çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qazaxıstan rus dilinə görə yenə qarışacaq - Azərbaycanda da "1-cilərdə rus dili" söz-söhbətləri gedir...

Image


Qazaxıstan birinci sinifdən rus dilinin öyrənilməsini ləğv edib. Bu barədə Qazaxıstanın təhsil naziri Asxat Aymaqambetov bildirib.

“Biz belə qərara gəldik ki, ikinci və üçüncü dilləri mənimsəmək üçün uşaq öz ana dilində oxuyub-yazmağı öyrənməlidir, ona görə də dövlət dilində təhsil alan birinci siniflərdə uşaqlar yalnız qazax dilini öyrənəcəklər"-deyə Qazaxıstanın təhsil naziri vurğulayıb.

Qazaxıstana gedən bu prosesin başqa ölkələrdə də əks-səda verəcəyini proqnozlaşdıranlar az deyil.

Azərbaycanda  da uşaqlarını 1-ci sinifdən ingilis, rus sektoruna qoyurlar və uşaqlar ibtidai təhsili də rus dilində alır, digər təhsil pullərini də rus dilində başa vurur.

Azərbaycanda bu məsələyə necə yanaşılır, bizdə də bütün  uşaqlar 1-ci sinfə ana dilində getməlidir, yoxsa təhsil sistemi olduğu kimi qalmalı, seçim azad olmalıdır?

  • Faiq Ələkbərli : “Hesab edirəm, uşaqlarımız ibtidai təhsili Azərbaycan dilində almalıdır...”

Ölkəmizdə bu məsələdə birmənalı yanaşma yoxdur, bir qisim mütəxəssislər, insanlar Azərbaycanın da Qazaxıstanın yolu ilə getməli olduğunu deyir, bəziləri isə əksini düşünür. Qeyd edirlər ki, ibtidai siniflərdə rus dilində təhsil ləğv edilməli və yalnız Azərbaycan dilində olmalıdır, uşaqlara dilimiz mükəmməl öyrədilməlidir. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərli "Bakı Xəbər" ə şərhində Qazaxıstanın atdığı bu addımı təqdir etdiyini bildirdi. F.Ələkbərli hesab edir ki, uşaqlar 1-ci sinfə öz Azərbaycan dilində getməlidir və ibtidai təhsili bu dildə almalıdır, bundan sonra başqa dilləri öyrənməyə yönəldilməlidir. "Hər bir millət ilk növbədə öz övladlarına ana dilində təhsil verməlidir, uşaqların təhsilinin bünövrəsi ana dilində qoyulmalıdır. Ana dilində təhsil uşaqların şüuruna və gələcəyinə müsbət təsir göstərir. Əlbəttə, Qazaxıstan bu anlamda xeyli çətinlik yaşayıb. Bu problemdən çıxmaq üçün belə bir addım atıb. Qazaxıstanla müqayisədə Azərbaycan bu sahədə o qədər ciddi problem yaşamasa da, gələcəkdə Azərbaycanda da bu problemə çevrilə bilər. Son illər uşaqların məktəblərin rus dili bölmələrinə qoyulması diqqəti çəkir, bu da ciddi problemdir. Ona görə də, ən azından, Azərbaycan da 1-ci sinfə gedən şagirdlərin Azərbaycan  dilində təhsil alması ilə bağlı qərar qəbul etməlidir. Bu gün ingilis dilli bölmələrə də maraq var, amma rusdilli bölmələrə gedənlərin sayı daha çoxdur. Hesab edirəm ki,  uşaqlarımız ibtidai təhsili Azərbaycan dilində almalıdır, çünki bu onlarda milli şüurun formalaşmasına, gələcəklərinə çox müsbət təsir göstərəcək. Bu anlamda biz, əlbəttə, dövlət sifarişli rusdilli orta məktəblər olmasını da doğru saymırıq. Rusdilli məktəblərin dövlət tərəfindən maliyyələşdirilməsi düzgün deyil. Azərbaycanda da uşaqların 1-ci sinifdə dövlət dilində təhsil alması yaxşı olardı”.

F.Ələkbərli ümid edir ki, Azərbaycanda da 1-ci sinfə gedən uşaqların yalnız dövlət dilində təhsil almaları məsələsi ən üst səviyyəydə gündəmə gələcək.

  • Məzahir Məmmədli: “Bu prosesin bizim ölkədə də getməsi müsbət nəticə verməz”

Tanınmış təhsil eksperti Məzahir Məmmədli isə əksini düşünür.  M.Məmmədli bildirdi ki, Qazaxıstanda baş verən məsələ  bizim cəmiyyətdə də səsləndirilib, zaman-zaman aktual olub.  “Bizdə də dönə-dönə səsləndirilib ki, Azərbaycanda ibtidai təhsil dövlət dilində olsun, başqa dillərdə olmasın.  Uşaqlara 5-ci sinifdən sonra seçim imkanı yaradılsın ki, onlar ya ingilis, ya da rus dilində təhsili seçsinlər. Bizdə belə fikirlər olub.  Amma bilirsiz ki, bizim qanunlarımızda bu məsələ ilə bağlı konkret məhdudiyyət yoxdur. Səhv etmirəmsə, son statistikaya görə, Azərbaycanda rus dilində təhsil almaq istəyənlər müraciət edənlərin 34 faizini təşkil edir. Bu da səbəbsiz deyil. Bir tərəfdən, bu  dəb halı alan bir məsələdir. Çünki o vaxt Sovetlər dönəmində belə bir stereotip formalaşdırıldı ki, rus dilində təhsil alanlar daha intellektlidir, Azərbaycan dilində təhsil alanlardan fərqli düşüncəyə malikdirlər. Bu belə düşünüldüyündən üstünlük daha çox rus dilinə verilirdi. Amma biz müstəqillik əldə etdikdən sonra statistikada göstərildi ki, 1992-1993-cü illərdə bu müraciətlərin sayı azalmağa doğru gedib, ondan sonrakı dövrdə yenidən artım başlayıb. Yəni biz yaxın qonşu ölkələrlə müqayisə etsək,  nə Gürcüstanda, nə də Ermənistanda artıq rus sektoru qalmayıb. O ki qaldı Orta Asiyaya, bu hərəkat Qazaxıstanda başlayıb və onun da digər Orta Asiya ölkələrinə  yayılması proqnozlaşdırılır. Qazaxıstanda milli dil sahəsində problem vardı və orada rus dilinə daha çox meyl göstərilirdi. Azərbaycana gəlincə, bizdə vəziyyət, mənzərə tamamilə fərqlidir. Mənim bu məsələyə münasibətim fərqlidir. Bilirsiz, təhsil azaddır, bunu bizə Azərbaycan konstitusiyası da diqtə edir. Azərbaycan çoxmillətli, çox konfessiyalı,  multikultural ölkədir  Burada müxtəlif xalqların nümayəndələri yaşayır və təhsil alır. Bu baxımdan hesab edirəm ki, bu prosesin bizim ölkədə də getməsi müsbət nəticə verməz. Yenə deyirəm, təhsil azaddır və seçim müstəqildir. Bu səbəbdən də, o tendensiyanın bizdə başlaması gözlənilmir, çünki buna səbəb və zəmin yoxdur. Azərbaycanda yaşayan ruslar, başqa xalqlar da var və onların övladları rus dilində təhsil alır. Azərbaycan dövləti eyni zamanda bütün xalqların övladlarının təhsil almasına münbit şərait yaradır”.

M.Məmmədli hesab edir ki, Azərbaycanda yaşayan bütün xalqlar Azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşib və hər birinin güclü dövlət, dövlətçilik sevgisi var.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ