Elə həmin gün axşama yaxın Qənbər Kazımov MK-nın salonunda 150 nəfər nümayəndə ilə görüşdü və səmimi söhbət etdi. Bununla belə sonda o, Zərdabın rayon statusunu bərpa etməyin mümkün olmadığını dedi və bu barədə danışan etirazçıları axıradək dinləmək belə istəmədi.

Onda bıçaqçılı Gülxara xanım söz istədi və zərdablı analar adından, onların düşdüyü vəziyyət barədə ağlaya-ağlaya danışdı. Dedi ki, mən bir neçə qadınla arayış almaq üçün lafet qoşulan traktorla Ucara getmişdim. Qarlı-çovğunlu havada 120 kilometr yolu traktora qoşulan üstüaçıq dəmir lafetdə gedib-qayıtmaq ana üçün bilirsiniz nə deməkdir? Qarlı havada kəndimizə gecə gəlib çata bildik. Uşaqlarımız ac və üstüaçıq yatmışdılar. Özümüz də bir həftə soyuqdəymədən xəstə yatdıq. O gecə böyük oğlum mənə bu şeiri yazıb:

-Əzizim harda qaldı,

Anamız darda qaldı.

Getmişdi tez qayıtsın,

Qarda, Ucarda qaldı.

Gülxara xanım bu qəmli bayatını ürəkgöynədən yanıqlı səslə muğam üstündə ucadan oxudu və bu ana naləsi, qadın fəryadı Qənbər Kazımovu da, bizim hamımızı da ağlatdı. Onda Qənbər Kazımov növbəti çıxışçılara söz vermədən dedi ki, mən sizin vəziyyətiniz barədə yoldaş Vəli Axundova məruzə edəcəyəm və çox istərdim ki, problem həll olunsun.

Səhəri gün 15 nəfər etirazçını və Ucar rayon Partiya Komitəsinin səlahiyyətli nümayəndəsi kimi məni yoldaş Vəli Axundov qəbul etdi. Çıxış edənləri səbrlə və diqqətlə dinlədi. Açıq və səmimi danışdı. Dedi sizin vəziyyətinizi başa düşürəm və çox istərdim ki, problem tezliklə həll olunsun. Amma Sov. İKP MK ilə mütləq məsləhətləşməliyik. Siz bir az səbrli olun və bilin ki, bizdən asılı olan hər şeyi edəcəyik...

Ömər müəllim, atası Səbbət kişinin o görüşlər barədə dediklərini belə xatırlayır: “ Bu görüşdən aydın oldu ki, Zərdabın rayon statusunun bərpa edilməsi Moskvanın səlahiyyətinə aiddir, Azərbaycan KP MK belə məsələləri həll etmək gücündə deyil. Əslində “yuxarıdan” bizə məsləhət görülürdü ki, bu “oyunu” dayandıraq, hökumətlə hökumətlik etməyək, rayona qayıdıb sonrakı nəticənin ağır ola biləcəyini camaata izah edək və evimizdə oturub veriləcək qərarı gözləyək.

Nümayəndə heyəti Zərdaba qayıtdı və qərargah üzvləri təcili müşavirə keçirib, həbslər başlanmamış, əhalinin etirazını Moskvaya-SSRİ-nin mərkəzi hakimiyyət orqanlarına bildirmək üçün nümayəndə heyəti yaratdı. Moskvaya yollanacaq heyətə o dövrün tanınmış hüquqşünası, Naxçıvanda və digər bölgələrdə prokuror işləmiş Məcid Cavadov, milis zabiti Şahgəldi Məmmədov, fəal qadınların lideri Sona Mahmudova, əhali arasında böyük nüfuzu olan Babaş Babaşov, Ağahüseyn Ağayev, Asiya Məmmədova və b. daxil edildilər.

Özü də o heyət yola salınmazdan əvvəl Zərdabın kolxozlarından “Dördyol” ərazisinə gətirilmiş 200-ə yaxın yük maşınının kuzovuna cadır örtük çəkilərək bir tərəfinə Zərdabın rayon statusunun bərpa olunmasını tələb edən rus dilində şüar, o biri tərəfinə isə “Zərdab-Moskva” sözləri yazılmışdı. Qərargahın ilkin qərarı belə idi ki, bu maşın karvanı yüzlərlə Zərdab fəalını da Moskvaya aparsın, lakin son məqamda qərara alındı ki, Moskvaya ilk olaraq rus dilini və hüququ yaxşı bilən nümayəndə heyəti getsin.

Beləliklə, seçilmiş həmin insanlar Moskvaya gedərək 1964-cü ilin dekabrında və 1965-ci ilin yanvarının ilk günlərində orada çalışdılar. Nümayəndələr, Moskvada olarkən Zərdabda bütün sutka boyu işləyən qərargahla hər 4 saatdan bir əlaqə saxlayırdılar, təkid edirdilər ki, Zərdabın sayılıb-seçilən şəxsləri, xüsusən nüfuzlu ziyalılar, veteranlar, çoxuşaqlı analar və gənclər SSRİ rəhbərliyinə statusun bərpasını tələb edən hər gün azı 15-20 teleqram göndərsinlər. Moskvadaki nümayəndələr telefon əlaqələrində və göndərdikləri teleqramlarda “Teleqram göndərin” sözünü parolla “Göyərçinləri uçurdun” və “Quşları havaya buraxın” sözləri ilə ifadə edirdilər.

O günlərdə Zərdabdan Moskvaya göndərilən teleqramların mətnini Zərdab maliyyə şöbəsində çalışan Firəngiz xanım Əsədova hazırlayırdı. Ədalət naminə onu da deməyə borcluyuq ki, o vaxtlar Ucar rayonunun rəhbəri olan Abbas Yolçuyev də Zərdabın rayon statusunun ləğv edilməsinin zərdablılar üçün ciddi çətinliklər yaratdığını səmimiyyətlə etiraf edir və bu birləşmədən yaranan kütləvi etirazları açıq-aşkar olmasa da, dəstəkləyirdi.

Zərdablıların Moskva səfəri ilk nəticəsini verdi: rayonun nümayəndə heyətini SSRİ rəhbəri Leonid İliç Brejnevin köməkçisi Starçenko qəbul edib dinlədi. Nəhayət, sonda kütləvi etirazlar öz bəhrəsini verdi və 1965-ci il yanvarın 6-da Zərdabın rayon statusu bərpa olundu.

Hüseyn müəllim sözlərinə görə, Moskvaya gedən Asiya xanımın oğlu, fəallardan biri olan Məbud Məmmədov o vaxtlar həbs olunmuşdu və Asiya xanım Moskvada Voroşilovla görüşərək oğlunun həbsdən buraxılmasına da nail oldu.

Zərdabın rayon statusu bərpa ediləndə əslən Ağdaş rayonundan olan Paşa Paşayev Zərdab rayon partiya komitəsinin birinci katibi, zərdablı Əmirəli Əmirəliyev rayon xalq deputatları Sovetinin sədri oldular. Hüseyn Həsənov isə Zərdab raykomunda Təşkilat şöbəsinin müdiri, az sonra raykomun ikinci katibi oldu, 1980-ci ilin avqustuna qədər həmin vəzifədə işlədi. Sonra isə rayon təhsil şöbəsində müdiri, sonra Dövlət sığorta agentliyi Zərdab şöbəsinin rəisi, daha sonra şəhər Sovetinin sədri oldu.

Sovet rəhbərliyi gələcəkdə rayonda etiraz aksiyalarının baş verməməsi üçün profilaktik tədbirlər görməyə başladı. Hərəkatın bir neçə fəalı, Zərdabın rayon statusu bərpa olunandan az sonra, məlum olmayan səbəblərdən birdəfəlik başqa şəhərlərə, əsasən Bakıya köçüb getdilər. Hərəkatın ən fəallarından olan Səbbət kişi o hadisədən sonra, Zərdabın rayon statusu bərpa ediləndən təqribən 1 il keçəndə qeyri-müəyyən səbəblərdən həbs olundu. Hərəkatın ən fəallarından olan Mirqiyas kişinin taleyi daha acı oldu. O, kütləvi etirazlar müsbət sonluqla bitəndən az sonra Kürsahili meşədə müəmmalı şəraitdə həlak oldu.

Zərdab üsyanının müsbət sonluqla, əhalinin tələbinin yerinə yetirilməsi ilə başa çatması SSRİ-də görünməmiş, nadir hadisə idi. Bundan 3 il sonra 1968-ci ildə Çexslovakiyada kimmunusit rejimi əleyhinə qan içində boğulması bir dah sübut edir ki, Zərdab üsyanının qələbə ilə başa çatmasını tanrının möcüzəsi də hesab etmək olar . Əvvəlki və sonrakı illərdə bu cür proseslərin qarşısı zorakılıqla alınsa da 1985-ci ilin aprelindən, ölkədə aşkarlıq və yenidənqurma konsepsiyasının həyata keçirlməsi ilə SSRİ-nin demək olar ki, əksər ərazilərində anti-sovet aksiyalar başladı. Azərbaycanda da baş vermiş, bütün əhalinin, o cümlədən Zərdab və Ucar əhalisinin də fəal iştirak etdiyi 1988-1991-ci illər milli – azadlıq hərəkatı nəticəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edildi.

Məhərrəm Zülfüqarlı
Tarix elmləri doktoru, professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-BƏƏ təlimlərində dördayaqlı robotlar da işlədi...

Naxçıvan Konstitusiyası dəyişilir - 1921-ci ilə aid 2 müqavilə pozula bilər?..

Epşteyn işi ABŞ elitasında kütləvi əxlaqsızlıqdan xəbər verir - Azərbaycan məmurlarının da adı var...

SON XƏBƏRLƏR

08.02.2026 / 23:30
ABŞ-İran danışıqları dalana dirənə bilər - İsrail sərt tələblər irəli sürdü…

08.02.2026 / 23:11
Bərdənin Lənbəran kənd məktəbindəki olay bir az da dolaşdı... Təhsil İdarəsinə qarşı kəskin suallar var...

08.02.2026 / 22:07
Kobaxidze Türkiyəni Azərbaycanla əlaqələndirəcək yolun nə vaxt istifadəyə veriləcəyini açıqladı...

08.02.2026 / 21:46
İranın Qafandakı konsulu misilsiz qəribə ildönüm tədbiri keçirib...

08.02.2026 / 21:23
Ermənistan məhkəməsindən sülhə qarşı təxribat - Qərbi Azərbaycan İcması sərt bəyanat yaydı...

08.02.2026 / 21:10
Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar - FOTO

08.02.2026 / 19:45
" Həmin 5 milyardı Əliyevdən Paşinyan alıb cibinə qoydu"- Zatulin yenə səfehlədi....

08.02.2026 / 19:45
Məşhur kəlbəcərli jurnalist kimdən narazıdır? - "28 kitabımın heç birinin təqdimatını keçirmədi"....

08.02.2026 / 16:27
Ceyhun Bayramov Hakan Fidanla danışdı - ikitərəfli müttəfiqlik münasibətləri müzakirə edildi...

08.02.2026 / 15:52
Rusiya Ukraynanın ən böyük İstilik Elektrik Stansiyasını vurdu

08.02.2026 / 13:26
Netanyahu İran məsələsi ilə bağlı Vaşinqtona gedir…

08.02.2026 / 12:44
Moskvada rus generala sui-qəsdin arxasında kim(lər) dayanır? - FSB iki nəfəri saxladı…

08.02.2026 / 12:10
Britaniyada Epşteyn işində adı keçən keçmiş səfirin evlərində axtarış aparıldı…

08.02.2026 / 11:35
Polis Masallıda əməliyyat keçirdi...

08.02.2026 / 11:08
Nəsimidə bir gündə iki avtomobil soyuldu...

08.02.2026 / 10:27
Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub

08.02.2026 / 09:55
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Şah Abbas məscidini ziyarət ediblər - FOTO

08.02.2026 / 09:43
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar - FOTO

08.02.2026 / 09:24
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar - FOTO

08.02.2026 / 09:16
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət etdi - FOTO

07.02.2026 / 22:25
ABŞ Dövlət katibinin müavini də Venslə birlikdə Bakıya gəlir...

07.02.2026 / 22:10
Rusiya Ermənistanda yeni atom elektrik stansiyası tikməyi təklif etdi...

07.02.2026 / 21:45
ABŞ və Gürcüstan Azərbaycan-Ermənistan sülh razılaşmanı müzakirə etdi...

07.02.2026 / 21:26
Əliyev və Paşinyan 19 fevralda Trampla görüşə bilər...

07.02.2026 / 20:53
Evdən 10 min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlandı

07.02.2026 / 19:09
Tramp olmasaydı, Vens Azərbaycana gələ bilməzdi, gəlməzdi də...

07.02.2026 / 19:00
"İran raket proqramını müzakirəyə çıxarmayacaq - nə indi, nə də sonra..." - Əraqçi

07.02.2026 / 18:21
Ermənistan hərbi hissəsində olay - əsgər xəstəxanalıq oldu

07.02.2026 / 17:07
GÜNƏŞİN BATMADIĞI ƏDƏBİ İMPERİYA

07.02.2026 / 17:02
“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07.02.2026 / 16:53
Məmurlarımızın “ailə mərəzi”, yaxud – Saleh Məmmədovun arxasınca kimlər gedir?

07.02.2026 / 16:41
"İdrak" liseyi ilə bağlı daha bir ilginc fakt - "hələ 2 il əvvəl..."

07.02.2026 / 16:36
Ceyhun Bayramov İslamabaddakı terror aktı ilə bağlı Məhəmməd İshaq Dərə zəng etdi

07.02.2026 / 16:07
ABŞ-ın hücumuna qarşı İranın 5 mərhələli müharibə planı - Yaxın Şərq od tutub yanacaq…

07.02.2026 / 15:45
Maduro illərlə Venesuelada siyasi məhbusları dandı, bu da sübutlar....

07.02.2026 / 15:30
Ceyhun Bayramov pakistanlı həmkarına başsağlığı verdi

07.02.2026 / 15:03
Tramp Obama və arvadını meymuna bənzətdi - ABŞ qarışdı…

07.02.2026 / 14:25
Bərdədə direktordan şikayət videosu paylaşan müəllim cəzalandırıldı...

07.02.2026 / 14:04
Ukraynada prezident seçkilərilə eyni vaxtda sülh planı da referenduma çıxarıla bilər - ABŞ Kiyevə təzyiq edir…

07.02.2026 / 13:48
Cəlilabadda narkotikin təsiri altında avtomobili idarə edən sürücü həbs edildi

07.02.2026 / 13:34
SOCAR rəsmisi : “İlahə Həsənova 6 il yerinə yetirmədiyi xidmətə görə pul alıb, araşdırma gedir”...

07.02.2026 / 13:13
Siyəzəndə keçmiş qadın məhkum 6 kq narkotilə yendən tutuldu

07.02.2026 / 12:55
Kamran Əliyev Gəncə hərbi prokuroruna yeni müavin təyin etdi...

07.02.2026 / 12:31
Tərtərdə at ətini mal əti adı ilə gətirib Bakıda satmaq istəyənlər saxlandı

07.02.2026 / 11:44
"Azərbaycan və Ermənistan arasındakı Vaşinqton razılaşması Orta Dəhlizin mövqelərini gücləndirir" - Aİ

07.02.2026 / 11:28
İran Rusiyadan qırıcı təyyarələr alır...

07.02.2026 / 11:19
İdmançılar alqışlandı, vitse-prezident fitə basıldı - Milanda...

07.02.2026 / 11:19
Azərbaycan neftinin qiyməti bahalaşdı

07.02.2026 / 11:07
Fransada müflis olan müəssisələrin sayı artıb

07.02.2026 / 10:28
Ağ Ev Sülh Şurası liderlərinin görüşünü keçirməyə hazırlaşır

07.02.2026 / 10:21
ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək

07.02.2026 / 09:14
Tramp: “İran razılaşmaya can atır”

06.02.2026 / 21:51
ABŞ yıxmağa, Rusiya ayaqda saxlamağa çalışır - İrana qatar və gəmilərlə tonlarla pul göndərildi...

06.02.2026 / 21:16
Nə Moldova, nə Gürcüstan, nə Ukrayna - tək Azərbaycan...

06.02.2026 / 20:53
"İki məhsul var, Azərbaycanla danışıqlar aparırıq ki, onların da idxal imkanları açılsın" - Papoyan

06.02.2026 / 20:37
AB, ya Aİİ üzvlüyü? - İrəvan-Moskva müstəvisində açıq kəskin mübahisəyə çevrildi...

06.02.2026 / 20:19
Əbu-Dabidə ilk Əliyev-Paşinyan görüşünün davamı 8 avqust oldu - bu dəfə nə olacaq?...

06.02.2026 / 20:03
AAYDA İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kimdir? - DOSYE

06.02.2026 / 19:26
AAYDA İdarə Heyətinin sədri dəyişdi - SƏRƏNCAM

06.02.2026 / 19:04
İrəvan yenə hədələndi: Qərblə yaxınlaşma əlavə problemlər yaradır...

06.02.2026 / 19:00
İrəvan TRIPP üzərindən Bakı ilə birbaşa dəmir yolu əlaqəsi qurmağa ümid edir...

06.02.2026 / 18:58
İranda keçid hökumətinin yaradılması istiqamətində fəaliyyət başladı...

06.02.2026 / 18:55
Ermənistan parlamentinin spikerini Rusiyada hamı “danlayır”...

06.02.2026 / 18:51
Vitse-prezident Bakıya xüsusi tapşırıqla gəlir...

06.02.2026 / 18:50
Azərbaycan-BƏƏ təlimlərində dördayaqlı robotlar da işlədi...

06.02.2026 / 18:33
Rusiya səfiri XİN-ə çağırıldı - Bakı Moskvaya nota verdi...

06.02.2026 / 18:29
Omanda ABŞ-İran danışıqları başa çatdı - ilk açıqlama Tehrandan gəldi...

06.02.2026 / 18:17
Ukrayna-Rusiya-ABŞ danışıqlarının növbəti raundu ABŞ-da keçirilə bilər - Zelenski açıqladı...

06.02.2026 / 17:58
Ukrayna Əbu-Dabidə Rusiyadan Odessaya bir daha hücum etməyəcəyinə dair zəmanət istədi...

06.02.2026 / 17:52
Axar-Baxar və İlisu milli parkları haqqında Əsasnamələr təsdiqləndi - FƏRMAN

06.02.2026 / 17:50
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşdi - FƏRMAN

06.02.2026 / 17:46
Azərbaycan XİN Pakistana başsağlığı verdi

06.02.2026 / 17:39
Rusiya Hərbi Kəşfiyyat Xidmətinin generalına sui-qəsd cəhdi – Alekseyev evinin qarşısında güllələndi...

06.02.2026 / 17:15
Vüqar Rəhimzadə Ordubadda seçicilərlə görüşdü

06.02.2026 / 17:00
Türkiyədə Mossad casusları tutuldu

06.02.2026 / 16:52
Azərbaycanın müdafiə naziri İranlı həmkarı ilə müzakirələr aparıb

06.02.2026 / 16:43
“Human Rights Watch” hələ də ermənilərin Qarabağa qayıdış mövzusunu qurdalayır...

06.02.2026 / 16:41
Pakistanda terror: 16 hərbçi həlak oldu, silahlar ələ keçirildi

06.02.2026 / 16:10
Aylardır yüzlərlə xəstə müavinətini ala bilmir - TƏBİB müəssisələrinin səhvi...

06.02.2026 / 15:57
“İdrak” liseydəki faciə bir neçə köklü problemin nəticəsidir...Təhlil...

06.02.2026 / 15:39
Erməni idmançılarıdan təxribat - Milli Olimpiya Komitəsi BOK-a etiraz etdi...

Dünya Azərbaycan gənclərinin səsini bu dəfə İstanbuldan eşitdi...

XƏBƏR ARXİVİ