Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan-Rusiya münasibətləri dərinləşdikcə Paşinyan sülh danışıqlarını aşkar pozur…

Image


Ermənistanda mövcud hakimiyyətin mövqeyi Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllini əngəlləyən başlıca faktor qismində çıxış etməkdə davam edir. Belə görünür ki, bu ölkə ciddi təzyiq görməyəincə, konfliktin real həlli istiqamətindjə əməli addım atmayacaq.

Hazırda Azərbaycanın diplomatik fəaliyyəti nəticəsində dünya Ermənistanı işğalçı ölkə olaraq qəbul etsə də, ona qarşı əməli addımlar atmağa hələ də tələsmir. Proseslərin bu səpkidə inkişafı Azərbaycanı qane etmədəyindən, Bakı məsələnin güc müstəvisində həlli variantının istənilən vaxt işə düşə biləcəyini yüksək səviyyədə bəyan edir. Bu mənada, Müdafiə Nazirliyində keçirilən son xidməti müşavirədə səslənən fikirlər və ordu qarşısında qoyulan yeni tapşırıqlar təsadüfi sayıla bilməz.

Xatırladaq ki, həmin müşavirədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident İlham Əliyevin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin Azərbaycan ordusunda böyük ruh yüksəkliyi ilə qarşılandığını və ordumuz qarşısında yeni tapşırıqlar qoyduğunu xüsusi vurğulayıb. Nazir bildirib ki, bu tapşırıqlar Azərbaycan ordusunun, xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin artırılması, onların daha müasir, güclü silah və hərbi texnika ilə təchizatı, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönəlmiş təlim və tədbirlərin gücləndirilmiş qaydada keçirilməsi və bu istiqamətdə bir sıra digər mühüm məsələlərin həll edilməsindən ibarətdir.  

Son dövrdə cəbhə xəttində yaranmış əməliyyat şəraitini təhlil edən müdafiə naziri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal olunmuş ərazilərdə mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis-istehkam işlərinin aparılması cəhdlərinin, eyni zamanda düşmənin snayper və pilotsuz uçuş aparatlarının fəaliyyətinin sərt şəkildə qarşısının alınması məqsədilə adekvat tədbirlərin görülməsini əmr edib. Ekspertlər hesab edir ki, ordumuzun qarşısında qoyulan yeni tapşırıqlar, danışıqlar masasında nəticə olmayacağı təqdirdə, hərbi əməliyyatların istənilən vaxt başalya biləcəyinin real təsdiqidir.

Azərbaycanın hərbi əməliyyatlara start verdiyi təqdirdə Ermənistanın çox böyük problemlərlə üzləşəcəyini isə düşmən ölkədə də açıq etiraf edirlər. Məsələn, ehtiyatda olan erməni polkovnik Vladimir Ovanesyan bildirir ki, indiki şəraitdə Ermənistanın Azərbaycanla hərb müstəvisində üz-üzə gəlməsi ölkəsi üçün yaxşı heç nə vəd etmir. O bildirir ki, Ermənistanın Azərbaycanla hərbi sahədə hansısa balans yaratmaq cəhdləri iflasa uğrayıb: “ Ermənistanın yeni hakimiyyəti hərbi xərcləri artıraraq Azərbaycanla bu sahədə ayaqlaşmağa çalışır, amma baş tutmur. Belə ki, Ermənistanın 2020-ci il üçün büdcəsində hərbi xərclərin cəmi 0,8 faizlik artımı nəzərdə tutulub. Bu il ölkə hərbi xərclərə 303 milyard dram, təxminən 634 milyon dollar nəzərdə tutulmuşdusa, gələn il həmin rəqəm 305 milyard dram, yəni 638 milyon dollar təşkil edəcək. Xatırladım ki, Ermənistan Azərbaycanla müharibə ərəfəsindədir və belə vəziyyətdə hərbi büdcənin cəmi 0,8 faiz artımı yolverilməzdir. Müqayisə üçün qeyd edim ki, Azərbaycan 2020-ci ildə hərbi xərcləri 10 faiz artırmağa hazırlaşır”. Polkovnik Ovanesyan əlavə edir ki, inflyasiyanı nəzərə alanda həmin 0,8 faizlik artım əslində artım deyil, hərbi xərclər inflyasiyaya görə builkinə nisbətən azalacaq. Ovanisyanın bildirdiyinə görə, Ermənistan Müdafiə Nazirliyinə ayrılan vəsaitin 75 faizi maaşlara, kommunal xərclərə və digər məcburi ödənişlərə sərf olunur. Qalan hissəsinə isə hərbi ehtiyaclar üçün nələrsə alına bilər. Üstəlik, bu zaman korrupsiyaya yol verilir, onsuz da az olan vəsait bir tərəfdən də mənimsənilir. Deməli, hərbi xərclər hesabına Ermənistan praktiki olaraq hansısa yeni texnika alışını həyata keçirmir. Bu vəziyyətdə düşmən ordusunun maddi texniki təminat sarıdan yenə Azərbaycandan dəfələrlə geri qalacağı şübhə doğurmur. Çünki Azərbaycan hər il kifayət qədər yeni və müasir hərbi texnika alışını həyata keçirir. Elə bu səbəbdəndir ki, ermənilərin ən böyük narahatlığı yenidən hərbi sahədə Azərbaycanla üz-üzə gələ bilməklə bağlıdır.

Əslində, rəsmi İrəvanın Qarabağ sülh danışıqlarını dalana dirəməsi fonunda yeni Qarabağ savaşının olması artıq qaçılmaz sayılır.  Rusiyalı hərbi analitik Pavel Felqenhauer bu xüsusda bildirir: “Bəli, son zamanlar cəbhə xəttində gərginlik var. Oradakı vəziyyət bu cürdür ki, münaqişənin yenidən başlaması mümkündür, bu da bölgədəki vəziyyətin gərginləşməsinə töhfə verir”. Analitik qeyd edib ki, regionda dəyişən geosiyasi vəziyyət də savaşı tətikləyən digər bir faktordur: “Söhbət ondan gedir ki, Ermənistan Moskva üçün vacibdir, lakin Türkiyə daha vacibdir, həmçinin Azərbaycan da Moskva üçün vacibdir. Moskvanın Ermənistanla tərəfdaş olması, digərləri ilə tərəfdaş olmaması məsələsinə gəldikdə isə, bu, Moskvaya əlverişli deyil, Moskva üçün maraqlı deyil. Buna görə də Moskva hər zaman balanslaşdırır, birmənalı olaraq heç vaxt İrəvanı dəstəkləmir. Lakin formal olaraq bu kimi dəstək, zəmanətlər var. Hazırda həmin balans var, lakin vacib maraqlar da var. Xüsusən də Ermənistanın indiki hakimiyyəti üzündən Rusiya Azərbaycan və Türkiyə ilə daha çox yaxınlaşır. Belə vəziyyətdə Qarabağ məsələsində İrəvanın hansısa addım atmaması fonunda Azərbaycanın savaşa başlamasına Rusiya heç bir maneə yaratmayacaq. Ermənistanın hərbi sahədə Azərbaycanla ayaqlaşmaq imkanı yoxdur. Buna onun potensialı, iqtisadiyyatı imkan vermir”.

Eyni mövqe erməni politoloq Armen Badalyan tərəfindən də sərgilənir: “Ermənistanda bir il yarım əvvəl olduğu kimi, indi də sosial-iqtisadi sahədə toplanıb qalmış problemlər var və bu problemlər bir an öncə həll edilməlidir.  Hakimiyyət dəyişikliyi bu mənada heç bir şeyi dəyişməyib, bu problemlər gündəmdə qalmağa davam edir”. Politoloqun sözlərinə görə, ötən ilin məşhur hadisələrindən sonra baş nazir olmuş Nikol Paşinyan kriminal oliqarxiyanı “super baş nazir” sistemindən uzaqlaşdırıb və hökumət tamamilə onun maraqlarının təmin olunmasına xidmət etməyə başlayıb: “İndi artıq tam olaraq deyə bilərik ki, hökumət bir nəfərə xidmət edir. Hökumət, parlament, qanunla müstəqil şəkildə yaradılmış, lakin reallıqda tabeçilik altında olan orqanlar, Konstitusiya Məhkəməsi istisna olmaqla Ali Məhkəmə Şurası və bütün məhkəmə sistemi şəxsi hakimiyyət sisteminə daxildir. Bu sistemdən 4 institut kənarda qalır: KİV, Konstitusiya Məhkəməsi, kilsə və Qarabağ “hakimiyyəti”. Hakimiyyət hazırda 2 istiqamətdə nəzərəçarpan addımlar atır: Konstitusiya Məhkəməsi və Qarabağ “hakimiyyəti”. Buna avtoritar sistemin formalaşdırılması deyilir. Amma bu vəziyyət ölkəni daha zəifləmiş hala salacaq. Onda bizi daha ciddi problemlər gözləyir. Məsələn, Azərbaycanın yenidən Qarabağ savaşına start verməsi Ermənistanı əhəmiyyətli dərəcədə çökdürə və yeni məğlubiyyətlər gətirə bilər. Hadisələr indi elə bu istiqamətdə də inkişaf edir”.

Məsələ ilə bağlı “armenianreport” portalı yazır ki, bütün bunlar Ermənistanın daha da təkləndiyi bir vaxtda baş verir: “Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Azərbaycan prezidenti İlham Əliyev faşizmi dəstəklədiyinə görə Ermənistanı ciddi tənqid hədəfinə çevirdi və Moskva buna hansısa reaksiya vermədi. Əksinə, Rusiya mediası və ekspertləri bu məsələdə Bakını dəstəkləyən mövqe nümayiş etdirir. Deməli, Rusiyanın Bakı ilə yaxınlaşması həqiqətdir və Ermənistan hakimiyyəti bunun qarşısını ala bilmir. Elə buna görə Rusiyanın razılığı ilə Azərbaycanın yeni Qarabağ savaşına başlayıb istədiyi hədəfə çatması ehtimalı da yüksəlir”. Məsələnin bu tərəfinə nəzər salan rusiyalı ekspert Yevgeni Mixaylov baş verənləri təbii sayır və onu da vurğulayır ki, prezident İlham Əliyevin  MDB Dövlət Başçıları Şurasının zirvə toplantısında çıxışı Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı davranışlarına Soçidə səsləndirdiyi fikirlərin davamıdır. Ekspertin sözlərinə görə, Azərbaycan rəhbəri Ermənistanda faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə dair MDB ölkələrinin liderlərinin ümumi fikrini ifadə edib: "Əlbəttə, Moskva Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı öz narazılığını bildirdi, lakin analitiklərə görə, bu reaksiya İrəvanda bu cür cəhdlərin qarşısını almaq baxımından güclü deyil. Fikrimcə, Kreml İrəvanı öz strateji maraqları zonasında saxlamaq naminə ehtiyatlı davranır". O xatırladıb ki, Aşqabadda qəbul edilən sənədlər arasında MDB ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin yolverilməzliyi də qeyd olunub: "Lakin bu muraciətə Ermənistan qoşulursa, dissonans yaranır. Necə ola bilər ki, bu müraciəti faşizmi müxtəlif bəhanələrlə təbliğ edən ölkə imzalasın: "guya, bu bizim qəhrəman Njdedir, siz ona toxunmayın". Düşünürəm ki, Ermənistanı hamımız birlikdə yerinə oturtmalıyıq". Aydındır ki, Rusiyadan Ermənistana qarşı sərgilənən belə yanaşma həm də Azərbaycanın diplomatik gedişlərinin uğurlarını təcəssüm etdirir. Belə vəziyyətdə Azərbaycanın güc yolu ilə ərazi bütövlüyünü bərpa etmə cəhdlərinə regionda maraqıl qüvvələrin, o cümlədən Rusiyanın daha anlayışlı yanaşacağı da şübhə doğrumur. Bax bu vəziyyətdə Qarabağ məsələsinin birdəfəlik Azərbaycanın istədiyi çərçivədə həlli də qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ