çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Məmmədyarov: “Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq”

Image


Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.

Nazir xatırladıb ki, Brüseldə keçirilən axırıncı Şərq Tərəfdaşlıq sammitindən artıq bir il keçmək üzrədir. Bu sammit sübut etdi ki, ŞT nəzdində əməkdaşlıq regionda mövcud olan mürəkkəb vəziyyətlə bağlı real mülahizələrə əsaslanmalı və ŞT çərçivəsinin təmin edə biləcəyi faydalara və potensial əlavə dəyərlərə diqqət yetirilməlidir: "Bu bizi əvvəlki təcrübələr əsasında ŞT-nın arxitekturasını yenidən formalaşdırmaq və konkret nəticələrə nail olmaq üçün “2020-ci il üçün 20 gözlənilən nəticə” sənədini qəbul etməyə istiqamətləndirdi. İnanırıq ki, həmin nəticələr həyata keçirildikdən sonra regionumuz daha çox davamlılıq, rifah, inkişaf və bağlılıq potensialına malik olacaq. Bu prosesin uğuru Avropa İttifaqından olan tərəfdaşlarla əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli istiqamətlərində əldə edilə biləcək əhəmiyyətli nəticələrindən asılı olacaq".

E.Məmmədyarov bildirib ki, 2018-ci il Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq gündəliyimizin inkişaf etdirilməsi baxımından çox məhsuldar bir ildir: "Bu yaxınlarda Azərbaycan-Aİ Tərəfdaşlığı Prioritetləri sənədinin qəbul olunması ikitərəfli əlaqələrimizdə ən mühüm mərhələdir. Bu sənədin 2018-2020-ci illər üzrə sektoral əməkdaşlığımız üçün lazımi çərçivəni təmin edəcəyinə inanıram. Amma biz burada dayanmaq istəmirik - mən biz deyərkən Aİ, onun üzv ölkələri və Azərbaycanı nəzərdə tuturam - hədəfimiz 2020-ci ildən sonranı əhatə edir. Biz Avropa İttifaqı ilə orta və uzunmüddətli perspektivdə fəaliyyət göstərmək istərdik. Bu il, həmçinin bərabər tərəfdaşlıq prinsiplərinə və ümumi maraqlara əsaslanan Azərbaycan-Aİ ikitərəfli razılaşmasında daha da irəliyə getmişik. Biz bu razılaşmanın tərəfdaşlığımızın strateji ruhunu əks etdirəcəyinə inamla danışıqları davam etdiririk.

Mən 2020-ci ilə qədər 20 gözlənilən nəticənin məqsədlərinə nail olmaq üçün əldə etdiyimiz irəliləyişlərə toxunmaq istərdim. Bu məqsədlərin bəziləri mühüm sektorlar üzrə Azərbaycanın Strateji Yol xəritələri ilə eynilik təşkil edir. Azərbaycanda dayanaqlı iqtisadi inkişaf və sosial-iqtisadi artımın təmin edilməsi məqsədilə institusional və struktur islahatları davam etdirilir. Bu islahatların ilkin nəticələrinə görə iqtisadiyyatın dayanıqlılıq potensialı daha da artıb".

O qeyd edib ki, Aİ hələ də Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xarici ticarət dövriyyəmizin 50%-ə yaxını onun payına düşür. Aİ son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan artıq sərmayə qoyub. Azərbaycanda fəaliyyət göstərən Aİ mənşəli 1500-dən çox şirkət var. Almaniya-Azərbaycan Ticarət Palatası tərəfindən bu şirkətlər arasında aparılan son tədqiqat Azərbaycanın iqtisadiyyatına və davam edən islahatlara inamın artdığını göstərir:

"Qurumların gücləndirilməsi və yaxşı idarəçilik məqsədləri Azərbaycan hökumətinin gündəliyində yüksək yer tutur və onların həyata keçirilməsi üçün davamlı səylər göstərilmişdir. Bu xüsusda gələcək dövlət qulluqçularının ədalətli, şəffaf və layiqli seçilməsi, Azərbaycanın Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin və gücünün daha da genişləndirilməsi, məhkəmə binalarında “Elektron Məhkəmə” məlumat sisteminin qurulmasını və s. kimi son islahatları qeyd etmək istərdim. Onu da qeyd etmək istərdik ki, Avropa Şurasının Ədalət mühakiməsi üzrə Komissiyası (CEPEJ) bu yaxınlarda hesabatında Azərbaycanın hakim seçilməsi prosesini şəffaflığı və obyektivliyi baxımından vurğulayıb. Həmçinin sizə bildirmək istərdim ki, Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə Fəaliyyət sənədi tezliklə qəbul ediləcək və onun uğurla həyata keçirilməsi şübhəsiz ki, yuxarıda göstərilən məqsədlərə daha tez nail olunmasına öz töhfəsini verəcək".

Nazir vurğulayıb ki, ticarət cəbhəsində bağlılıq ŞT-nin həm ikitərəfli, həm də çoxtərəfli strateji əməkdaşlığının əsasını təşkil edir: "Cənub Qaz Dəhlizinin həyata keçirilməsi vasitəsilə energetika sahəsində strateji tərəfdaşlığımızı möhkəmləndirməyə davam edirik. Cənub Qaz Dəhlizinin açılışına həsr olunmuş rəsmi mərasim 29 may 2018-ci il tarixində Bakı Səngəçal Terminalında keçirildi. Cənub Qaz Dəhlizinin digər vacib seqmenti olan TANAP-ın təməlqoyma mərasimi 12 iyun tarixində Türkiyədə keçirilib. Hər iki mühüm tədbirdə ŞT-dən olan dostlarımız da daxil olmaqla, geniş Avropadan bir sıra siyasi liderlər və Aİ-nin yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Trans-Adriatik boru kəmərinin tikintisi son mərhələsindədir. Biz regionda etibarlı uzlaşma şəbəkəsinin inkişafını dəstəkləyirik. Buna görə də biz Cənub Qaz Dəhlizinin tədricən coğrafi genişləndirilməsi üzərində ciddi düşünür və əslində bunun üzərində çalışırıq. Bu yalnız TAP layihəsi ilə bağlı deyil. Əminik ki, bu uzunmüddətli enerji təminatını həyata keçirəcək və təbii qazın Avropada bərpa olunan enerji mənbələri ilə təmiz və davamlı birləşmə rolunu gücləndirəcək".

E.Məmmədyarov deyib ki, nəqliyyat sahəsində Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) göstərici xəritələrinin son genişlənməsi bu gün nəqliyyat və ticarət dialoqumuzun inkişaf etdirilməsi məqsədilə möhkəm bir platforma yarada bilər: "Burada uzunmüddətli investisiya fəaliyyət planının mümkün qədər tez başa çatdırılmasına ehtiyac olduğunu vurğulamaq istərdim. Nəyə görə sualına aydınlıq gətirmək istərdim. Bu gün Azərbaycan regionda, o cümlədən Aİ-nin qonşuluğunda yerləşən bir sıra əsas nəqliyyat layihələrinin memarıdır. Biz tərəfdaşlarımızla birlikdə Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərini təşviq edirik.

Şərq-Qərb Dəhlizi Aİ-Çin Uzlaşma Platforması, Aİ-nin Orta Asiya üzrə Strategiyası və Aİ-nin Avropa və Asiyanın birləşdirilməsi üzrə sonuncu Birgə Uzlaşma Kommunikasiya sənədi ilə sıx əlaqəlidir. Cənub-Qərb Dəhlizinin inşası başa çatdıqdan sonra Aİ ilə Hindistan və İran kimi bazarlar arasında ticarət əlaqələri artacaq. Biz etibarlı genişzolaqlı rəqəmsal əlaqələrin regional şəbəkəsinin yaradılması ilə bağlı eyni işi görürük. Biz TASİM adlı Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsini təşviq edən və onun təşəbbüskarıyıq. Azərbaycanın bütün səyləri Azərbaycanla dostluq və strateji əlaqələr qurmağa hazır olan qonşularımız və tərəfdaşlarımızla qarşılıqlı fayda üzərində qurulub".

Xarici işlər naziri vurğulayıb ki, bu, Şərq Tərəfdaşlığı ölkələrinə artan təsir göstərərək daha geniş regionda ticarətin inkişafına gətirib çıxaracaq:

"Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycan hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik edir. Bu sədrlik dövründə nəqliyyat və bağlılıq sahəsində əməkdaşlıq prioritet təşkil edir və oktyabr ayının sonu və dekabr ayının əvvəlində Nəqliyyat və İKT nazirlərinin görüşləri keçiriləcək. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tərkibinə Aİ-nin 3 üzv ölkəsi, bir sıra namizəd və assosiativ tərəfdaş ölkələri, eyni zamanda həm Azərbaycan, həm də Aİ-nin digər mühüm qonşuları daxildir. Beləliklə, əslində bu, ŞT coğrafiyasını və hətta daha geniş qonşuluğu əhatə edir. QDİƏT və Aİ arasında regional sinerji var. Bağlılıq bu əməkdaşlığın elementlərindən biri olmalıdır. Azərbaycan da bu sahəyə bir çox töhfə verə bilər. QDİƏT-də bizim Aİ ilə qarşılıqlı əlaqələrimiz var – "ad hoc" işçi qrupu və hətta COEST - QDİƏT görüşləri mövcuddur. Əslində, dekabrın ortalarında Bakıda keçiriləcək Xarici İşlər Nazirləri yığıncağında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sədrliyi Bolqarıstana təhvil veririk və biz artıq Brüsseldə QDİƏT-Aİ yüksək səviyyəli konfransının təşkil dilməsi perspektivlərini müzakirə edirik. Bu, Bolqarıstanın QDİƏT-ə sədrlik dövründə və Rumıniyanın Aİ Şurasında sədrliyi dövründə baş tutacaq. Hər iki ölkə ilə - istər ŞT daxilində, istərsə də Azərbaycan daxilində, Aİ və ya başqa bir regional formatda bizim müzakirə etmək üçün mövzularımız var. Bu mövzular bizim bir çoxumuza aiddir, onlar ŞT-ya da aiddir.

Bu imkanlardan tam istifadə etmək üçün biz insanlar arasında hərəkətlilik və qarşılıqlı təmasların təşviqini daha da inkişaf etdirməliyik. Bu istər tələbə, iş adamları, musiqiçilər, və ya adi turist olsun. Buna görə də, biz Aİ və Azərbaycan arasında readmissiya və viza sadələşdirilməsi razılaşmalarının uğurla həyata keçirilməsinə xüsui əhəmiyyət veririk və bu Aİ ilə Azərbaycan arsında viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlaması üçün əsas yaradacaq".

E.Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir: "Erməni həmkarımla keçirdiyim iki görüş, Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında baş tutmuş söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir. Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir. Azərbaycan, öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır".

O əlavə edib: "Gələn il biz ŞT-nin 10 illiyini qeyd edəcəyik. Bu dövrdə biz bir çox şeylərə şahid olduq. Ancaq bəzi şeylər dəyişmir. Müasir beynəlxalq durum ticarət sahəsində çaxnaşmalar, kiber hücumlar və qeyri-sabit siyasət kimi çağırışlarla üzləşir. Aİ siyasi aktorları böyük ehtimalla Aİ-ni dəyişən mühitə uzun müddət ərzində uyğunlaşdırmalıdırlar. Ümid edirik ki, bu Aİ-nin Şərq qonşuluğu ilə münasibətlərindəki həvəsinə təsir etməyəcəkdir. Xatırlatmaq istərdim ki, yenidən nəzərdən keçirilmiş AQS Avropa Qonşuluğunun bir çox hissəsində sabitliyi ən təcili vəzifə kimi təqdim etdi. Şərq Tərəfdaşlığının coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edən həlli uzadılmış hərbi münaqişələrin həlli olmadan əsl sabitlik düşünülə bilməz. Şübhə yoxdur ki, Aİ-nin regionda münasibətlərinin və Şərq Tərəfdaşlığının gələcəyinin uğurlu olması beynəlxalq hüququn təməl prinsiplərinə riayət edilməsi və təhlükəsizliyin təmin olunması ilə sıx bağlıdır. Biz davamlılıqdan danışırıq. Bu prinsiplərin davamlı pozulmasının nəticələrinin aradan qaldırılmasındakı uğursuzluq, habelə təhrif və prinsiplərə seçici yanaşma, qaydalara əsaslanan Avropa düzümünə zərbə vurur. Bu da ŞT daxilində davamlılıq məqsədinə xələl gətirir.

ŞT yaranandan bəri bəzi nailiyyətlər əldə olunub. Lakin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün daha çox əlaqəli səylərə ehtiyac duyduğumuzu qəbul etməmiz lazımdır".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ