Cümə axşamı günü, 29 oktyabr 2026
     

Azərbaycan-Ermənistan döyüşləri bərpa oluna bilər - Rusiya hökumətindən qorxunc iddia...

Image


Məlum olduğu kimi, bu günlərdə  Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) sammitinə ev sahibliyi etməyəcəyini təsdiqləyib. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistanın fəaliyyətini də bərpa etməyəcəyini bildirib. 

Keçmiş beş postsovet dövlətinin daxil olduğu ticarət blokunun zirvə görüşü dekabrın 25-də, Ermənistanın AİB-dəki sədrlik müddətinin sonunda İrəvanda keçirilməli idi.

Ermənistan bildirib ki, AİB-ə üzv dövlətlər məkanın dəyişdirilməsinə qərar verib və sözügedən sammit Sankt-Peterburqda keçiriləcək. Paşinyan tədbirin Ermənistanda keçirilməməsinə bir səbəb kimi heç də bütün AİB liderlərinin Ermənistana gəlişinin arzulanan olmadığını göstərib: "Sizin də bildiyiniz məsələlərə görə görüşün Ermənistanda keçirilməsini məqsədəuyğun saymadım, axı AİB Ali İqtisadi Şurasının heç də bütün üzvlərini ölkəmizdə görmək xoş deyil". Baş nazir arzuolunmaz şəxslərin Rusiya prezidenti Vladimir Putin və ya Belarus lideri Aleksandr Lukaşenko olduğuyla bağlı yozumlara aydınlıq gətirməyib. Lukaşenkonun bu ilin əvvəlində Bakıya səfəri zamanı səsləndirdiyi bəyanatları Minsklə irəvan arasındakı münasibətləri soyudub.   Yerli təhlilçilərin və müxalif siyasətçilərin fikrincə, bir il öncə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulan Ermənistan hakimiyyəti Putinin ölkəyə gəlişini istəmir. Ötən il Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada törətdiyi iddia edilən hərbi cinayətlərə görə Rusiya prezidentinin həbsinə qərar verib. Ermənistana səfəri zamanı Putinin olası həbsiylə bağlı şərh verməyən Paşinyan rəsmi Moskvaya təklif etdiyi ikitərəfli müqaviləyə rədd cavabı verilməsindən gileylənib. Həmin müqavilə səfər zamanı Putinə toxunulmazlıq təmin edə bilərdi. Rusiya XİN Yerevanın Roma Statutuna qoşulmasını həm rəmzi, həm də praktik baxımdan Ermənistan-Rusiya münasibətlərinə birbaşa zərbə adlandırıb. Roma Statutunun ratifikasiyası Ermənistan-Rusiya münasibətlərindəki çatı dərinləşdirib. İrəvan KTMT-nin digər üzvləriylə birgə Rusiyanı Ermənistanın güvənliyinə dair öhdəlikləri yerinə yetirməməkdə ittiham edib. Ötən həftə Paşinyan KTMT-nin daha bir toplantısını boykot edib. Bu, Ermənistanın ilin əvvəlində Rusiyanın başçılıq etdiyi hərbi ittifaqa üzvlüyünü, əslində, dayandırması fonunda baş verib. Putin sammitdə çıxışı zamanı Ermənistanın təşkilat çərçivəsində tamhəcmli fəaliyyətini bərpa edəcəyinə ümid bəsləyib. O, İrəvanın tənqidlərini ölkədaxili siyasi proseslərə və Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsinə bağlayıb. Paşinyanın fikrincə, Ermənistanın KTMT-yə reinteqrasıyası artıq aktual deyil. Ermənistanın KTMT-dən, rəsmi olaraq, nə vaxt çıxacağı barədə heç nə söyləməyən baş nazir ölkəsinin qurum çərçivəsində yenidən fəaliyyətə başlamasını çox çətin və az qala mümkünsüz sayıb. Rusiya  hökuməti yanında Maliyyə Universitetinin dosenti Gevorg Mirzayan deyib ki, Moskvada erməni baş nazirin başlatdığı oyunu yaxşı başa düşürlər: "Oyunun mənası sadədir: Ermənistan və Azərbaycan arasında döyüş əməliyyatlarının bərpası istisna edilə bilməz. Hazırda Paşinyan xarici kuratorlarının tapşırıqlarını yerinə yetirərək Bakı ilə sülh bağlamaqdan imtina edir. Beləliklə, Paşinyan erməni ictimai rəyi fonunda necəsə vəziyyətdən çıxmağa çalışır".

Ekspertin fikrincə, erməni lider KTMT-dən çıxmaq və Azərbaycanı müharibəyə təhrik etməklə müharibədəki məğlubiyyətin günahını Rusiyanın üzərinə atmağı və Ermənistanı "Amerika hərbi bazasına" çevirməyi hədəfləyir. Ekspert qeyd edr ki, Ermənistan KTMT üzrə hərbi-siyasi müttəfiqləri nəzərə almır, lakin eyni zamanda Moskva ilə ticarəti inkişaf etdirir. Nikol Paşinyan belə ikili mövqeni çoxdan tutub: "İrəvanda hesab edirlər ki, KTMT Ermənistanın müdafiəsi üzrə öz funksiyalarını yerinə yetirmir, ona görə də təşkilatın tədbirlərində iştirak etmir. Lakin eyni zamanda təşkilatı tərk etməkdən də imtina edirlər. Nəticədə Paşinyan KTMT-də iştirakı "dondurmaq" formulunu icad edib. KTMT-nin nizamnamə sənədlərində belə bir ifadə yoxdur. Lakin Moskva Paşinyanın oyunlarında iştirak etmir, fasilə götürür və şərti olaraq Paşinyanın nə dərəcədə irəli gedə biləcəyinə baxır. Rusiya rəhbərliyi hələlik özünü çox ehtiyatla aparır". Rus hərbi ekspert Aleksandr Xramçixin deyir ki, İrəvan siyasi cəhətdən Rusiyadan uzaqlaşmağa çalışır və bu, hər şeydə özünü göstərir: "Paşinyan hətta bizim silahlarımızı özümüzdən deyil, Hindistan və ya Yunanıstan vasitəsilə almaq istəyir". Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoy isə daha qəti mövqe sərgiləyib: "Ermənistanın gələcəyi, müstəqilliyi, ölkə gənclərinin taleyi bu gün respublikanın indiki hökumətinin bəzi fiqurlarının öz ciblərinə doldurduqları milyonlarla dollardan qat-qat qiymətlidir. Ermənistanda gənclər Ermənistan-Rusiya münasibətlərində hadisələrin necə inkişaf etdiyini izləyir və əslində seçim qarşısındadırlar. Bu geosiyasi situasiyada, təbii ki, bir şirnikləşdirmə var - Qərb düşərgəsinə qoşulmaq. Lakin bu, qlobal miqyasda yanlış seçimdir. Tarixdə elə məqamlar olub ki, Rusiya köməyə gəlib, faktiki olaraq Ermənistanı xilas edib. Mənə elə gəlir ki, ümumi tariximiz də bu gün gənc nəslin etdiyi seçimlərə, Ermənistanın prinsipial olaraq edəcəyi seçimlərə təsir etməlidir. Avropa arzusunun təzyiqi altında Avropada olmaq istəyirsiz, yoxsa həqiqətən Monte Karlo olmaq istəyirsiz? Dostlar, təəssüf ki, bunların heç biri olmayacaq". Tolstoy qeyd edib ki, Ermənistanın indiki rəhbərliyi Qərbin onlara diqtə etdiyi qaydalarla oynamağa çalışır: "Amma Rusiya Qərblə qlobal qarşıdurmada qalib gələcək və hər halda ümid edirəm ki, onların etdiyi seçim bizim çoxəsrlik dostluğumuzun xeyrinə olacaq. Demək istəyirəm ki, Rusiya olmadan Ermənistan bir dövlət kimi sağ qala bilməz".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ