Cümə axşamı günü, 29 oktyabr 2026
     

Ermənilər xalis türk xəttat Səfiyəddin Urməvini də farslaşdırır...

Image


Hafiz Cabbarov: "Səfiyyədin Urməvinin "fars" olduğu barədə deyilənlər əsassızdır və o, Azərbaycan türküdür, xalqımızın mədəniyyətinin görkəmli nümayəndəsidir"

Azərbaycan mədəniyyəti o qədər zəngindir ki, bizim başqa xalqın mədəni dəyərlərinə heç bir ehtiyacımız yoxdur. Eləcə də başqa millətin nümayəndəsi olan hansısa tarixi şəxsiyyəti, bilim adamını, musiqiçini, filosofu öz adımıza çıxmağa adət etməmişik, bu bizə xas  xüsusiyyət deyil. 

Başqasının mədəni irsinə, tarixi şəxsiyyətlərinə iddia etmək, onları öz adlarına çıxmaq ermənilərə xas xəstəlikdir. Amma onlar bunu dərk etmək istəmirlər və öz adlarını bizə qoymaq, öz saxtakar əməllərini bizim ayağımıza yazmaq istəyirlər. Dəfələrlə bu halın şahidi olmuşuq. Adəmdən, Nuhdan, II Tiqrandan, daha neçə-neçə tarixi və mifik simalardan tutmuş az qala müasirlərimizə qədər çoxlarını onlar "erməni" adlandırırlar. Bundan utanmaq əvəzinə bizi Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvini, yəni əslən Güney Azərbaycandan olan böyük alim, musiqiçi, musiqi nəzəriyyəçisi, xəttat Səfiyyədin Urməvini azərbaycanlılaşdırmaqda ittiham edirlər. Guya Səfiyyədin Urməvi milliyyətcə "farsdır", biz onu azərbaycanlı kimi qələmə veririk. Guya Azərbaycan təkcə erməni deyil, İran "mədəniyyətini və tarixini də mənimsəyir". 

Doğrudan gülünc iddia və ittihamdır. Ermənilər niyə anlamaq istəmir ki, Urməvi gerçək bir Azərbaycan türküdür və türk də türk adlandırılmalıdır? Güney Azərbaycanda doğulan və öz istedadı və zəkası ilə bütün Şərq aləminə günəş kimi nur saçan Urməvini "fars" adlandırmağın özü günahdır, tarixi gerçəyin təhrif edilməsidir. 

Böyük musiqiçi, alim və xəttatın doğulduğu, böyüdüyü Urmiya vilayəti, şəhəri bugünkü İran ərazisində yerləşir, amma nə ermənilər, nə də onlar kimi düşünən panfarsistlər unutmasınlar ki, Urmiya qədim türk şəhəridir və burada bizim milli mədəniyyətimizin, yaşam, həyat tariximizin canlı nümunələri var. O da məlumdur ki, Azərbaycan dövlətçiliyinin ilk təməllərinin atıldığı ərazilərimizdən biri məhz Güney Azərbaycanın Urmiya şəhəri olub. Bu gün panfarsistlərin, molla rejiminin və ermənilərin apardıqları yanlış təbliğata, mövcud İran hakimiyyətinin Urmiyanın əhali tərkibini dəyişmək cəhdlərinə baxmayaraq, ora Güney Azərbaycandır, türklərin torpağıdır.  

Türk oğlu   Urməvi də 1216-cı ildə bu torpaqda doğulub. İbtidai təhsilini öz vətənində alıb, musiqi savadının əlifbasını və udda çalmağı da burada öyrənib. Sonradan Ərəb Xilafətinin paytaxtına, bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dövrünün ən yaxşı universitetlərindən sayılan "Müstənsəriyyə"də təhsilini davam etdirib. 

Səfiəddin özünü həm də istedadlı pedoqoq kimi tanıdıb. Bütün Şərq aləmində ünlü sənətkar kimi ad çıxarıb, bir çox musiqişünaslar onun şagirdləri olub.  Məşhur Azərbaycan musiqişünası (XIII–XIV əsrlər) Əbdülqadir Marağayi özünün "Məqasidül-əlhan" əsərində yazırdı ki, Əbdülmömin Səfiəddin Urməvi bir çox görkəmli şəxsiyyətlərin müəllimi olub. Bunların sırasında Şəms əd-Din Söhrəvərdi, Əli Sitan, Həsən Zəfər və Hüsam əd-Din Qutluq Buğa kimi tanınmış musiqişünasların adları çəkilir.

Ermənilər bütün bunları bildikləri halda yenə öz köhnə bayatılarını çağırırlar ki, Urməvi əsərlərini fars və ərəb dillərində yazıb və guya bu halda o azərbaycanlı ola bilməz. İddia edirlər ki, guya biz  Urmiyanın hazırda İranın Qərbi Azərbaycan əyalətində yerləşməsini əsas götürərək Urməvinin azərbaycanlı olduğunu deyirik. Onu da iddia edirlər ki, Urməvinin qeydlərində Azərbaycanın adı yoxdur və o, heç vaxt Azərbaycan dilində yazmayıb. Guya o vaxt, yəni XIII əsrdə Azərbaycan xalqı, belə bir dil, dövlət olmayıb. Guya olmayıb... Burda deyirlər ki, ay saxtakar, sən öz adını kimə qoymaq istəyirsən? Azərbaycan türkü də, Azərbaycan tükcəsi də, Azərbaycan dövlətləri də olub. Amma o çağlarda erməni və Ermənistan olmayıb, erməni dili yüz dilin qarşığından yaranan hibrid bir nəsnədir, erməni əlifbası, bayrağı belə oğurluqdur, qurduqları dövlət də Azərbaycan ərazisində yerləşir. Bundan artıq saxtakarlıq ola bilər? 

Bizi Urməvini azərbaycanlılaşdırmaqda ittiham edən erməni alimləri, erməni mediası Urməvinin "fars" olduğuna dair hansısa bir mənbə göstərə bilərmi? Qətiyyən. Çünki bütün mənbələrdə onun Güney azərbaycanlı, bir türk olduğu bilinir. Bütün dünya Urməvini Azərbaycan türkü olaraq tanıyır və qəbul edir. Biz özümüzün olana sahib çıxırıq, özümüzün olmayana heç vaxt iddia etməməşik. Böyük şairimiz demişkən, farsın Xəyyamı var, Firdovsisi var...Normalda onun bizim Urməvimizə, Nizamimizə ehtiyacı olmamalıdır, amma görsənən odur ki, erməni mediasını Urmənini farslaşdırmağa həvəsləndirən elə panfarsistlərdir, yoxsa onlar Urməvini nə tanıyırlar. Yəqin molla rejimi Nizami kimi Urməvini də "farslaşdırmaq" istəyir, amma təbii ki, bu cəhdi də uğursuz olacaq.

Yeri gəlmişkən, Azərbaycanın xalq rəssamı Elmira Şaxtaxtinskaya Azərbaycanın görkəmli musiçilərinin portretlərini (plakat) işləyib və bu əsərlərdən biri məhz böyük Azərbaycan musiqiçisi Səfiyyədin Urməviyə həsr olunub.   

"Onlar  bu məsələdə də Azərbaycan xalqına qısqanc yanaşır və düşmən münasibətlərini nümayiş etdirirlər"

Azərbaycan tarixi dərsliklərinin müəlliflərindən biri olan, tarixçi Hafiz Cabbarov "Bakı-Xəbər"ə bildirdi ki, Urməvinin fars olduğunu iddia etmək yanlışdır, özü də böyük tarixi yanlışlıq. "Ermənilər hər zaman olduğu kimi yenə də yalan və iftira, eyni zamanda da tarixi gerçəkliyin inkar edilməsi ilə məşğuldurlar. Bunlar tarixən bu sahə üzrə "peşəkarlaşıblar". Çünki onların öz real tarixi olmadığı üçün həm başqa xalqların tarixini mənimsəyirlər, həm də digərilərinə mənsub tarixi kiçiltməyə çalışırlar. 

Ümumiyyətlə, Azərbaycan xalqının zəngin tarixi, mədəni irsi var və xalqımız ən qədim zamanlardan mədəniyyətin müxtəlif sahələrində böyük irs yaradıb, bu proses davam edib. Bu irs ona görə qədimdir ki, Azərbaycan xalqının dövlətçilik tarixinin özü də qədimdir. Dövlətçilik tarixi qədim olan xalq özünəməxsus mədəniyyət də yaradır". 

Ermənilərin iddiasının heç bir fakta, əsasa söykənmədiyini deyən H.Cabbarov qeyd etdi ki, bu cür dezinformasiyalar onların bizə düşmən siyasətindən irəli gəlir. "Səfiyyədin Urməvi XIII-XIV əsr Azərbaycan musiqisinin ən görkəmli nümayəndələrindən biridir. Cənubi Azərbaycanın Urmiya bölgəsində anadan olub və onun təxəllüsü də bunu təsdiqləyir. Urmiya da Azərbaycan türklərinin qədim dövlərdən yaşadığı ərazilərdən biri olub. Bu dövrdə Səfiyyədin Urməvi ilə yanaşı Əbdülqadir Marağayi də Azərbaycan türküdür, Azərbaycan musiqiçisidir. Hər ikisi Azərbaycan musiqisinin yaranmasında və inkiışıfında mühüm rol oynayıb. 

Yeri gəlmişkən, Azərbaycan mədəniyyəti həm də qonşu xalqların mədəniyyətinə təsir edib. Əbdülqadir Marağayi həm də Osmanlı musiqinin yaranmasına və inkişafına böyük təsir göstərib. Osmanlı dövrünün ən böyük araşdırmaçılarından biri olan Halil İnalcıq bildirir ki, Osmanlıda klassik musiqinin əsasını Azərbaycan türkü olan Əbdülqadir Marağayi qoyub. Mövzudan uzaq düşməyək. Marağayini niyə dedim? Çünki Marağayi və Urməvi XIII-XVI əsr görkəmli Azərbaycan musiqiçiləri olublar. Onlar bir Azərbaycan türkü olaraq xalqımızın mədəniyyətinin inkişafında böyük xidmət göstərib, həmçinin onların zəngin irsi qonşu xaqlarının mədəniyyətinə də təsir göstərib. 

Bir sözlə, onlar (ermənilər)  bu məsələdə də Azərbaycan xalqına qısqanc yanaşır və düşmən münasibətlərini nümayiş etdirirlər. Səfiyyədin Urməvinin "fars" olduğu barədə deyilənlər əsassızdır və o, Azərbaycan türküdür, xalqımızın mədəniyyətinin görkəmli nümayəndəsidir".

H.Cabbarov vurğuladı ki, bu gün tarix dərsliklərində Azərbaycanın mədəniyyət tarixinin görkəmli simaları olan S.Urməvi və Ə.Marağayi barədə məlumat verilib və onların irsi şagirdlərimizə öyrədilir.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ