“Sizin şücaətiniz və cəsarətinizlə İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə və torpaqlarımızın geri alınması münasibətilə Sizi və xalqımızı təbrik edirik.
Allah Sizi - Ali Baş Komandanımızı bizə çox görməsin. Həmişə xalqımızla birlikdə olasınız. Həmişə xalqımız Sizinlə, Siz də xalqımızla fəxr edəsiniz, qürur duyasınız. Şəhid olan qardaş və bacılarımın ruhu şad olsun. Çox sağ olun ki, torpaqları geri almaqla onların qanını yerdə qoymadınız. Allah Sizi var eləsin. Yaralılarımıza tezliklə şəfa tapmalarını diləyirəm.
Mən Türkiyədə fəaliyyət göstərən “ARS” idman qurğuları firmasının qurucusu və rəhbəriyəm. Həm pandemiya dövründə, həm də haqlı olduğumuz Qarabağ müharibəsində xalqımıza və Sizə dəstək göstərdik. Sizə minnətdarlığımı bildirmək istəyirəm ki, mübarək Zəfərimizlə bizim əməyimizin, dəstəyimizin boşa çıxmasına imkan vermədiniz. Var olun, cənab Lider. Allah Sizin kölgənizi bizim başımızın üzərindən əskik etməsin. Biz, xaricdə yaşayan azərbaycanlılar olaraq həmişə Sizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”.
Bu fikirləri Türkiyə Respublikasının İstanbul şəhərindən “ARS” idman qurğuları firmasının rəhbəri Elşən Rəsulov Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com