Cümə günü, 30 oktyabr 2026
     

Fransanın son əsgərləri də Afrikadan qovulur

Image


Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini açıqlayıb. Bu barədə "Agence France-Presse"  sözügedən Afrika ölkəsinin Xarici İşlər Nazirliyi rəhbərinin bəyanatına istinadən məlumat yayıb. 

Çadın xarici işlər, beynəlxalq əməkdaşlıq, Afrika İnteqrasiyası və xaricdəki çadlılar üzrə dövlət naziri Abderaman Kulamalla bu xüsusda bildirib: "Çad Respublikası Hökuməti Fransa Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə ictimaiyyəti məlumatlandırır". O, bunun səbəbini açıqlamayıb. Qeyd edək ki, Çad Fransanın Saheldəki son dayağı olub və onun Afrikadakı hərbi mövcudluğu üçün əsas tərəfdaş olub. Fransa  qoşunlarının Mali , Burkina Faso və Nigerdən məcburi çıxarılmasından sonra Parisin Saheldəki son dayağı olan Fransanın Afrikadakı hərbi mövcudluğunun əsas qalası hesab edilən Çadın bu addımı Paris üçün əsl zərbə hesab olunur. Bundan öncə isə Nigeri tərk etməyə başlamış ilk fransalı hərbçilər qonşu Çada yerləşmişdilər. Amma indi oradan da qovulurlar. Seneqal da analoji addımlar atmağa hazırlaşır. Bu ölkə prezidenti Bassiru Diomay Fay məsələ ilə bağlı qeyd edib: "Ölkənin suverenliyi anlayışı Seneqal ərazisində Fransanın hərbi bazalarının mövcudluğu ilə bir araya sığmır. Seneqal müstəqil, suveren ölkədir. Suverenlik hərbi bazaların mövcudluğuna icazə vermir". O, Seneqalın ABŞ, Türkiyə, Çin və Səudiyyə Ərəbistanı ilə konstruktiv münasibətlərini nümunə gətirib. Qeyd edib ki, bu ölkələrin Seneqalda hərbi bazaları yoxdur. Bununla yanaşı, prezident bildirib ki, Seneqalın 80 il əvvəl Fransa ordusunun seneqallı hərbçilərə qarşı törətdiyi hərbi cinayətlərə görə rəsmi üzr tələb etmək hüququ var. Qeyd edək ki, Seneqal Fransanın keçmiş müstəmləkəsidir. Bu ölkəəy qarşı Fransa çoxsaylı hərbi cinayətlər törədib. Fransız tarixçisi Armel Mabonun dediyinə görə, 1944-cü ilin noyabrında Fransa uğrunda döyüşmüş və alman əsirinə çevrilmiş 1600-ə yaxın afrikalı əsgər Dakara geri göndərilib. Tiaroyadakı hərbi düşərgəyə çatdıqdan az sonra onlar maaşların gecikməsinə etiraz olaraq aksiya keçiriblər. Fransız əsgərləri etirazçılara atəş açıb, ən azı 35 nəfər həlak olub, amma  tarixçilər daha çox itki olduğunu deyirlər.  Seneqallı tarixçi Mamadu Diuf bildirib: "Fransa tarixi faktı gizlətmək, qətliam haqqında hər hansı bir qeydin qarşısını almaq, repatriasiya edilmiş əsgərlər, hərəkatın xarakteri, repressiyaların miqyası və vasitələri, ölənlərin sayı və öldürülənlərin şəxsiyyəti haqqında həqiqətləri gizlətmək üçün bütün səyləri göstərib". Diufun rəhbərlik etdiyi alimlərdən ibarət xüsusi işçi qrupu bu məsələ ilə bağlı 2025-ci ilin aprel ayına qədər hakimiyyət orqanlarına sosial və humanitar elmlər, eləcə də ədəbi və incəsənət əsərləri ilə bağlı araşdırmalar təqdim edəcək. Bununla belə, tarixçinin fikrincə, bu yolda maneələr var: "Bizim üzləşdiyimiz əsas problem, hələ də qətliamla bağlı arxivləri təqdim etməkdən imtina edən Fransa hakimiyyətinin barışmazlığıdır. Bizə elə gəlir ki, ölkə 80 il ərzində qəsdən qətliam haqqında qeydləri ictimai müstəvidən çıxarmağa çalışıb".

Fransanın keçmiş prezidenti Fransua Olland 2014-cü ildə bütün sənədlərin surətlərini Seneqala qaytaracağına söz vermişdi, lakin bu vəd yalnız qismən yerinə yetirildi. Diuf bildirib: "O, yalnız bəzi qeydləri təhvil verdi. Buna görə də faktları müəyyən etmək çətindir.  Qalan arxivlər əlçatmaz olaraq qalır və ya məhv edilib, tarixçilər bununla bağlı mübahisə edirlər. Ədaləti bərpa etmək üçün Fransa Afrika ölkələrinə bütün arxivlərə girişi təmin etməli, qətliamı etiraf etməli, işə baxış keçirməli, təzminat ödəməli və kütləvi məzarları müəyyən etməlidir. Məqsəd hesablaşmaq deyil, gizlədilən hadisəni, saxtalaşdırılmış tarixi soruşmaqdır. Biz həm mənəvi, həm də maddi ziyana görə kompensasiya ala bilməliyik. Bu, olduqca normaldır". Beləliklə Fransa Afrikadan tamamilə qovulmaq üzrədir. Qeyd edək ki, ilk dəfə qitədə Fransa müstəmləkəsi 1524-cü ildə yaradılıb. Qitənin ərazisinin 35 faizi 300 il onun nəzarəti altında olub. Seneqal, Kot-d-İvuar və Benin qul ticarəti mərkəzinə çevrilmişdi. Fransa Afrikanın yeraltı, yerüstü sərvətlərini talayır, insanlarını isə qul kimi satırdı. Qitənin istənilən bölgəsində onların ağalığına qarşı üsyanın qarşısı sərt şəkildə alınırdı. Afrika xalqları bu mübarizədə iki milyondan çox qurban veriblər. Dünya dəyişsə də, Fransanın Afrika xalqlarına və dövlətlərinə münasibəti dəyişməyib. Son illər Emmanuel Makronun "yumşaq güc" siyasəti də iflasa uğrayır. Emmanuel Makron və başçılıq etdiyi komanda Afrikadakı iflası Cənubi Qafqaza soxulmaqla əvəzləməyə çalışır. Ancaq ənənəvi qərəzli yanaşması onun bölgədən çıxması ilə nəticələnəcəyini, yaxud yer tuta bilməyəcəyini deməyə əsas verir. Buna rəğmən, hələ də uzun illər erməni diasporunun, lobbisinin əlində marionetə çevrilmiş Fransa öz istəklərini, arzularını da elə Ermənistanın əli ilə bölgədə həyata keçirməyə çalışır. Amma bu siyasət iflasa məhkumdur.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ