"Bu gün Bakı məktəblərində kişi və qadın müəllimlərin sayı ilə bağlı təhlükəli tendensiya var. Yeni işə qəbul olunan müəllimlərin gender dinamikasında bu problem yoxdur, amma ümumilikdə götürdükdə bu məsələdə natarazlıq mövcuddur və bu, bizi narahat edir". APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.