Cümə axşamı günü, 29 oktyabr 2026
     

Ermənistandan yeni pozucu təklif - Müstəqillik bəyannaməsini dəyişib çərçivə sazişi imzalayaq...

Image


Azərbaycanla Ermənistan arasında müzakirələrdə müsbət tendensiyanın sülh sazişi ilə nəticələnməsinə bu gün dünyada da böyük maraq olduğu müşahidə edilir. Məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi Qafqaz regionunda sakitliyi və sabitliyi təmin edəcək.

Bunlar fonunda ermənistanın  xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının Maltada keçirilən iclasında çıxışı zamanı qeyd edib: "Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin preambulası və 17 maddədən 15-i üzrə razılığa gəliblər".Nazir bildirib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir. O qeyd edib ki, Ermənistan Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Xatırladaq ki, dekabrın 4-də parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sazişin mətninin 90%-nin razılaşdırıldığını bildirib. Amma sülhün əldə edilməsi yenə ermənistan üzündən ləngiyir. Xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında çıxışı zamanı bir daha buna aydınlıq gətirib: "Əldə olunan tərəqqiyə baxmayaraq, normallaşma istiqamətində həll olunmamış problemlər də qalmaqdadır. Onun yekunlaşdırılması Ermənistanın hələ də konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş ərazi iddialarını aradan qaldırmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə bağlı bəyan etdiyi öhdəliyini əməli surətdə həyata keçirməsindən asılıdır. Sülh və mehriban qonşuluq münasibətləri Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasının şübhə altına alındığı və ikitərəfli sazişin icrasının Ermənistanın daxili hüquqi və ya siyasi ssenarilərindən asılı olacağı təqdirdə, davamlı və dönməz ola bilməz. Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir". C.Bayramov vurğulayıb ki, Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir, buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyir. Bu arada daha bir maraqlə məqam da üzə çıxıb ki, Ermənistanda sülh danışıqları ilə bağlı məlumat sızdırmaları da barışa əngəl yaradan əsas faktorlardan biri olub. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan da təsdiq edib.  O etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub. Onun sözlərinə görə, məlumat sızıntısının günahkarı Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryandır: "Baş nazir Nikol Paşinyan gəlib bizə Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını danışır, baş nazir dövlət sirri olan məlumatları bölüşür. O isə bütün bunları açıqlayır. Bu, normaldırmı?".

Spiker qeyd edib ki, Ermənistan hakimiyyəti bir ildən çox məlumat sızıntısının mənbəyini axtarıb: "Biz bir ildən çox idi ki, sızıntının mənbəyini axtarıb tapmağa çalışırdıq. Partiya məsələləri olsa idi, yenə dərd yarı idi. Amma söhbət Ermənistanın təhlükəsizliyindən gedəndə, bu məsələni belə saxlamaq olmaz. Bir müddət əvvəl elə hallar olub ki, Azərbaycanla danışıqlar pozulub, münasibətlər gərginləşib. Biz, şərti desək, ola bilsin razılaşmaları pozmuşuq, ucadan nə isə demişik, məlumat sızdırmışıq. Bundan sonra get sübut elə ki, bu fraksiyanın üzvü müsahibəni və ya məlumatı qəsdən yox, səhvən verib". Qeyd edək ki, Ermənistanın hakim "Vətəndaş müqaviləsi" Partiyası deputat Ovik Aqazaryanı bir neçə gün əvvəl sıralarından xaric edib. İdarə Heyətinin qərarı ilə Ovik Aqazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə "Vətəndaş müqaviləsi"ndən xaric edilib. İndilikdə isə Ermənistan konstitusiyasında ölkəmizə qarşı iddia sülhə ciddi əngəl yaradır. Amma hesab edilir ki, sülh üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan əsassız ərazi iddialarının aradan qaldırılması ilə bağlı öhdəlik götürə bilər. Bu halda hansısa sənədin imzalanması realdır. Ümumən isə Ermənistan konstitusiyasındakı əsassız iddiaları aradan qaldırmaq üçün referendum keçirilməlidir. Amma buna qədər Ermənistanın müstəqillik bəyannaməsindəki müddəaları aradan qaldırmaq olar. Ermənistan parlamentinin bununla bağlı qərar verməsi mümkündür. Elə sülh sənədi imzalanarkən Ermənistan hökuməti bununla bağlı öhdəlik götürməlidir. Referendum keçirmədən isə Ermənistan konstitusiyasındakı preambulanı dəyişmək olar.  Yekun razılaşmaya qədər tərəflərin çərçivə sazişini imzalaması da mümkün hesab olunur.  Rəsmi İrəvanın məhz çərçivə sazişi ilə üzərinə iki öhdəlik götürməsi mümkündür. İlk növbədə imzalanacaq sənədin daxili qanunvericilikdə nəzərdə tutulmuş qərarlardan daha üstün olduğu qeyd olunacaq. Eyni zamanda Ermənistan yaxın zamanlarda konstitusiya dəyişikliyinə gedəcəyi ilə bağlı öhdəlik götürməlidir. Delimitasiya və demarkasiyanın, kommunikasiya xətlərinin açılması kimi prinsiplərin çərçivə sazişində əks olunması mümkündür. ReAl Partiyasının sədri Natiq Cəfərli bununla bağlı qeyd edir: "İndi çərçivə sazişinin imzalanması daha yaxın görünür. İlin sonuna kimi belə bir razılaşmanın əldə edilməsi o qədər də real deyil. Çox şey ilin sonuna kimi dünyadakı bəzi proseslərin necə yekunlaşmasından asılıdır. Ən azından, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın and içib fəaliyyətə başlamasına ehtiyac var. Çünki çərçivə razılaşmasının Amerikanın iştirakı ilə əldə edilməsi daha realdır. Bu da Trampın "dünyaya sülh gətirirəm" tezisinin təsdiqi ola bilər. Hazırda hər iki tərəf məsələlərin böyük əksəriyyətini razılaşdırıb. Ona görə də indi həll olunan ən asan məsələ məhz budur". Hər halda, proseslərin inkişaf axarı yaxın tezlikdə bəlli olacaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ