Cümə axşamı günü, 29 oktyabr 2026
     

Futbolçu diplomata, bir Mixeil o biri Mixeilə qalib gəldi - Gürcüstanda tarixi olay...

Image


Gürcüstan Mərkəzi Seçki Komissiyası Mixeil Kavelaşvilini prezident seçkisinin qalibi elan edib. Parlamentdə səsvermədə iştirak edən 225 nümayəndədən 224-ü ona səs verib. Gürcüstan Seçici Kollegiyasında ümumilikdə 300 nümayəndə var. Amma müxalifət üzvləri səsverməni boykot ediblər. 

Nə Gürcüstan prezidenti Salome Zurabişvili, nə də müxalifət bu seçkinin legitimliyini tanıyıb. Zurabişvili seçki barədə deyib: "Heç nə olmayıb. Heç kim heç kimi seçməyib. Heç nə baş verməyib".

İlk dəfədir Gürcüstanda prezidenti əhali deyil, Seçici Kollegiyası seçir. Yeganə namizəd isə keçmiş futbolçu Mixeil Kavelaşvili olub. O, hakim "Gürcü Arzusu"ndan rəsmən ayrılmış "Xalqın gücü" partiyasının üzvüdür. Onun namizədliyini hakim partiyanın fəxri sədri, milyarder Bidzina İvanişvili verib. Seçici Kollegiyasında hakim partiyanın 211 təmsilçisi var. Onlardan 89-u parlament üzvü, 109-u yerli idarəetmə orqanlarının təmsilçiləri, 13-ü Acariyadan deputatlardır. Beləliklə də, səsvermənin keçirilməsi, birinci turda prezidentin seçilməsi üçün yetərincə səs olub. Kollegiyada dörd müxalifət partiyasından 61 deputat formal təmsil olunsa da, onlar parlamenti boykot ediblər, səsverməyə qatılmayıblar. Hakim partiya andiçmənin dekabrın 29-da keçiriləcəyini bildirib. Zurabişvili deyir ki, onun mandatı yeni parlament. yeni prezident seçənədək qüvvədə olacaq. Müxalifətdən olan deputatlar parlament seçkilərinin nəticəsini tanımayıb. Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifətin küçə etirazlarında uduzduğunu, ölkədə Ukraynanın "Maydan" ssenarisinin iflasa uğradığını deyib: "Radikal müxalifət əvvəlcə seçkiləri uduzdu, sonra da küçədə. Bilirsiniz ki, dörd partiyaya xaricdən ciddi dəstək var, 10-dan çox zəngin QHT-lər var. Ancaq onlar son günlər birlikdə aksiyalara heç 2 min adam yığa bilmirlər". Baş nazir hesab edir ki, hakimiyyət radikal müxalifətin zorakı resursunu tam neytrallaşdıra bilib. "Gürcü Arzusu"nun yaradıcısı Bidzina İvanişvili məsələ ilə bağlı qeyd edib: "Mixeil Kavelaşvilini Gürcüstan prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Ölkəmizin əsl gürcü, vətənpərvər və hörmətli prezidentini təbrik edirəm. Seçkilərdən sonra ölkənin tam parlament strukturunu nəzərdə tutan Avropa tipli Gürcüstan Konstitusiyası tam şəkildə həyata keçirilib. Kavelaşvilinin andiçməsindən sonra bu ölkədə insanları qütbləşdirmək, parçalamaq və radikallaşdırmaq üçün süni cəhdlər birdəfəlik dayanacaq. Əminəm ki, o, bu mühüm institutu Konstitusiya çərçivəsinə qaytaracaq və eyni zamanda cəmiyyətimizin birləşməsində, dinc yanaşı yaşamaqda xüsusi rol oynayan prezident olacaq". Məhz Bidzina İvanişvili yeni prezident postuna Kavelaşvilinin seçilməsində əsas rol oynayıb.  Bundan əvvəl o, bu posta Giorgi Marqvelaşvili və fransız diplomat Salome Zurabişvilini göstərib. Onların hər ikisi sonradan radikal müxalifət sıralarına keçib. İndi İvanişvili keçmiş futbolçunu sevimlisinə çevirib. Əvvəlki iki dövlət başçısından fərqli olaraq, Kavelaşvili Birləşmiş Ştatları və Avropa İttifaqını həvəslə tənqid edir, həmçinin "Gürcü Arzusu"nun prioritet hesab etdiyi mühafizəkar dəyərləri tam dəstəkləyir. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin dediyi kimi, respublika "öz dar siyasi məqsədlərini həyata keçirmək üçün konstitusiya çərçivəsindən kənara çıxmağa həmişə hazır olan" avantürist siyasətçilərlə doludur: "Mixeil Kavelaşviliyə prezidentliyi dövründə arzulamaq istədiyim əsas şey gürcü xalqına və Gürcüstan dövlətinə  sədaqətidir. Bu, istənilən hökumət üçün yeganə etibarlı yoldur".

Amma Qərb yenə Gürcüstanın seçimi ilə razılaşmır. ABŞ Dövlət Departamenti   Gürcüstan rəsmilərinə ölkədə "demokratiyanı sarsıtmağa" görə viza məhdudiyyətləri tətbiq edib. Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Co Vilson bildirib ki, Zurabişvili Gürcüstanın yeganə legitim başçısı olaraq qalır: "Rusiyanın marionet prezidentinin rəhbərliyi altında Gürcüstanı əsarət altına almağa çalışan qeyri-legitim hökumətə qarşı durmaqda onun cəsarətini yüksək qiymətləndirirəm". Avropa Parlamentinin üzvləri də oxşar bəyanatlarla çıxış ediblər. Avropa Parlamentinin litvalı üzvü Rasa Jukneviçine bildirib: "Bidzina İvanişvili hakimiyyəti ələ keçirməyə davam edir". Onun polşalı həmkarı Mixail Şerban qeyd edir: "Mixeil Kavelaşvili qəsbkardır. Gürcüstanın "Lukaşenko"su. Gürcüstanda yeganə legitim   prezident Salome Zurabişvilidir". Bu arada gürcü müxalifəti israr edir ki, Kavelaşvilinin ölkənin altıncı prezidenti seçilməsi onsuz da çətin olan vəziyyəti daha da gərginləşdirir. Müxalifətin dörd koalisiyasının birgə bəyanatında deyilir:  "Kavelaşvili "Xarici agentlər haqqında" qanunun təşəbbüskarlarından biri olub və tez-tez fəal anti-Qərb təbliğatı ilə məşğul olur... Biz, Gürcüstanın siyasi partiyaları və koalisiyaları, vətəndaş cəmiyyəti təşkilatları və etirazçılarla birlikdə, yekdilliklə razılaşırıq ki, problemin yeganə həlli yolu yeni parlament seçkilərinin təkmilləşdirilmiş seçki sistemində, siyasi cəhətdən balanslaşdırılmış seçki administrasiyası və neytral hökumət institutları ilə keçirilməsidir". Bununla bağlı onlar Aİ-dən Gürcüstanın hazırkı hakimiyyətini qeyri-legitim kimi rəsmən tanımasını tələb edirlər. Bundan əlavə, müxalifət Brüsseldən respublikanın hakim elitasının nümayəndələrinə, o cümlədən İvanişviliyə və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edəcəyini gözləyir. Baş verənlər fonunda  etirazlar dayanmasa da, küçə toqquşmalarının intensivliyi səngiyib. Bu durumda müxalifət bütün diqqətini İvanişvili rejiminin beynəlxalq qınaqına yönəltmək qərarına gəlib. Beləliklə, Gürcüstada siyasi gərginlik dvam edir. Səlahiyyət  müddəti başa çatan 72 yaşlı prezident Salome Zurabişvilinin də vəzifəsindən getmək fikri yoxdur.  Zurabişvili  Qızıl Ordunun Gürcüstana təcavüzü nəticəsində mühacirətə üz tutan bir ailədə dünyaya göz açıb. O, 2004-cü ildə Gürcüstanın xarici işlər naziri təyin olunanadək, uzun illər Fransanın diplomatik xidmətində çalışıb. 2018-ci ildə prezident olmaq üçün "Gürcü Arzusu"nun dəstəyini qazanan Zurabişvili indi hakim partiyanı siyasi xəttinə görə tənqiq edir. Zurabişvilidən fərqli olaraq, Kavelaşvili özünü xalqa sadiq biri kimi gələmə verir. İşveç, İngiltərə və Rusiyada futbol oynamış Kavelaşvilinin uğurlu idmançı karyerası olub. O, deputat seçiləndən sonra 2016-cı ildə "Xalqın gücü" partiyasını qurub. "Gürcü Arzusu"nun daha radikal və antiqərb qanadı sayılan bu siyasi birliyin seçiciləri mühafizəkar kənd sakinləridir. Kavelaşvili immiqrasiya və milli suverenlik, eləcə də ənənəvi gürcü dəyərlərinin qorunması məsələsində barışmaz mövqe tutur.

Xatırladaq ki, Gürcüstanda prinsipial siyasi mübarizənin əsasını hazırda həbsdə yatan keçmiş prezident Mixeil Saakaşvili qoyub.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ