Cümə günü, 02 oktyabr 2026
     

Bir yandan evlənib bir yandan boşanırıq

Image


Könül Vaqifqızı: "Boşanmalar ən çox ailə düzgün motivlər əsasında qurulmayanda baş verir"

"Ailədə qadınlardan çox şey asılıdır və onlar ailə düsturunu bilməlidir"

Ailə institutu tarixən cəmiyyətin əsas təsisatlarından biri kimi insani dəyərlərin, nəsillərin tarixi varisliyinin qoruyucusu və inkişaf meyarı sayılıb. Bəşəriyyət ailəni tarixən hər bir cəmiyyətin əsasını təşkil edən, insanların ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirib. Qədimdən bəri ailə Azərbaycan cəmiyyətində də xüsusi dəyər kəsb edib.
Həmçinin ölkəmizdə ailə dövlət tərəfindən də qorunur və himayə edilir. Ailə Məcəlləsinə görə, ər və arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdır.
Ümumiyyətlə, ailə qurulduğu gündən hər bir insan öz kiçik "dövlətini" qorumağa çalışmalıdır. Bəs görəsən, ailə quran şəxslərin hamısı bu kiçik "dövləti" daim qoruya bilirmi? Çox təəssüf ki, bu heç də belə deyil. Ailənin möhkəm olub-olmamasının göstəricilərindən biri də boşanmalardır. Son illər bir çox dünya ölkələrində boşanmaların sayı getdikcə artmaqdadır. Məsələn, ABŞ-da evlənən hər iki ailədən biri ayrılmağa qərar verir. Buna oxşar vəziyyət Almaniyada da özünü göstərir. Son illər Türkiyədə də boşanmaların sayı artır. Azərbaycan hazırda boşanmaların sayının sürətlə artdığı ölkələr sırasında olmasa da, bu sahədə problemlər özünü göstərməkdədir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 73,2 min nikah və 10 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstəricilər müvafiq olaraq 9,3 və 1,3 olub.
Həmçinin Dövlət Statistika Komitəsi 2014-cü ilin yanvar-oktyabr aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1455 nəfər gələn və 690 nəfər ölkədən gedən qeydə alındığını bildirib.
Boşanmaların sayının ildən-ilə artması ictimaiyyəti ciddi şəkildə narahat edir.
Psixoloq Könül Vaqifqızı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, boşanmalar ən çox ailə düzgün motivlər əsasında qurulmayanda baş verir: "Belə ki, hər iki tərəfin evlənmək ərəfəsində qarşı tərəfi mütləq tanıması lazımdır. Sadəcə, qısa bir tanışlıq əsasında qurulan ailələrdə boşanma halları daha çox baş verir. Bundan başqa, ailəyə müdaxilələri, o cümlədən qayınanaların gəlinə qarşı müxtəlif düşüncələrdə olmasını da göstərmək olar. Bu bir növ qısqanclıq xarakteri daşıyır və bu cür qayınanaların, belə münasibəti də onun həyat yoldaşının olmamasından, yaxud da onunla arasında ciddi problemlərin olmasından qaynaqlanır. Qayınana öz məsələsi ilə bağlı obyekt olaraq gəlini seçir və iradlarını gəlinin üzərində həyata keçirir".
Psixoloq onu da bildirdi ki, ümumiyyətlə, boşanmaların səbəbkarı kimi yalnız bir cinsi günahlandırmaq düzgün deyil. Onun fikrincə, ailədə qadınlardan çox şey asılıdır və onlar ailə düsturunu bilməlidir: "Bu düstura daxil olan amillərə gəldikdə isə, bunlardan biri odur ki, qadın özünə daha çox diqqət yetirməlidir. Evlənməzdən əvvəl nişanlı olarkən hər iki tərəf özünə daha çox diqqət yetirir, ən yaxşı tərəflərini göstərməyə çalışır. Evləndikdən sonra isə bir-biri üçün adiləşirlər və nəticə etibarilə kişilərin gözü kənar mühitə daha çox meyl edir. Bunun səbəbkarı yenə də qadın özü olur. Qadınlar daha çox ev işləri, uşaqlarla məşğul olur və kişiyə az vaxt ayırır. Kişi evə gələrkən qadın özünə qarşı səliqəli olmur və artıq uzun müddətdir bir evdə yaşadıqlarını düşünərək bunu normal qəbul edir. Əslində isə bu belə deyil və qadın hər zaman, xüsusilə də yoldaşının yanında özünə fikir verməlidir".
Müsahibimizin sözlərinə görə, digər xırda nüanslar var ki, onlar ər-arvad arasında böyük bir problemə çevrilə bilər: "Məsələn, qadının uşağı olduqdan sonra hormon pozğunluğu ilə əlaqədar kökəlmə prosesi gedir və o özündə kompleks yaradaraq tez-tez yoldaşının yanında bununla bağlı danışır. Lakin nəticə etibarilə bəlkə də kişi onun kökəlməsinə diqqət etmirdisə də, artıq özü onun beyninə bu fikri diqtə edir. Təbii ki, bu zaman kişinin şüuraltında öz yoldaşına qarşı antisimpatiya kimi fikirlər formalaşır. Yaxud bəzən qadınlar öz rəfiqəsini yoldaşının yanında tərifləməyə başlayır. Bu cür xırda nüanslar belə ailənin boşanmasına gətirib çıxaran səbəblər ola bilər. Hətta qadın öz yoldaşı ilə söhbət edərkən "mənim uşaqlarım", "sənin uşaqların" kimi fikirlər söyləməməlidir. O, "bizim uşaqlarımız", "bizim evimiz" deməlidir, ayrıseçkilik saldığı zaman ailə forması bütöv bir şar şəklini almır və bu zaman da yadlaşma prosesi gedir.
Ailələrin boşanmalarına səbəb olan amillərdən biri də qısqanclıqdır. Son vaxtlar belə bir dəb formalaşıb ki, kişilər evə gəldiyi zaman qadınlar onların telefonlarında axtarışlar aparır. Bununla da qadınlar özlərini təhqir edirlər. Qadın özünü bu qədər aşağı səviyyədə dəyərsizləşdirməməlidir".
Psixoloqun fikrincə, qadınlar qayınanalarla, uşaqlarla və bütün həyatla düzgün davranış modelini qursa, nə boşanmalar, nə də problemlər olar: "Lakin elə qadınlar var ki, bu normaların hamısına əməl etsə də, boşanmalarla üzləşir. Məsələn, hazırda elə qayınanalar var ki, gəlin maksimum düzgün davranış modelini həyata keçirsə belə ona zülm verə bilər və bu düzgünlüyü görmək istəmir. Nəticə etibarilə əks təsir alınır və boşanmalar özünü göstərir. Bundan başqa, qadınlar evdə olduqda yemək hazırlayır, eyni geyimdə qalır. Lakin bir toy mərasiminə gedərkən həmin qadın gözlənilməz dərəcədə dəyişir və yoldaşı bu dəyişikliyə belə təəccüblənir.
Çünki həmin qadınların öz daxilində də yoldaşına qarşı adiləşmə prosesi gedib. Yəni bu, birtərəfli deyil və qadınların da gözündə kişilər adiləşir. Başqa bir yerə gedərkən qadının özünə diqqət yetirməsinə gəldikdə isə, bu, kişiyə görə deyil, onların rəqabəti qadınladır və başqa bir qadından daha yaxşı görünməyə çalışır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, böyük bir ailə birgə yaşayarkən insanlar bir-biri ilə dil tapmağa çalışmalıdır: "Əslində bu, ailəyə bir köməkdir, yəni nənənin ailədə olması uşaqlar üçün çox yaxşı haldır. Əgər maddi imkanı varsa, ailənin ayrı yaşaması təbiidir. İnsan psixologiyası daha rahat olmağa, komforta üstünlük verir. Ancaq böyük ailədə bütün insanlar elə davranış modelləri ortaya qoymalıdır ki, nəticə etibarilə ailə öz möhkəmliyini qoruyub saxlasın. Avropa ailə tərzini tərcih edənlərə gəldikdə isə, bizdə həmin modeli seçən qadınlar azdır".







DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ