Cümə axşamı günü, 29 oktyabr 2026
     

OCCRP adlı qondarma beynəlxalq qurum bəzi Azərbaycan "jurnalistləri" ilə cinayətkar əlaqələr qurub...

Image


Əli Orucov: "Jurnalistlərimiz də vicdanı qarşısında hesabat verməli, ölkəsini şantaj etmək üçün hazırlanmış, hazırlanmasından xəbəri olmayan "araşdırma"ların altına imza atmamalıdırlar"

OCCRP - Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi adlı araşdırma səbəkəsi Cənubi Qafqazda Azərbaycanı xüsusi olaraq hədəfə alıb. Son parlament seçkilərinə qədər OCCRP Gürcüstan haqqında bir dənə də olsun korrupsiya faktını araşdırmayıb. 

Lakin 26 oktyabrdan bəri - Gürcüstanda "Gurcü Arzusu" partiyası parlamentdə çoxluğa nail olandan sonra OCCRP artıq bu ölkə barədə bir necə korrupsiya araşdırmasının anonsunu təqdim edib. Sözsüz ki, 10 gün ərzində ölkə korrupsiyalaşmır. Nə qədər ki, Gürcüstan Avropaya inteqrasiya edirdi, bu ölkədə guya hər şey qaydasında idi, bir gün içində Rusiyameylli partiya hakimiyyətə gələn kimi Gürcüstan oldu korrupsiyalaşmış ölkə. Bu bariz nümunədir ki, OCCRP qərəzli bir araşdırma layihəsidir. Bu layihənin arxasında Amerika və Avropa dövlətləri həm maliyyəsi, həm də kəşfiyyat məlumatları ilə durur. Amerika və Avropa dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən Azərbaycan və ya bu ölkələrin digər rəqibləri haqqında yalan-gerçək kəşfiyyat məlumatları OCCRP-yə ötürülür. OCCRP isə həmin məlumatlar əsasında "araşdirma" hazırlayır və haqqında araşdırma aparılan ölkələrdən olan jurnalistlərin imzası həmin araşdirmanın altına qoyulur. Guya azərbaycanlı jurnalist ofşor zonalarda araşdırma aparıb, məxfi məlumatların izinə düşüb. Əslində isə bu "araşdırma"nın altına yalnız onun imzası qoyulub və buna görə də ona pul ödənilib. Hazırda bu sxem Azərbaycanda da işləyir. Hazırlanmış materiallara bəzi azərbaycanlı jurnalistlərin imzası qoyulur, həmin jurnalistə sadəcə imza qoyması müqabilində pul ödənilir.
 Sizcə bu nə qədər ədalətli bir sxemdir? Öz dövlətinin şantaj edilməsində bir alətə çevrilmək nə qədər qəbulediləndir?
 Baki-xeber.com-a açıqlamasında Əli Orucov bildirdi ki, OCCRP dünyada korrupsiya, çirkli pulların yuyulması, qanunsuz maliyyə əməliyyatlarının araşdırılması ilə bağlı fəaliyyət göstərsə də, bir sıra hallarda böyük güclərin siyasi maraqlarının təsiri altına düşməsi hallarına da rast gəlinir: "Ümumiyyətlə, mətbuat, insan hüquq və azadlıqları ilə məşğul olan Freedom Hous, Amnesty İnternational və s. bu kimi qurumlar öz profillərindən daha çox basqı aləti kimi istifadə edirlər. Qərbin qəzəbinə və hədəfinə tuş gələn ölkələrə həmin təşkilatlar vasitəsilə təzyiqlər göstərilir və beynəlxalq səviyyədə nüfuzdan salma kampaniyası aparılır.
 Heç kəsə sirr deyil ki, dünyanın hər yerində korrupsiya halları, çirkli pulların yuyulması, maliyyə fırıldaqları mövcuddur. Lakin bu kimi neqativ halların üzərindən sükutla keçilməsi, konkret ünvanlara fokuslanması bu təşkilatın da obyektivliyinə əsaslı şübhələr yaradır. Sizin də toxunduğunuz Gürcüstanı misal göstərmək kifayətdir ki, OCCRP-nin yaydığı korrupsiya hesabatlarının nə qədər siyasi maraqlar üzərində qurulduğunu söyləyə bilək. Göründüyü kimi, hakimiyyətdə olan "Gürcü Arzusu"  Qərbin diqtəsi ilə hərəkət etməkdən imtina etdikdən dərhal sonra həmin təşkilatın qara siyahısına düşür. Halbuki, həmin partiya 2012-ci ildən iqtidardadır və ölkəni  də həmin komanda idarə edir. Azərbaycanla bağlı hesabatlarda da siyasi mövqe ön plandadır.
 Mən onu da inkar etmirəm  ki, Azərbaycanda mütəşəkkil cinayətkarlıq, maliyyə pozuntuları, korrupsiya və rüşvətxorluq yoxdur. Təəssüflər olsun, belə hallar çox dərinə işlədiyindən, cəmiyyətin bütün təbəqələrini əhatə etdiyindən və buna qarşı ciddi mübarizə aparacaq qurumların fəaliyyətsizliyindən bu problemin qarşısını almaq mümkünsüzdür. Baxmayaraq "Korrupsiya və rüşvətxorluğa qarşı Dövlət Proqramı" qəbul edilib, Baş Prokurorluqda ayrıca baş idarə yaradılıb və s. bəzi yüksək rütbəli dövlət məmurları cəzalandırılıb,  ancaq effektli nəticə hələ ortada yoxdur. Külli miqdarda dövlət büdcəsini talama cinayəti məhkəmədə sübuta yetirilən həmin korrupsioner məmurların qısa zamanda azadlığa buraxılması, təbii ki, cəmiyyətdə birmənalı qarşılanmır. Sanki kimlərsə bir cəzasızlıq mühiti yaradıb və ölkəni məhvə sürükləyən korrupsiyanın və rüşvətin aradan qaldırılmasına imkan vermir. Prezident İ.Əliyev dəfələrlə korrupsiyaya uğrayanların kimliyindən asılı olmayaraq qanun qarşısında sərt cəzalandırılacağını deyib, xəbərdarlıq edib. Görünən odur ki, prezidentin xəbərdarlıqları nəzərə alınmır, onun tapşırıq və göstərişləri əksər hallarda sabotaj edilir. Azərbaycanda korrupsiyanın və rüşvətin mövcudluğunu heç kəs inkar etmir. Bu neqativ halları araşdırıb ictimailəşdirən jurnalist əslində dövlətə və dövlətin müvafiq qurumlarına kömək etmiş olur. Burda məncə jurnalistləri qınamaqdan daha çox ölkədəki mövcud durumun müsbət istiqamətə dəyişməsinə mane olanları barmaqla göstərmək lazımdır.
 Doğrunu, həqiqəti və ədaləti heç vaxt şantaj etmək, qorxutmaq mümkün olmur. Biz hər şeyi, mövcud qüsurları, əskiklikləri, pis meylləri inkar etməklə nəyəsə nail ola bilmərik. Əksinə, bunlar deyilməlidir, yazılmalıdır, problemlərin üzərinə gedilməlidir.
 Ölkənin müdafiəsinə, vətəndaşların xarici təhlükələrdən qorunmasına məsul olan Müdafiə Nazirliyində 143 milyon dolların mənimsənilmə sxemi məhkəmədə səsləndirildi. Siz təsəvvür edin, təcavüzə məruz qalmış, torpaqları işğal altında olmuş bir dövlətin Müdafiə Nazirliyinin ona dövlətdən ayrılan müdafiə xərclərini şəxsi maraqlarına necə amansızcasına məsrəf edildiyi məlum oldu.
 Belə faktlar Azərbaycan mediasında da işıq üzü görür. Amma jurnalustlərimiz də vicdanı qarşısında hesabat verməli, ölkəsini şantaj etmək üçün hazırlanmış, hazırlanmasından xəbəri olmayan "araşdırma"ların altına imza atmamalıdırlar. Bəziləri məsələni belə qoyur ki, korrupsiya və rüşvət olmasın, biz də yazmayaq... Bu bəlkə də vətənə xəyanətə haqq qazandırmağa bərabər olan bir prinsipdir. Çunki bizə "ağıl öyrədən" ABŞ və Avropa belə bu bəladan yaxa qurtara bilmir. Elə isə, nədən OCCRP yalnız ABŞ və Avropa ölkələrinin rəqibləri barədə belə araşdırmalar aparır? Məsələ hamıya aydındır.
 Digər tərəfdən, jurnalist nəyə görə özünün aparmadığı araşdırmanın altına imza atmalıdır? Həmin jurnalist özünə sual verməlidir ki, bir imzaya görə mənə nədən bu qədər pul verirlər? Jurnalist bu suala cavab tapa bilirsə, o heç vaxt OCCRP-nin toruna düşməz. Bu yolla pul qazanmağın bir adı var - dövlətə və vətənə xəyanət'.
 Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ