Rusiyanın xarici işlər naziri Sergey Lavrov Paşinyanın Ermənistanla KTMT arasında münasibətlərin geridönülməz nöqtəni keçdiyi barədə bəyanatına münasibət bildirib.
O, deyib ki, Ermənistan təşkilatından çıxmaq üçün sənədlər təqdim etməyib: "Bu söhbətləri eşidirik, Ermənistanın baş naziri parlamentdə bu mövzuda çox danışıb, müzakirə edib. Biz heç kimə heç nəyi məcbur etmirik. Biz əminik ki, KTMT-yə üzvlükdən maksimum istifadə etmək Ermənistanın təhlükəsizliyinin maraqlarına uyğundur".
İrəvanın KTMT-dən çıxmasına gəlincə, rusiyalı nazir deyib ki, bu indiki Ermənistan rəhbərliyinin suveren hüququdur. "Rusiya və KTMT-nin digər üzvləri İrəvana qapıları bağlamaq kimi qəbul ediləcək heç bir addım atmayıb və atmaq niyyətində deyilik", - deyə Lavrov əlavə edib.
Bundan əvvəl Paşinyan Ermənistanın KTMT çərçivəsində qəbul edilən sənədlərdə maraqlı olmadığını bildirib. O, əlavə edib ki, İrəvanla təşkilat arasında münasibətlər "geri dönüşü olmayan həddi keçib".
TAHİR