Cümə axşamı günü, 29 oktyabr 2026
     

OCCRP COP29-a qarşı mübarizəni Amerika kəşfiyyatının materialları əsasında apardı...

Image


Abutalıb Səmədov: "Azərbaycana qarşı bütün dünyanı əhatə edən kampaniya başladı və bu kampaniyanın ən qızğın vaxtında COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edildi"

Dünyada sensasiyalı araşdırmaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi – OCCRP-nin bir çox qalmaqallı yazılarını oxuyanda aydın görünür ki, bunlar jurnalist araşdırmasından daha çox mükəmməl işlənmiş kəşfiyyat məlumatlarına oxşayır. 

Hətta bir çox dövlətlərin kəşfiyyat orqanları belə yazılarda istifadə edilən məlumatlara çıxış əldə edə bilmir. OCCRP Fransanın "Mediapart", İtaliyanın "Il Fatto Quotidiano", Yunanıstanın "Drop Site" və "Reporters United" nəşrləri ilə birgə araşdırmalar aparır. Bu qurumların məlumat və informasiya mənbələri eynidir. OCCRP və onun ətrafında olan media qurumları ABŞ, Fransa, İtaliya  və digər Avropa ölkələrinin kəşfiyyat məlumatları əsasında araşdırmalar hazırlayır və dərc edir. Necə deyərlər, musiqini sifariş edən pulunu ödəyir. Bu araşdırmalar yuxarıda adı çəkilən ölkələrin rəqiblərinə qarşı bir silah kimi istifadə edilir. Necə olur ki, ofşor zonalardaki iqtisadi cinayət hadisələri yalnız ABŞ və Avropa ölkələri ilə müəyyən ziddiyyətləri olan "ölkələrdən çıxır"? Məgər ABŞ və Avropa ölkələrindən ofşor zonalara investisiya qoyan və cinayət yolu olə pul qazanan sahibkarlar yoxdurmu? Əlbəttə, onların sayı ikinci və üçüncü dünya ölkələrinin vətəndaşlarından bir necə dəfə çoxdur. Lakin nədənsə, OCCRP yalnız ofşor zonalarda ABŞ və Avropa ölkələri ilə rəqabət aparan dövlətlərin vətəndaşlarına məxsus investisiyaları və iqtisadi cinayətləri araşdırır.

Kəşfiyyat məlumatları əsasında hazırlanmış, əksəriyyəti ehtimallar və fərziyyələrdən ibarət, həqiqətlə heç bir əlaqəsi olmayan "araşdırma"lara həmin ölkələrdən olan jurnalistlərin imzası qoyulur ki, araşdırma cəmiyyət tərəfindən inandırıcı görünsün. Lakin həmin jurnalistlərə həmkar kimi sual edəndə ki, bu faktları hardan almısan, axı bu məlumatlar açıq mənbələrdə yoxdur, cavab sadə olur ki, onun "xüsusi üsulları var".

Onu da qeyd edək ki, əksər hallarda qalmaqallı arasdırmalara yerli jurnlaistlərin imzası qoyulur və yalnız buna görə onlara "zəhmət haqqı" ödənilir.

OCCRP Cənubi Qafqazda Azərbaycanı əsas hədəf kimi seçib, ölkənin daxili işlərinə çəkinmədən qarışır və Ermənistan maraqlarının müdafiəçisi kimi çıxış edir. 

OCCRP USAİD-in ermənipərəst rəhbəri Samanta Pauer tərəfindən "tərəfdaş qurum" hesab olunur. Hazırda OCCRP-nin əməliyyatlarına USAID əməkdaşı Şennon Maquayrin nəzarət edir.

OCCRP COP29 dövründə ABŞ Dövlət Departamenti tərəfindən aldığı sifarişlər əsasında Azərbaycanı qaralayan silsilə məqalələr hazırlayıb. OCCRP-nin hazırladığı həmin qarayaxma xarakterli məqalələr mütəmadi olaraq BBC, Amerikanın Səsi, Vaşinqton Post, Guardian, CNN və s. bu kimi nəşrlərdə dərc edilib və hazırda da dərc edilməkdədir.

Maraqlıdır, ABŞ və Avropa ölkələri Azərbaycana qarşı bu miqyasda informasiya müharibəsi cəbhəsi açmaqla nə etmək istəyir?

Politoloq Abutalıb Səmədov baki-xeber.com-un sualına cavabında bildirdi ki, Azərbaycanı ABŞ və Avropa ölkələrinin kəşfiyyat orqanlarının Cənubi Qafqazda hədəf kimi götürməsinin səbəbi hec birimizə sirr deyil: "Azərbaycanın son illər apardığı müstəqil siyasət və qazandığı uğurlar onları narahat edir, onlar bunu istəmir. Ona görə də bu vəziyyəti dəyişmək üçün əllərindən gələni edirlər. Ərazilərimizin 30 ilə yaxın erməni işğalı altında olması, sonradan Qarabağda Ermənistanın 10 mindən çox əsgərinin yerləşdirilməsi və Azərbaycan ərazilərini tərk etmək istəməməsi, Qarabag ermənilətinin ən xırda güzəştlərdən belə imtina etmələri Azərbaycanı məcbur etdi ki, kəskin addımlar atsın. Əvvəlcə müəyyən mədənlərdə monitorinq keçirmək təklifi irəli sürüldü. İmkan vermədilər və düşündülər ki, Azərbaycanın sərvətlərini bu cür rahat şəkildə dağıda bilərlər. Lakin onlar Azərbaycan cəmiyyətinin və hakimiyyətinin atacağı addımları düzgün hesablaya bilmədilər. Monitorinqə icazə verilmədiyinə görə Azərbaycan Laçın dəhlizini nəzarətə götürdü. Bundan sonra dünyada böyük hay-küy qalxdı. Beynəlxalq Cinayət Məhkəməsi qarar qəbul elədi ki, Laçın dəhlizi dərhal açılmalıdır. Qarabağ erməniləri Ağdam yolu ilə gələn yardımları qəbul etmək istəmədilər. Müxtəlif oyunlardan çıxaraq, Azərbaycanın Qarabağ üzərində suverenliyinə imkan vermədilər. Amma biz bu hədəfimizə nail ola bildik - antiterror əməliyyatı keçirildi və Azərbaycanın bütün ərazilərində suverenliyimiz təmin edildi. Baxmayaraq ki, 4-5 gün əvvəl Amerika Senatındakı dinləmələrdə ABŞ-nin yüksək rütbəli məmuru "biz buna imkan verməyəcəyik" demişdi. Ancaq bunun qarşısını ala bilmədilər. Bundan sonra Azərbaycana qarşı bütün dünyanı əhatə edən kampaniya başladı və bu kampaniyanın ən qızğın vaxtında COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edildi. Bu da onlar üçün gözlənilməz idi.

Onlar COP29-un uğursuz keçməsi üçün əllərindən gələni etdilər. Bizim bəzi "həmvətənlərimiz" də onlara yardımçı oldular. Yenə arzularına çata bilmədilər, COP29 son illərin ən uğurlu konfranslarından biri oldu. Konfransda tarixi qərarlar qəbul edildi. İqlim dəyişmələrindən zərər çəkən ölkələrə 100 milyard dollar yardım etmək öhdəliyi götürən ölkələr Azərbaycanın təkidi ilə bu konfransda həmin məbləği 300 milyard dollara qaldırmalı oldular. Bu, perspektivdə də Azərbaycanın müstəqil siyasət yürüdəcəyinə əsas verir. Bu da Qərbi qorxudur.

Gürcüstanda baş verənlər də göstərir ki, Qərb nəyin bahasına olursa-olsun, Cənubi Qafqaza nəzarəti ələ keçirmək istəyir. Artiq Ermənistan öz istiqamətini müəyyən edib, Qərbə böyük sürətlə yaxınlaşır. Bir zamanlar Gürcüstan da bu xətti tutmuşdu və uzun illərdən sonra belə nəticəyə gəlindi ki, Qərbə yaxınlaşmaq Gürcüstana öz ərazi bütövlüyünü təmin etməyə imkan verməyəcək. Ona görə də Gürcüstan Qərbdən uzaqlaşmağa başladı. Bu gün Gürcüstanda baş verən hadisələr günu-gündən şiddətlənir. Çünki ABŞ və onun Avropadakı müttəfiqlari öz məqsədlərinə nail olmaq üçün hər şeyi etmək əzmindədirlər. Amma bir məsələ var ki, Cənubi Qafqaza nəzarəti ələ keçirmək üçun mütləq Azərbaycanın da Qərbyönümlü siyasət yürütməsinə, Qərbin istədiyi kimi davranmasına ehtiyac var. Azərbaycan Qərbin istəklərini icra etməsə, bütövlükdə Cənubi Qafqaza nəzarəti ələ keçirmək mümkün olmayacaq. Bu məqsədə nail olmaq üçün belə "jurnalist araşdirmaları" aparılır, müxtəlif iqtisadi cinayətlər, korrupsiya əməlləri, ofşor zonalarda baş verən müəyyən hadisələr guya jurnalistlər tərəfindən araşdırılır və ölkə ictimaiyyətinə təqdim edilir. Ancaq aydındır ki, bu cür materialları ABŞ və Avropa ölkələrinin kəşfiyyat qrupları hazırlayır və ölkə daxilində belə araşdırmaların altına imza atacaq müəyyən qədər tanınmış jurnalistləri tapıb, onların imzası ilə bu materialları dərc etdirirlər. Bu, əhalinin həmin araşdırmaları mötəbər saymasını təmin edir. Bu üsul yeni deyil, bizdən əvvəl digər ölkələrdə sınaqdan çıxmış bir metoddur. Bu gün də o, Azərbaycana qarşı tətbiq edilir.

Cənubi Qafqazda Azərbaycan ən böyük dövlət olduğuna görə hədəfdədir. Lakin hadisələr göstərir ki, Gürcüstan da tezliklə bu cür "araşdırmaların" şahidi olacaq. Müəyyən adamları xalq arasında nüfuzdən salmaq üçün onların törətdiyi və ya törətmədiyi iqtisadi cinayətləri şisirdilmiş şəkildə, tanınmış jurnalistlərin imzası ilə  cəmiyyətə təqdim edəcəklər. Bu bizi təəccübləndirməməlidir, anlamalıyıq ki, bu, Azərbaycanın yürütdüyü müstəqil siyasətin doğurduğu bir nəticədir. Ancaq biz də bu cür meyllərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Daha fəal işləmək lazımdır - aşkarlıq, şəffaflıq və hesabatlılıq artırılmalıdır, hər bu cür "araşdırmaya" dərhal cavab verilməlidir. Bu "araşdırmalara" imza atan şəxslər ifşa edilməlidir. Sübut edilməlidir ki, bu cür məsələlərin hamısı şər, böhtan və yalandır. Susmaq və hec bir reaksiya verməməklə bu cur qəsdlərin qarşısını almaq mümkün deyil. Həm adi vətəndaslar, həm KİV-lərdə çalışan vətənpərvər jurnalustlər, həm də hakimiyyət orqanları bu məsələdə birgə fəaliyyət göstərib, həqiqətlərin üzə çıxmasında əllərindən gələni etməlidirlər".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ