çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Səlcuq Karakılıç: “Türkiyə ilə Azərbaycan arasında son illər təhsil və mədəniyyət sahələrində gələcəyə yönəlik konkret siyasət həyata keçirilir”

Image


Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlcuq Karakılıç “Bakı-Xəbər”ə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində mövcud olan əməkdaşlıqdan danışıb.

Müsahibəni təqdim edirik:

Səlcuq bəy, Azərbaycanla Türkiyə  arasında təhsil sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Türkiyə və Azərbaycan arasında qohumluq və qardaşlıq bağlarının güclü olduğu hər kəsin məlumudur. Eyni zamanda Şuşa Bəyannaməsi ilə strateji ortaqlığı da həyata keçirən iki ölkə arasında, hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də önəmli işlər görülməkdədir. Yüksək standartlı bir təhsil və  onun intellektual kapitalı, və savadlı işçi qüvvəsi Türkiyə və Azərbaycanın vazkeçilməzdir.  Ölkələrimizin dünyada nüfuz sahibi olması elm və mədəniyyət sahəsində qlobal ölçüdə brend insanlar yetişdirilməsinə bağlıdır. Dolayısıyla Türkiyə ilə Azərbaycan arasında son illər təhsil və mədəniyyət sahələrində gələcəyə yönəlik  konkret siyasət işlənib hazırlanıb həyata keçirilir. Gənclərimizin, yəni intellektual sərmayəmizin daha zəngin və seçkin olması üçün bu sahədə çalışan, əmək verən insanlara təşəkkür borcluyuq.

- Azərbaycanın mövcud təhsil modelini necə qiymətləndirmək olar? Sizin Azərbaycan təhsilinə baxışınız necədir?

- Hər ölkənin təhsil və mədəniyyət siyasətləri fərqlidir, çünki bunda şübhəsiz mədəni dəyərlər, coğrafiya və tarixin təsiri olur. Azərbaycan mənə görə milli və ümumbəşəri dəyərlər üzərində tərbiyə etməklə güclü nəsillər yetişdirməyə çalışır. Yaxından tanıdığım və bildiyim Azərbaycan xalqının yüksək təhsilli və mədəniyyətli insanlardan ibarət olması təhsilin uğurlu olduğunu göstərir. Təhsil sadəcə məktəblərdə dərs proqramı deyil, yəni riyaziyyat, fizika, musiqi öyrədilməsi deyil, bəlkə də hamısını özündə birləşdirən bir tərbiyə sistemidir.

Azərbaycan xalqının adət-ənənələrinə bağlı yaşamının yanında onun bu gün bir çox sivil ölkələrdə belə olmayan ümumbəşəri dəyərlərə, insani və vicdanlı xüsusiyyətlərə malik olması təqdirəlayiq xüsusiyyətdir. Azərbaycanın son dərəcə mədəni və hörmətli insanları var. Yolda qarşılaşdığımızda təbəssüm edən üzlərə şahid olduqca Azərbaycan təhsil-tərbiyəsiinin yüksək standartlarda olduğunu anlayıram. Təbii ki, hər bir ölkənin təhsil məsələlərində çatışmazlıqları var, Azərbaycanda da, yəqin ki, bunlar zamanla aradan qaldırılacaq məsələlərdir. Bu gün ən zəngin və seçkin ölkələrdəki məktəblərdə də hər şeyin dörd-dördlük olmadığını görə bilərsiniz. Önəmli olan bunun fərqində olmaq və insan resurslarımıza, ixtisaslı işçi qüvvəmizə və intellektual kapitalımıza sərmayə qoya bilməkdir. Azərbaycan bu məsələlərdə daha diqqətli davranaraq müasir dünyaya nümunə ola biləcək nəsillər yetişdirir ki, bu da bizim həm qürurumuz, həm də alqışlayacağımız bir məsələdir.

Əlbəttə, Azərbaycanın da şəxsiyyətləri var. Nizami Gəncəvi, Üzeyir Hacıbəyli kimi şəxsiyyətlər Azərbaycanın yetişdirdiyi böyük adlardır, simlardır. Azərbaycan öz tarixində və mədəniyyətində böyük isimlər yetişdirdiyi kimi bu gün də tarixi isimlər yetişdirməkdə davam edir.

- Bilirsiz ki, müstəqil Azərbaycan gənc bir ölkədir. Təbii ki, təhsil sahəsində də müəyyən problemləri var və bu problemlərin aradan qaldırılması üçün Sizin institut hansı dəstəyi göstərir, nəticələr nədir?

- Azərbaycan gənc, amma güclü bir ölkədir. Gücünü tarixindən, mədəniyyətindən və bugünkü enerjisindən almaqdadır. Yunis Əmrə İnstitutu Türkiyənin mədəniyyət qurumudur. Dünyanın 70 ölkəsində fəaliyyət göstərməkdədir və Mədəiyyət və Turizm Nazirliyinə bağlı bir dövlət qurumudur. Türk dilini öyrətmək, Türkiyənin sənətini və elmini təbliğ etmək, tanıtmaq, xarici ölkələrdə elmi və bədii layihələr yaradaraq mədəniyyət sənayesinin yaradılması istiqamətində fəaliyyətlər həyata keçirir. Yunis Əmrə İnstitutunun Bakı təmsilçiliyi 2012-ci ildə açılıb və on ildir mədəniyyət və elmi fəaliyyətlər həyata keçirən bir qurumdur. Yunus Əmrə İnstitutunun Bakı təmsilçiliyi Türkiyə və türk elmi-mədəni mühitləri ilə əlaqələr qurmaq, ortaq və konkret işlər görmək, iki ölkə arasında elmi-mədəni istehsal həyata keçirmək istəyən bütün azərbaycanlı gənclər, sənətkarlar və elm adamları üçün bir mədəniyyət körpüsü rolunu oynayır. Bizə gələn qonaqlarımızı bütün enerjimizlə maraqlandıqları sahələr üzrə həmsöhbətləri ilə bir araya gətirməyə çalışırıq. Bu, bizim vəzifələrimizdən yalnız biridir.

- Statistikaya baxsaq görərik ki, azərbaycanlı gənclər daha çox qardaş Türkiyədə ali təhsil almağa meyl göstərirlər. Bu nədən qaynaqlanır, səbəb nədir? Bunun əhəmiyyəti nədir?

- Bəli, qeyd etdiyiniz kimi, azərbaycanlı gənclər hər il Türkiyədə təhsil almaq üçün səy göstərirlər. Bunun önəmli səbəbləri var, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq və qohumluq bağları, ortaq dil, tarix və mədəni dəyərlər bu seçimin ən önəmli səbəblərindən sadəcə biridir. Digər mühüm məsələ Türkiyə universitetlərinin yüksək keyfiyyətli və yüksək standartlarda təhsil verməsi və məzun etdikləri tələbələrin beynəlxalq aləmdə brend olmasıdır. Əsas səbəblərdən biri Türkiyədə tibb, stomatologiya, mühəndislik və texnologiya təhsilinin universal olması və dünyanın hər yerindən tələbələrin Türkiyədə təhsil almasıdır.

- Bu arada bir məqama da toxunmaq istəyirik. Qəbul imtahanlarınsda 700 bal toplayan və Azərbaycan universitetlərində təhsil almaqdan imtina edən Nigar Ağazadənin qardaş Türkiyənin Ankara Universitetinin tibb fakltəsinə daxil olması üçün Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin onun burs qazanmasına dəstək verdiyi qeyd edilir.  Bu barədə nə deyərdiniz?

- Nigar Ağazadənin qeyri-adi uğurunu təbrik etmək, hətta alqışlamaq lazımdır. Bu gənc yaşında onun özünü yalnız çalışmağa həsr edərək hər şeydən təcrid edib oxumağa həsr etməsi, 700 bal toplaması və ölkə birincisi olması təəccüblü deyil. Təbii ki, hər bir insanın bir idealı, həyata, gələcəyə baxışı olur. Nigar həyat baxışını çox erkən planlayan, hara, necə gedəcəyini cızmış biridir. Məncə, onun uğurunun sirri gələcəyə aydın baxışının olmasındadır. Azərbaycanda birinci olmaq, Türkiyəyə üstünlük vermək də bu həyata baxışın bir parçasıdır. Onun Azərbaycandan imtina etdiyini iddia etmək insafsızlıq olardı, sadəcə, bəzi insanların düşüncələri, perspektivləri onların mühitindən çox-çox kənardadır. Fərqli düşünən, dünyada baş verənləri diqqətlə izləyən ziyalı qız Nigar Türkiyənin ən qədim və sayılıb-seçilən elm ocaqlarından biri olan Ankara Universitetinin Tibb fakültəsini bitirdikdən sonra Azərbaycana qayıdacaq və yenidən öz xalqı üçün şəfa mənbəyi olacaq. O, qayğıkeş və böyük kardioloq kimi yaralı ürəkləri müalicə edəcək. Bu onun Azərbaycandan imtina etdiyini deyil, əksinə, Nigarın ilk növbədə özünü özünə, ailəsinə, Vətəninə, böyük insanlıq ailəsinə borclu saydığını göstərir.

Nigar anası ilə bizə gələndə onun çox həyəcanlı olduğunu, tibb sahəsində yüksək səviyyədə biliyə malik olduğunu gördüm. O mənə Azərbaycan Təhsil Nazirliyinin verdiyi medalları göstərdi, Türkiyədə böyük tibb həkimlərinin gördüyü işlərdən danışdı və qısaca “Türkiyədə böyük müəllimlərdən dərs alıb vətənə xidmət etmək istəyirəm” dedi. Yunus Əmrə İnstitutu mədəni diplomatiya fəaliyyətini həyata keçirən dil, mədəniyyət və elm qurumudur. Ancaq Türkiyə ilə əlaqə saxlamaq istəyən hər kəslə körpü funksiyası daşıdığımızı da bildirdim. Nigarın Ankara Universiteti ilə yolları belə kəsişdi. Xaricdəki Türklər və Qohum Toplumlar Başçılığı var ki, o da Türkiyənin sayılıb-seçilən qurumlarından biridir və Türkiyə Təqaüdləri proqramını həyata keçirir. Oradakı dostlarımıza Nigar haqqında məlumat verdim və dedim ki, o, Türkiyədə bir universitetdə qiymətləndirilməlidir. Nigar daha sonra müsahibədən keçdi və bilik və bacarığını sübut etdikdən sonra Ankara Universitetinin Tibb Fakültəsinə daxil oldu. Buradakı uğur tamamilə Nigarındır. Bununla belə, Xaricdə Yaşayan Türklər və Qohum Toplumlar Rəhbərliyinə, ona qayğı göstərən Ankara Universiteti rəhbərliyinə də təşəkkür borcluyam.

- Ümumiyyətlə, Azərbaycan gənclərinin Türkiyə ali məktəblərində təhsil almağa marağının artmasında Yunus Əmrə İnstitutunun nə kimi rolu var? Sizin gənclərə tövsiyələriniz, yön vermələriniz olurmu?

- Yunus Əmrə İnstitutu 70 ölkənin paytaxtında fəaliyyət göstərən qlobal bir qurumdur. Bakı Yunus Əmrə İnstitutu bu mərkəzlərdən yalnız biridir. Bizə kimin gəlməsindən asılı olmayaraq, “dil, mədəniyyət və elm-texnologiya” sahələrində Türkiyə ilə əlaqə saxlamaq istəyən hər kəsi dinləyir, həmsöhbətləri ilə görüşdürməyə çalışırıq.

Türkiyə universitetləri ilə bağlı məlumat verdiyimiz kimi, "hansı sahələr və ya bölmələr üzrə təhsil almaq faydalı olar, hansı şəhərdə hansı universitet var, Türkiyədə təhsil almaq üçün nə etmək lazımdır" kimi suallara da cavab verməklə təmənnasız tanışlıq xidməti göstəririk. Azərbaycana ümumbəşəri dəyərlərə malik, zəngin və yüksək təhsilli gənclər, intellektual kapital lazımdır. Ona görə də vətənpərvər Azərbaycan gənclərinin yetişdirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Qapımız hər zaman hər kəsə  açıqdır!

- Bildiyimiz qədər, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin burada Türkiyə türkcəsini öyrətmə kursları var. Bu kursların yaranma səbəbi nə idi və bu kurslar Azərbayan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin genişlənməsində nə kimi rol oynayır?

- Az əvvəl dediyim kimi, Yunus Əmrə İnstitutunun xaricdə türkcə öyrətməkdə məqsədi Türkiyə qavrayışını formalaşdırmağa, Türkiyə ilə bağlar qurmağa, Türkiyənin elm, mədəniyyət və texnologiya sənayesinə töhfə verməyə və bu təcrübədən yararlanmağa çalışan insanlara dəstək olmaqdır. Əcnəbilərə türk dilini öyrətmək əsas vəzifələrimizdən biridir. Braziliyadan Yaponiyaya qədər bütün mərkəzlərimizdə, hətta o ölkələrdə müqavilə bağladığımız universitetlərdə müasir üsullarla türk dilini öyrədirik. Beləliklə, qlobal türk şəbəkəsi formalaşır.

Hazırlıq sinfinə getmədən Türkiyə universitetlərinə yazılmaq istəyən tələbə bütün dünyada təşkil etdiyimiz Türkcə Yetərlilik İmtahanı verməli və beynəlxalq səviyyədə də etibarlı olan Türkcə Yetərlilik Sertifikatı almalıdır. 40 ölkədə tətbiq etdiyimiz bu imtahan hər il üç dəfə yanvar-may və sentyabr aylarında keçirilir. Sevincimi sizinlə bölüşmək istəyirəm ki, hər il 65 faizlə ən çox imtahan verən Azərbaycan gəncləridir.

Yəni bütün dünyada TYS imtahanı verən azərbaycanlı gənclər Türkiyədəki universitetlərə ​​üstünlük verirlər. Bakı Yunus Əmrə İnstitutu da bu mənada azərbaycanlı gənclərin Türkiyə universitetlərinə doğru ilk addımını atmağa kömək edir. Biz Azərbaycan gəncliyinə, incəsənət, kino, ədəbiyyat, musiqi, nəşrlər və elm dünyasına xidmət etmək üçün buradayıq. Bu məsələlərlə bağlı fikirlərimizi bildirməkdə bizə yardımçı olduğunuz  üçün qəzetinizə və Sizə təşəkkür edirəm.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ