Cümə günü, 30 oktyabr 2026
     

Gürcüstanda yeni təlatümün arxasında Qərbin bu maraqları göründü...

Image


Elşad Həsənov: "Qərbin dəstəklədiyi qüvvələr parlament seçkisində qələbə qazana bilmədiyi üçün indi də hakimiyyəti rəngli inqilabla ələ keçirmək istəyirlər"

Keçən ayın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü arzusu" partiyasının səs çoxluğu ilə qalib gəlməsi qətiyyən Qərbin maraqlarına uyğun gəlmirdi. Odur ki, seçki öncəsi də, seçki günü də, ondan sonra da qonşu ölkədə qarışıqlıq yaratmağa, narazı qüvvələri, müxalifəti, öz təsir dairəsində olanları canlandırmağa çalışırdı. 

Seçkinin nəticələrini tanımadığını bəyan edərək insanları küçələrə, meydanlara səsləyirdilər. Qərb az çox istəyinə nail oldu və özünün idarə etdiyi, maliyyələşdirdiyi qüvvələri küçələrə çıxara bildi. Qonşu ölkədə qarşıdurmalarla müşayiət olunan proseslər baş verdi.

Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti onu deməyə əsas verir ki, Qərb Gürcüstanda rəngli inqilab ssenarisi planlaşdırıb və həyata keçirməyə çalışır. Burada əsas məqsəd mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeylli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır. Gürcüstanda növbəti rəngli inqilab sevdasında olan Qərb bu istəyini həyata keçirmək üçün istənilən təxribata əl atır. 

Gizlin deyil ki, bu gün Qərbin nəzarətində olan siyasi partiyalar, media, QHT-lər, diplomatlar və sair Gürcüstanda sabitliyi pozmaq xəttini tuturlar. 

"Qərb çalışır ki, son günlərdə vəziyyəti daha da gərginləşdirsin"

Siyasi ekspert Elşad Həsənov "Bakı-Xəbər"ə bildirdi ki, Qərbin Gürcüstanda həyata keçirmək istədiyi siyasətin məqsədi aydındır. "Bu ilin mayından Gürcüstan yeni bir mərhələyə daxil oldu. Çünki əvvəllər Qərbə inteqrasiya yolunu tutmuşdu. Ancaq may ayından Gürcüstan hakimiyyəti xalqın, dövlətin təhlükəsizliyini təmin etmək üçün Qərbin onlara yeritmək istədiyi dəyərlərdən imtina etdi. Söhbət LGBT-nin təbliğ olunmasınından gedir. Gürcüstan hökuməti onun təbliğ olunmasını  qadağan edən qanun qəbul etdi ki, LGBT Gürcüstan ərazisində təbliğ olunmasın. Eyni zamanda xarici agentlər haqqında qanun qəbul etdilər. Gürcüstanın bu addımları Avropa İttifaqını və ABŞ-ı çox məyus etdi və onlar bu ölkəyə qarşı kampaniyalara başladılar.

Bu ilin oktyabr ayının 26-na təyin olunan parlament seçkilərində Qərb radikal müxalifətin yanında oldu və onlara xaricdən maliyyə yardımları göstərməyə başladılar. Onlar Gürcüstan dövlətinə ayırdıqları maliyyəni may ayından sonra müxalifətə yönəltdilər və onların paralament seçkilərində qələbə qazanmasına çalışdılar. Ancaq Gürcüstan vətəndaşları hakim "Gürcü arzusu" partiyasına səs verdilər və bu da həm Qərbin xoşuna gəlmədi, həm də müxalifət partiyaları paralamentdə təmsil olunmaqdan imtina etdilər. Artıq Gürcüstan parlamenti yeni hökumətin tərkibini seçib. Müxalif qüvvələrin başında dayanan Gürcüstan prezidenti Salome Zurabaşvilidir ki, artıq onun səlahiyyət müddəti bitir, bu ölkədə dekabrın 14-də yeni prezident seçkiləri keçiriləcək.   Ona görə də, Qərb çalışır ki, son günlərdə vəziyyəti daha da gərginləşdirsin. Qərbin dəstəklədiyi qüvvələr parlament seçkisində qələbə qazana bilmədiyi üçün indi də hakimiyyəti rəngli inqilabla ələ keçirmək istəyirlər. Dünənki (28 noyabr) mitinqdə Zurabaşvili həm müxalifəti, həm xalqı ayağa qalxmağa çağırdı, "biz Avropaya inteqrasiya yolundan dönəsi deyilik" davranışı göstərdi. Hakimiyyət isə Avropaya   inteqrasiya məsələsini dörd il müddətinə dondurduğunu elan etdi və bundan sonra müxalifət parlament qarşısına toplanaraq orda aksiya keçirdi. Bu aksiya da çox ağır oldu, orada bir neçə polis əməkdaşı yaralandı, mülkü vətəndaşlardan həbs olunanlar oldu. Eyni zamanda bu aksiyalarda, bu proseslərdə Qərbin əməlləri açıq-aşkar görünür. O cümlədən Avropa İttifaqının Gürcüstandakı səfiri   Pavel Herçinski çıxış edərək öz münasibətini bildirdi, Gürcüstan hökumətinin Avropaya inteqrasiyadan imtinasını qınadı. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də onların Vyana konvensiyasını pozaraq bu işlərə toxunduqlarını vurğuladı. Görünən nədir? Görünən odur ki, Qərb oktyabr seçkilərindən sonra açıq-aşkar bildirdi ki, Gürcüstan dövlətinə ayrılan 100 milyon avronu müxalifətə verəcəyik ki, onlar yenidən inqilab edib indiki hakimiyyəti devirsin və özləri hakimiyyətə gəlsin. Bu isə əsasən xalqın dəstəyi ilə bağlı məsələdir ki, xalqın da böyük əksəriyyəti hakim "Gürcü arzusu"nun tərəfdarıdır və onu dəstəkləyir".

E.Həsənov qeyd etdi ki, indiki gərgin vəziyyətdə Gürcüstanda artıq parçalanmalar çoxdur, rayonlarda da aksiyalar keçirilir. "Eyni zamanda çox maraqlı nüanslardan biri də odur ki, Xarici İşlər Nazirliyinin əməkdaşlarından artıq 100 nəfər buna öz imzası ilə etiraz edib. Belə etirazlar artıq Müdafiə Nazirliyində də var, oradan da 43 nəfər Gürcüstanın Avropaya inteqrasiya yolundan dönməsi  və dörd il dayandırılmasının əsassız olduğunu deyirlər, buna etiraz olaraq bəyanatla çıxış ediblər. Bundan əlavə, Gürcüstanın Bolqarıstandakı səfiri bu hadisəyə görə istefa verdiyini bildirib. Hesab edirəm ki, bundan sonra belə faktlar daha da artacaq. Çünki Gürcüstanın Avropaya inteqrasiya etməsini istəyənlər içərisində xaricdə diplomatik vəzifədə çalışanlar var. Ona görə onların syaının artacağı gözlənilir. Ancaq hesab edirəm ki,  Qərbin son günlər apardığı aktiv iş nəticəsində belə hadisələr baş verir. Onların məqsədi həmin radikal müxalifəti hakimiyyətə gətirmək, sonra isə Ermənistana yığdıqları hərbi gücü Gürcüstan üzərindən Rusiyaya qarşı çevirməkdir. Bunların məqsədi odur ki, Rusiyaya qarşı ikinci cəbhə açılsın və Gürcüstan da Ermənistan kimi Qərbin əlinə oynasın. Hesab edirəm ki, bu alınmayacaq, çünki müxalifət nə qədər xaricdən maliyyələşsə də, əsas yerli əhali, vətəndaşların mütləq əksəriyyəti "Gürcü arzusuna" səs verib, bu da əhalinin 54 faizini təşkil edir. Onlar isə müharibə, qarışıqlıq istəmirlər, istəyrlər ki, Gürcüstanda sakit, xalqın milli maraqlarına xidmət edən bir hakimyyət  olsun, Qərbin əlində də oyuncağa çevrilməsin"-deyə E.Həsənov bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ