çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Sona Qəhrəmanova: "Həkimə müraciət etmək əvəzinə ağrıkəsici dərmanlarla özünü aldatmaq ağır nəticələrə gətirib çıxarır"

Image


“Ürək-damar xəstəlikləri, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış xəstəliklərdən biri olaraq qalır və ölüm faizinə, əlillik dərəcəsinə görə də birinci yerdədir”. Bu fikirləri ATU-nun Tədris Terapevtik Klinikasının həkim-kardioloqu, Kliniki farmakologiya kafedrasının dosenti, tibb elmləri doktoru Sona Qəhrəmanova qəzetimizə açıqlamasında deyib.

O bildirib ki, ürək-damar sistemi xəstəlikləri ilk növbədə irsi olaraq keçən xroniki xəstəliklərdir. Ona görə də bu xəstəliklər, o cümlədən arterial hipertenziya zamanı “bir kurs müalicə aldım, hansısa dərmanı müəyyən müddətə qəbul edərək tamamilə sağaldım” – yanaşması yanlışdır: “Bu xəstəliklər daimi müalicə tələb edir. Çünki xəstəliyin yaranmasının çox mürəkkəb potegenezi var və bütün ürək-damar xəstəliklərinin əsasını ateroskleroz təşkil edir. Yəni ürək damarlarında gedən aterosklerotik proseslər gələcəkdə damarların kirəcləşməsinə, qan təchizatının pozulmasına, qanın laxtalanmasına, arterial hipertenziyaya, sonda işemiyaların, infarktların yaranmasına gətirib çıxarır”.

Sağlamlığına biganə qalmayan hər kəsin hətta heç bir şikayəti olmadan ən azı ildə bir dəfə instrumental və laborator müayinələrdən keçməsini tövsiyə edən kardioloq qeyd edib ki, bu zəruri müayinələrin sırasına ilk növbədə elektrokardioqramma, exokardioqrafiya, qanın və sidiyin ümumi analizləri, qanın laxtalanmasını, onun lipid spektrini, həmçinin qalxanabənzər vəzin vəziyyətini, şəkərli diabetin olub-olmamasını yoxlamaq daxildir: “Hər hansı bir dəyişiklik aşkarlanarsa, vaxtında müalicəyə başlamaq xəstə üçün də, həkim üçün də daha rahatdır. Daha gec mərhələdə müraciət olunanda isə, kombinə edilmiş müalicə aparmaq məcburiyyətində qalırıq”. 

Müsahibimiz pasiyentlərin əksər hallarda ürək-damar xəstəliyi inkişaf edəndən sonra həkimə müraciət etməsindən təəssüfləndiyini söyləyib: “Artıq xəstəlik elə bir mərhələyə gəlib çatır ki, ağır kompleks müalicə tələb olunur. Halbuki vaxtında müraciət edilsəydi, müalicə daha yaxşı effekt verərdi. Arterial təzyiqi yüksək olan insanın vaxtaşırı möhkəm başağrıları, qulaqlarında küy, sifətində qızartı ola bilər. Müşahidələrimiz göstərir ki, xəstə çox zaman təzyiqinin yüksəlməsindən şübhələnmir və yaxud onda yüksək təzyiqin olmasına inanmaq istəmir.

Bizə çox vaxt dözülməz təngnəfəslik, yanaşı xəstəlikləri olanda, ayaqlar şişəndə, qorxu hissi yarananda müraciət edirlər. Buna qədər ağrıkəsici dərmanlar içərək özlərini aldadırlar, amma təzyiq öz işini görərək miokard infarktına, insulta gətirib çıxarır”.

Həkimin sözlərinə görə, döş sümüyü arxasında olan yandırıcı ağrı stenokardiya və miokard infarktının ilk əsas əlamətlərindəndir. Ancaq bu ağrını digər nevroloji, xüsusilə də qadınların klimaks dövründə şikayətləndiyi “ürək nahiyəsində ağrılar”dan fərqləndirmək lazımdır: “Bəzən belə xəstələri müayinə edəndə məlum olur ki, ürəklərində heç bir problem yoxdur. Əzələ, sinir və osteoxondrozla bağlı tipik ağrılar özünü ürək ağrısı kimi büruzə verir. Stenokardiya və ya miokard infarktından o zaman şübhələnməliyik ki, döş sümüyü arxasındakı yandırıcı ağrılar 5, maksimum 10 dəqiqə çəkir. Bundan əlavə, əgər xəstə dilinin altına nitroqliserin qoyduqdan sonra ağrıların azalması müşahidə olunarsa, bu, koronar damarda əmələ gələn problemin göstəricisidir. Çünki nitroqliserinin qəbulundan sonra koronar qan təchizatı yaxşılaşır və ağrı aradan qalxır. Əgər bu ağrılar uzun müddət qalsa, insan fiziki hərəkətdə olarkən stenokardik ağrıları davam etsə, miokard infarktı ehtimalı artar”.

İnkişaf etmiş ölkələrdə xəstənin miokard infarktı mərhələsinə çatmasına imkan verilmədiyini deyən S.Qəhrəmanova, kardiologiyanın Azərbaycanda da tibbin inkişaf etmiş sahələrindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, peşəkar kardiocərrahlarımız, invaziv kardiolaqlarımız, yəni terapevtik müalicə ilə məşğul olan çox yaxşı mütəxəssislərimiz var və onlar xəstənin bu hala çatmasının qarşısını vaxtında alırlar. Müalicə həm Amerika, həm Avropa kardioloqlarının verdiyi tövsiyələr əsasında aparılır.

Aritmiyaların, eləcə də arterial təzyiqin sutkalıq monitorinqinin, yükləmə testlərinin aparılmasının əhəmiyyətindən də danışan həkim bildirib ki, miokard infarktından sonrakı dövrdə ürəyin işgüzar qabiliyyətini, yəni canlı miokardını aşkarlamaq üçün kompüter tomoqrafiyası, MRT və digər müasir metodlar düzgün diaqnozun təsdiqlənməsində bizə kömək edir.

Ürək çatışmazlığı səbəbindən baş verən ani, qəfləti ölüm hallarına da aydınlıq gətirən mütəxəssis vurğulayıb ki, hansısa bir fəsad izsiz ötüşmür: “Bəzən eşidirik ki, heç bir şikayəti, ağrısı olmayan cavan insan axşam yatıb, səhər oyanmayıb. Araşdıranda məlum olur ki, atası da həmin yaşda infarkt keçirib. Amma bu adam bir dəfə də olsun xolesterinini, qanın laxtalanmasını, şəkərini, təzyiqini yoxlatmayıb. Unutmamalıyıq ki, insanların ağrıya həssaslığı, simptomları hissetmə qabiliyyəti də müxtəlifdir”.

S.Qəhrəmanova ürək-damar sistemi xəstəliklərinin xüsusilə kişilər arasında cavanlaşmasından, stres faktorunun çoxalmasından söz açaraq bildirib ki, qadınlarda ürək-damar problemləri daha çox klimaks dövründən sonra başlayır və kişilərdə 40 yaşından sonra yaranan ürək-damar problemləri ilə bərabərləşir. Yəni qadınlarda cavan yaşda ürəyin işemik problemləri daha az olur.

Eyni zamanda bu xəstəliklərin profilaktikasında normal həyat tərzinin, düzgün qidalanmanın əhəmiyyətinə də toxunan həkim, heyvan mənşəli qidalardan mümkün qədər az, meyvə-tərəvəzdən isə daha çox istifadə etməyi, xüsusilə fiziki aktivliyi məsləhət görüb. Onun sözlərinə görə, bu fəallıq ağır işlə məşğul olmaq anlamına gəlmir. Orta templə gəzmək, yerimək, özünü yormadan gündə 5-6 km. məsafə qət etmək nəzərdə tutulur. Yəni diskomfort yaratmayan tempdə gündəlik yerimə ürək əzələsinin möhkəmlənməsi üçün ən yaxşı fiziki məşqdir: “Çünki həyat hərəkətdən ibarətdir. Ürək əzələsi də işlək bir əzələdir. Ona yük verməsən tənbəlləşəcək, öz fəaliyyətini bir az da aşağı salacaq. Amma ona lazımi dozalanmış fiziki işləmə verdikdə, fəaliyyətini normal saxlayır və bizə qulluq edir. Ürək orqanizmi oksigenlə və digər zəruri maddələrlə təmin edən yeganə orqandır. Ürəksiz yaşamaq mümkün deyil. Ona görə də ürəyimizə daim diqqət yetirməli, onu qorumalıyıq”. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ