Cümə günü, 30 oktyabr 2026
     

“2025-ci ilin dövlət büdcəsi iqtisadi tərəqqi və güclü sosial siyasətlə tamamlanır” - Vüqar Rəhimzadə

Image


Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır. Bu amilin rolunu bu günümüzün reallıqlarını müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə daha aydın görürük. Ölkədə sabitliyin olmaması zəngin iqtisadi potensiala malik olan Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. 

Onlar ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması iqtisadi inkişafı şərtləndirdi. Uğurlarımızın əsasında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ulu Öndərin gərgin səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. Ötən bu illər Azərbaycanın dünyaya təkmil inkişaf modelini təqdim etməsi ilə xarakterizə olunur. Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollar təşkil edir. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, möhkəm təməlin, Azərbaycanın uğurlu inkişaf strategiyasının nəticəsidir. Bu fikir daim dövlətimizin başçısı İlham Əliyev tərəfindən xüsusi qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar heç də onlara uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını düzgün müəyyənləşdirməsi bu problemləri yaşamamasını təmin etdi. Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin edilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların davamlılığında özünün aydın ifadəsini tapır. Azərbaycan bu gün özünü dünyaya sosial dövlət kimi təqdim edir. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması, vətəndaş məmnunluğunun artırılmasına xidmət edən addımların davamlılığı həyata keçirilən sosial-iqtisadi siyasətin əsas tərkib hissəsidir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili bu günlərdə Milli Məclisdə müzakirəyə çıxarılan və birinci oxunuşda qəbul edilən 2025-ci ilin dövlət büdcəsi layihəsi əsasında Azərbaycanın hazırkı iqtisadi və maliyyə imkanlarından geniş bəhs edərək bildirib ki, büdcə iqtisadiyyatın aynasıdır. Diqqət yetirdikdə qarşıdakı ilin dövlət büdcəsinin əvvəlki ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından zəngin olduğunu görürük. Bu, Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrətinin və maliyyə imkanlarının göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iqtisadi inkişaf modeli daim beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasında əhəmiyyətli rol oynayır. Bu qurumların proqnozlarında bu məqam xüsusi qeyd edilir ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla vəsait daxil olacaq ki, bu da əhalinin yüksək rifah şəraitinin daha yüksək olmasında, yoxsulluq probleminin tamamilə həllində özünün aydın ifadəsini tapacaq. Müqayisə üçün bəzi sosial-iqtisadi rəqəmlərə diqqət yetirək. Dövlətimizin başçısı İlham Əliyev istər 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində, istərsə də 7-ci çağırış Milli Məclisin ilk iclasında diqqəti bu göstəricilərə yönəldərək belə bir çağırışı səsləndirdi ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün iqtisadiyyat inkişaf etməlidir. Bu ilin sentyabr ayında keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirə Azərbaycanın  bugünədək keçdiyi iqtisadi inkişaf yolunun təqdimatı oldu. 2003-cü ildə  ümumi daxili məhsul 7 milyard dollar idi. 2023-cü ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollar oldu. Hazırda bu rəqəm 73 milyard dollardır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb. Bu da ümumi daxili məhsulun cəmi 9 faizini, ondan da az təşkil edir. Bu, sağlam maliyyə sistemimizin göstəriciləridir. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri  qanunvericiliyin tələblərinə uyğun tərtib edilib. Gələn ilin dövlət büdcəsində müasir çağırışlara uyğun olaraq  müdafiə və milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın reallaşdırılması məsələlərinə böyük diqqət göstərilir. Büdcə siyasətində iqtisadiyyatın, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafının dəstəklənməsi, əhalinin həssas qruplarının, xüsusən də şəhid ailələrinin və müharibə iştirakçılarının, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin yer alması xüsusi vurğulanmalıdır. 2025-ci ilin dövlət büdcəsinin sosialyönümlüyü bir daha təsdiqlənir. 2024-cü illə  müqayisədə sosialyönümlü xərclərin, təhsil xərclərinin, səhiyyəyə ayrılan vəsaitin məbləği artırılıb. Ümumilikdə 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat məbləğində nəzərdə tutulur. 2025-ci il üçün icmal büdcəsinin gəlirləri 43 milyard 911 milyon manat, xərcləri 47 milyard 589 milyon manat proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat məbləğində nəzərdə tutulmuşdu. 2024-cü il üçün icmal büdcənin gəlirləri isə 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılmışdı.  

"Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında"  qanun layihələri birinci oxunuşda qəbul olunub. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

Millət vəkili bildirib ki, Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi üçün möhkəm baza mövcuddur. Bu isə öz növbəsində əhalinin daha yüksək rifah şəraitində yaşamasına xidmət edən addımlarda əksini tapır. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, sosial-iqtisadi inkişaf yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Əməkhaqqının, pensiyaların, müavinətlərin artırılması, məşğulluq probleminin həlli, sosial xidmətin daha da təkmilləşdirilməsi və sair bunun təsdiqidir. Hər bir sosial layihə uğurla icra edilir. İqtisadi inkişaf, dayanıqlılıq və inklüzivlik təməlləri üzərində qurulan 2025-ci ilin dövlət büdcəsindən ayırmalar qarşıdakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ