Bakıdan Əməkdar jurnalist Mətanət Ağamirli Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Tarix Sizin yerinizi elə bir zirvədə bərqərar edib ki, bu zirvə haqqında hər kəsin deməyə sözü, fikirləri var. Çünki tarixdə iz qoyan şəxsiyyətlər bütöv bir xalqın, toplumun dəyəri, sərvətidir. Siz Allahın Fateh olaraq xalqımıza lütf etdiyi bir zirvə, bir dəyərsiniz. Varlığınız Azərbaycanımızı, Qarabağımızı, regionumuzu işıqlandırır, işığınız hər zaman gur olsun!
Bu gün ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Sizin komandanlığınız altında ağlasığmaz uğurlara imza atır. Zəfər çalmış bir xalqın nümayəndəsi kimi bizə yaşatdığınız qürur, qalibiyyət üçün Sizə nə qədər təşəkkür etsək azdır. Siz bizim əbədi Prezidentimizsiniz. Xoşbəxtik ki, bizim Prezidentimiz Sizsiniz!
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edərək tutduğunuz haqq yolunda, Vətənimiz uğrunda verdiyiniz mücadilədə, dünyamız üçün həyata keçirdiyiniz tolerant, genişmiqyaslı layihələrdə bitib tükənməyən uğurlar, möhkəm səhhət, uzun ömür arzulayıram.
Allah Sizə yar olsun!”
Baki-xeber.com