Cümə axşamı günü, 29 oktyabr 2026
     

Paşinyan Putinə kəskin tonda cavab verdi - “Belə sənədlər yoxdur”

Image


Bəhruz Quliyev: "Qərb Ermənistan qarşısında Rusiyadan uzaqlaşmaq, onun çətiri altından çıxmaq şərtini qoyub"

Ermənistanla KTMT arasında münasibətlər geri dönüşü olmayan nöqtəyə keçib. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Dedik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq. Bu o deməkdir ki, biz heç bir sənədin müzakirəsində iştirak etmirik. Biz, sadəcə olaraq, heç bir sənədə veto qoymuruq, çünki mahiyyət etibarı ilə biz özümüzü KTMT-dən kənarda hesab edirik, qoy istədiklərini etsinlər. Bu vəziyyət Ermənistanın KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta mümkünsüz edir", - Paşinyan bildirib.

Bu günlərdə KTMT-nin Astana sammitindən sonra Rusiya prezidenti Vladimir Putin jurnalistlərlə keçirdiyi brifinqdə demişdi ki, Ermənistan fasilə verib, lakin KTMT sammitində qəbul edilən sənədləri təsdiqləyib. Paşinyan isə bunu inkar edərək deyir ki, biz heç bir sənədin müzakirəsində iştirak etmirik, heç bir sənədi qəbul etmirik. Bundan başqa, Paşinyan iddia edir ki, 2021 və 2022-ci illərdə Azərbaycan tərəfindən ərazi iddiasına və təcavüzə məruz qalmışıq. Təcavüzə məruz qalmışıq deyən adam Azərbaycanla sülh sazişi imzalayar?

"İrəvan isə sözdə razılaşsa da, əməldə bir addım belə ata bilmir və o üzdən, Nikol spekulyativ açıqlamalarla çıxış edir"

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən "SƏS" Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Ermənistanın KTMT-dən imtina görüntüsünün arxasında siyasi iddialar dayanır: "İrəvan bilir ki, Rusiya KTMT adlı hərbi blokun dağılmasını istəmir. Ən azından, beynəlxalq arenada bir görüntü yaratmaq üçün Moskvaya bu qurum hələlik lazımdır. Ermənistan isə 44 günlük müharibənin acısını Rusiyadan bu yolla çıxmaq istəyir. Ermənistanın KTMT-də təmsil olunması, yaxud olunmaması heç nəyi dəyişdirmir. Əksinə, İrəvanın bu qurumda formal olaraq qalması Kremlə bəzi üstünlüklər qazandırır. Belə ki, Ermənistan nə qədər Qərbə yönəlik siyasət yürütməyə çalışsa da, Rusiya ilə mövcud bağları qopmağa qoymur. Həm də Rusiya bu ölkədə siyasi, iqtisadi, xüsusən də hərbi varlığını qoruyub saxlaya bilir".

Politoloq vurğuladı ki, Ermənistan ikibaşlı oyun oynamağa cəhd edir: "Paşinyan bir tərəfdən ölkəsinin KTMT-nin toplantılarında iştirak etmədiyini deyir, amma qəbul edilən bütün qərarlara, sənədlərə imza atdığı bəlli olur. Ermənisayağı bu gedişlər bizə də tanışdır, 44 günlük müharibənin sonunda imzalanan üçtərəfli bəyanatda Paşinyan dərkənar qoymadığını iddia edirdi. Əlbəttə, bu addımı ilə o, daxili auditoriyanın ona qarşı gözlənilən təzyiqlərini yayındırmaq istəyirdi. Bir müddət keçəndən sonra çıxılmaz duruma düşərək sənədə imza atdığını etiraf etməli oldu. Qərb Ermənistan qarşısında Rusiyadan uzaqlaşmaq, onun çətiri altından çıxmaq şərtini qoyub. İrəvan isə sözdə razılaşsa da, əməldə bir addım belə ata bilmir və o üzdən, Nikol spekulyativ açıqlamalarla çıxış edir. Düzdür, nə MDB, nə KTMT, nə də Aİİ tədbirlərində iştirak etmir, amma bu, İrəvanın həmin qurumlardan, daha doğrusu Rusiyanın buxovundan, onun təsir dairəsindən qopduğu, uzaqlaşdığı anlamına gəlmir. Ermənistan müstəqil yaşamağa alışmayıb, onu kimsə idarə etməli, təhlükəsizliyini təmin etməlidir. Rusiya Ermənistanın sərhədlərini qoruyur, dövlətin yaşamasını təmin edən bütün strateji sahələr Rusiyanın əlindədir, 102-ci hərbi baza Moskvanın İrəvanla hansı tərzdə danışmasını müəyyənləşdirir. Rusiya hərbçilərinin Ermənistan ərazisində qalma müddətinin bitməsinə ən azından 24 il var. Bu razılaşmanın, memorandumun ləğvi Ermənistana çox ağır başa gələr. İrəvan bunu nəzərə alır, ona görə də hələlik imtina edə biləcəyi sammitlərə, konfranslara, iclaslara qoşulmamaq yolunu tutur. Qərb isə Ermənistana hələlik söz verir, əməli işə keçməyi isə həmişə ertələyir. Çünki Rusiya ilə dünyanın fərqli nöqtələrində toqquşsa da tam üstünlük əldə edə bilmir. Ona görə də gözləmə mövqeyindədir, fürsət axtarır".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ