Cümə günü, 30 oktyabr 2026
     

Paşinyanın və Qərbin maraqları müharibə hazırlığı üstündə birləşdi...

Image


Ukrayna-Rusiya cəbhəsi dünyanın ən qaynar bölgələrindən biri olaraq qalmaqda davam edir. Bu istiqamətdə böhranın yaranmasında Qərbin rolunun birmənalı olduğu isə artıq heç kimə sirr deyil. Amma məsələ burasındadır ki, Qərb ölkələri Ukrayna münaqişəsində uduzurlar, lakin onu dayandırmaq və uğursuzluqlarını etiraf etmək istəmirlər.

Macarıstan baş naziri Viktor Orbanın dediyi kimi Qərb çətin vəziyyətə düşüb, uduzulmuş müharibə aparır. Amma vəziyyət ondan ibarətdir ki, Qərb ölkələri Rusiya-Ukrayna müharibəsini dayandırmaq istəmir. Belə vəziyyətdə Qərb Ermənistan vasitəsilə Rusiyaya qarşı Qafqazda yeni cəbhə açmaq istəyir. Bu da səbəbsiz deyil. Ermənistanın arxasında duran Qərb dövlətləri, xüsusən də Fransa Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər. Əksinə  rus ordusu daha çox Ukrayna ərazisini nəzarətə götürür. Belə vəziyyətdə Rusiyanın diqqətini başqa istiqamətə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla Qərb vəziyyəti daha da gərginləşdirməyə can atır.  Amma proses Azərbaycana da təsirsiz ötüşmür. Elə Ermənistanın yeni müharibə avantürası bunu təsdiqidir və  Qərbin növbəti planıdır. Görünən odur ki, Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlaşdırır. Ermənistan hakimiyyəti də bu avantüraya gedir. Çünki Ermənistan baş naziri Nikol Paşinyanın reytiqni alt-üst olub. Paşinyanın rəhbərlik etdiyi komanda ötən müddət ərzində verdiyi vədlərin əksəriyyətini yerinə yetirə bilməyib. Bu müddətdə vətəndaşların rifah halının yaxşılaşması istiqamətində ciddi nailiyyətlər əldə olunmayıb. Nə daxili, nə də xarici siyasətdə nəzərəçarpacaq uğurlara imza atılıb. Ölkədə aparılan rəy sorğuları hökumət başçısına etimadın kəskin azaldığını, hakimiyyətin bütün sahələrdə siyasətinin fiaskoya uğradığını sübut edir. 2021-ci ildən sonra baş verən bir sıra hadisələr, o cümlədən 2023-cü ilin sentyabrında lokal xaraketli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi, bu ilin aprelində Qazax rayonunun işğal altındakı 4 kəndinin bir güllə atılmadan qaytarılması Ermənistanda Paşinyana qarşı çıxanların sayının artmasına səbəb olub. Təbii ki, Ermənistanın siyasi rəhbərliyi bütün baş verənlərdən xəbərdardır və vəziyyəti düzəltmək üçün müxtəlif addımlar atır. Hakimiyyət rəsmilərinin regionlara səfəri, bəzi məmurları nöqsanlara görə tənqid etmək, işdən çıxarmaq, sosial proqramlar, ucqarlarla bağlı "iqtisadi layihələr" gözlənildiyi kimi nəticə vermir. Ölkə daxilində isə siyasi vəziyyət getdikcə gərginləşir. Orduda baş verən intiharlar, sosial vəziyyətin günü-gündən çətinləşməsi, Qarabağ erməniləri ilə yaranan problemlər, Rusiya ilə münasibətlərin kəskin tonda davam etməsi kimi məsələlər hakimiyyəti müxtəlif addımlar atmağa məcbur edir. Belə vəziyyətdə Qərbin yardımı ilə Ermənistan hakimiyyəti Azərbaycana qarşı müharibəyə başlayıb nəsə əldə edəcəyinə ümid bəsləyir. Xam xəyal olsa da buna cəhd edir. Amma prosedə Qərbin də rolu böyükdür. Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı yenə təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir. Prosesdə Yunanıstan da aktiv iştirak edir.

Yunanıstanın Ermənistana zenit-raket sistemləri, o cümlədən S-300-lər verməsi də Qərbin planının tərkib hissəsidir. Qərb Cənubi Qafqazı öz caynağına keçirmək üçün Ermənistana süni nəfəs verir və onu yeni müharibəyə sövq edir. Elə Qərbdə də indi gizlətmirlər ki, Cənubi Qafqaza Rusiyaya qarşı ikinci cəbhə açmaq, Azərbaycana təqzyiq üçün tramplin kimi baxırlar. Buna paralel olaraq, Qərbin bölgədə güclənməsi də Ermənistanda möhkəmlənməkdən keçir. Çünki Gürcüstan keçmiş təcrübəsi fonunda daha ehtiyatlı davranış sərgiləyir, Azərbaycan isə müstəqil siyasi xəttindən geri çəkilmir. Bu halda zəif halqa Ermənistandır. Bu durumda Azərbaycan bildirir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görəcək. Rusiya da gecikməməlidir. Hər halda, bunu Ukrayna təcrübəsi də sübut edir. Xatırladaq ki,  Ukraynada uzun müddət gözləmə mövqeyində olan Rusiya nəticədə bu ölkəni itirdi və indiki vəziyyətə düşməli oldu. Eyni səhvin Ermənistanda təkrarlanması Rusiyaya baha başa gələ bilər. Təbii ki, bundan sonra rəsmi İrəvanın davranışları Rusiyanın atacağı növbəti addımların mahiyyətini müəyyən edəcək. Hələlik isə bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına cəhd edilir.  İndilikdə Ermənistanın yenidən silahlanması, revanşist əhvali-ruhiyyənin dəstəklənməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına xidmət edir. Görünən odur ki, Qərb, xüsusən də Fransa Cənubi Qafqazda Azərbaycanın yaratdığı mövcud reallıqları qəbul etmək istəmir.  Hər vəchlə sülh prosesinə mane olmağa çalışır, revanşizmə dəstək nümayiş etdirir. Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı müşahidə missiyası da bu çirkin planın tərkib hissəsidir. Beləliklə, Qərbin Ermənistanla bağlı atdığı addımlar bölgəni ciddi formada gərginliyə sürükləyir. Amma bundan ən çox zərər görən tərəfin Ermənistan olacağı da sirr deyil.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ