Cümə günü, 30 oktyabr 2026
     

Putin Paşinyanın KTMT-yə qarşı 4 illik iddiasını bu cür vurdu...

Image


"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda Ermənistanın tərəfində vuruşmamalı idi, çünki həmin şəraitdə bu ölkəyə xarici təcavüz edilməmişdi". Bu barədə Rusiya prezidenti Vladimir Putin Astanada mətbuat konfransı zamanı bildirib.

Onun fikrincə, Ermənistanın KTMT-yə hazırkı münasibəti daxili siyasi problemlər və Qarabağ mövzusu ilə bağlıdır. Eyni zamanda, Putin Ermənistanın KTMT-də tam formatda işə qayıdacağını istisna etməyib.

Bilirik ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan KTMT-ni prosesə qatmağa çoxlu cəhdlər etdi, amma bu quruma üzv dövlətlərdən heç bir dəstək görə bilmədi. Yəni Ermənistan istədiyini bu təşkilatdan ala bilmədi. Bu səbəbdən də KTMT-yə münasibətləri soyuqlaşdı. Ermənilər umub-küsdülər ki, KTMT Ermənistana dəstək vermədi. Hətta KTMT-dən çıxacaqlarını bəyan etdilər, onun iclaslarına qatılmadılar və sair. 

Putin Astanada keçirilən mətbuat konfransında  Ermənistanın bu iddiasına qəti cavab verərək son qoydu.

Abutalıb Səmədov: "Putin Ermənistanın KTMT-nin iclaslarında iştirak etməməsini, bu hərbi blokdan narazılığını 2020-ci ilin 44 günlük müharibəsində..."

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində "Putin Ermənistanın KTMT-nin iclaslarında iştirak etməməsini, bu hərbi blokdan narazılığını 2020-ci ilin 44 günlük müharibəsində rusların Qarabağı müdafiə etməməsi ilə əlaqələndirir. Yəni guya Ermənistan tələb edir ki, Rusiya Ermənistanın tərəfində Qarabağ uğrunda müharibədə iştirak etsin və Rusiya da iştirak etməyib. Əslinə qalanda, bu gözləntiləri yaradan Rusiyanın özü idi. KTMT-nin Rusiyadan olan baş katibi Nikolay Bordyuja dəfələrlə bəyan etmişdi ki, əgər Azərbaycan hərbi yolla işğal altında olan əraziləri azad etmək istəsə qarşısında Rusiyanı görəcək. Belə bir gözlənti yaradılmışdı və Azərbaycanın əks-hücumu başalayanda, təbiidir ki, Paşinyan da gözləyirdi Rusiya Ermənistanın yanında olacaq. Çünki söz vermişdilər. Ancaq Paşinyanın gözlədiyi olmadı. Bütövlükdə, Ermənistanın Rusiyadan narazılığını bununla əlaqələndirmək, təbiidir ki, yanlışdır. Ermənistanın narazılığı təkcə həmin 44 günlük müharibə ilə bağlı deyil"-deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, 2021-ci ildə Ermənistan iddia etdi ki, Azərbaycan ordusu Ermənistanın 200 kvadrat kilometr ərazisini guya işğal edib. "Ermənistan Rusiyadan, KTMT-dən kömək istədi, orda da arzuladığı köməyi görmədi. Sonradan Soçi danışıqları zamanı Rusiyanın qəti mövqe tutmasını və təqdim etdiyi sülh sazişinin arxasında durmasını istədi, Rusiya burda da qətiyyət göstərmədi. Yəni 2022-ci ilin sonlarına qədər Ermənistan Rusiyadan gözlədiyi köməyi ala bilmədi. Eyni zamanda, Ermənistanda KTMT-nin tədbiri keçiriləndə tələb etdi ki, bu hərbi blok Azərbaycana münasibətdə müəyyən mövqe tutsun. Yəni Azərbaycanın hansısa hərəkətlərini pisləsin. Burada da onun istədiyi alınmayandan sonra aktiv şəkildə antirus mövqeyinə keçdi və KTMT-nin işində iştirak etməkdən imtina etdi. Məsələnin kökündə dayanan budur. Ancaq Putin bunu təkcə Rusiyanın Qarabağ uğrunda müharibədə iştirak etməməsi ilə əlaqələndirir. Burda da qeyri-adi bir şey yoxdur. Biz Putinin bu cür həqiqəti təhrif edən bəyanatlarına dəfələrlə rast gəlmişik. Bir daha təkrar edirəm, əslinə qalsa, məsələnin mahiyyəti ondadır ki, Ermənistan Rusiyadan həm 2020-ci, həm 2021-ci, həm də 2022-ci ildə gözlədiyini ala bilmədi. Açıq şəkildə gördü ki, KTMT-nin üzvlərinin böyük əksəriyyəti Azərbaycana daha yaxındılar, Azərbaycanı aktiv şəkildə müdafiə edirlər və həqiqətən bu belə idi. Azərbaycan kifayət qədər iş aparmışdı və KTMT üzvləri ilə dostluq münasibətləri vardı. Bundan sonra Ermənistan istər-istəməz düşünmək məcburiyyətində qaldı ki, əgər hərbi blokdakı müttəfiqlərimin demək olar hamısı Azərbaycanın tərəfindədirsə mənim bu hərbi blokda olmağım lazımdırmı? Və qərara gəldi ki, onun işində iştirak etməsin. Uzun müddətdir Ermənistan KTMT-nin iclaslarına qatılmır, ordakı nümayəndəsini başqa işə göndərdi və yerinə heç kimi təyin etmədi, KTMT-nin maliyyələşməsində də, təlimlərində də iştirak etmir, faktiki olaraq təşkilatdan çıxıb, amma rəsmi şəkildə hələ belə bir müraciət etməyib, yəqin ki, yaxın vaxtda, əlverişli məqamda belə bir müraciət etməyi planlaşdırır. Burda Putin Ermənistanın KTMT-yə qayıtmaq imkanının mövcudluğundan danışdı. Təbiidir ki, burda belə hadisə baş verə bilməz. Paşinyanın KTMT-yə qayıtmaq ehtimalı sıfıra yaxındır. Çünki o qədər KTMT əleyhinə fəaliyyətdən, atılan addımlardan, Qərbə yaxınlaşdıqdan sonra yenidən geriyə qayıtmağa cəhd etsə, bu, Paşinyan üçün çox ciddi problemlərin yaranmasına gətirib çıxara bilər və onun bundan sonra hakimiyyətdə qalması çox çətin olar. Əgər indiyə qədər Paşinyanı hakimiyyətdən zorakılıqla uzaqlaşdıra bilməyiblərsə bunun kökündə Qərbin onu aktiv şəkildə müdafiə etməsi dayanır. Paşinyanın Qərbdən imtina etməsi, Qərbdən uzaqlaşması mümkünsüzdür. Eyni zamanda Rusiya da, KTMT-nin digər üzvləri də Paşinyana belə bir addım atması üçün ən azından  müəyyən bəyanatlarla kömək etməlidirlər. Öz səhvlərimi etiraf etməlidilər, KTMT-nin işindəki qüsurlardanmı danışmalıdırlar, bundan sonra Ermənistanın yanında olacaqlarınımı bəyan etməlidilər ki, yalnız bundan sonra Paşinyan əks istiqamətdə addımlar atsın. Ancaq bunu etməzlər. Çünki atılan addımları yanlış saymırlar, hesab edirlər ki, bugünə kimi KTMT üzvləri obyektiv, ədalətli mövqe tutublar və işğalçının yox, Azərbaycanın yanında olublar. Bu səbəbdən nə Paşinyanın bu siyasətini dəyişmək ehtimalı var, nə bundan sonra onun KTMT-nin iclaslarında iştirak etmək imkanı var, nə də KTMT üzvlərinin Paşinyanı qane edə biləcək bəyanatlar səslədirmək imkanı var. Hesab edirəm ki, yaxın vaxtlarda Qərbin təzyqiləri nəticəsində Paşinyan qəti addımlar atmaq məcburiyyətində qalacaq və rəsmi şəkildə KTMT-dən çıxdığını bəyan edəcək" - deyə A.Səmədov vurğuladı. 

Faiq Ələkbərli: "Putin bu dəfə Ermənistana qəti cavab verdi və onun bu məsələdə KTMT-dən umub-küsməsinin yersiz olduğunu bəyan etdi"

Siyasi şərhçi Faiq Ələkbərli isə "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistanın KTMT-dən incikliyinin səbəbini heç kəs Rusiya prezidenti Vladimr Putindən yaxşı bilə bilməz. "Çünki KTMT-ni yaradan Rusiya Federasiyasıdır. Ora Ermənistanın necə üzv olması da bəllidir. Ancaq Ermənistan vaxtilə Rusiya Federasiyasından dəstək görəndə heç bu dəstəyi vurğulamırdı, KTMT-dən razılıq etmirdi. Ancaq şərait dəyişdi və Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Putin də bunu anlayır ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlar Ermənistan torpaqları deyil, öz torpaqlarıdır. Hətta Ermənistan ərazisi də böyük ölçüdə Azərbaycan-türk torpaqlarıdır. Bu anlamda Putinin konkret olaraq Ermənistana ünvanladığı fikir həqiqəti özündə əks etdirir və bu həqiqəti heç nə dəyişməyəcək. Yəni Putin bu dəfə Ermənistana qəti cavab verdi və onun bu məsələdə KTMT-dən umub-küsməsinin yersiz olduğunu bəyan etdi" - deyə F.Ələkbərli qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ