Qazaxıstan Respublikasının Çimkənd şəhərindən Ramilə Mustafayeva Prezident İlham Əliyevə məktub yazıb:
“Mən Qazaxıstan Respublikasının Türküstan vilayətində yerləşən "Qarabağ” Azərbaycan Etnomədəni Birliyi"nin rəhbəri Ramilə Mustafayeva Sizi həm öz adımdan, həm də burada yaşayan azərbaycanlılar adından dərin hörmət və ehtiramla salamlayıram.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə təltif edildiyim üçün Sizə təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, mən və birliyim hər zaman Sizin, dövlətimizin, xalqımızın yanındayıq. Ölkəmizdən uzaqda yaşamağımıza baxmayaraq, bizə göstərdiyiniz qayğıya görə Sizə həm özümün, həm də birliyim adından hörmət və sevgilərimizi bildirirəm. Sizin uğurlu siyasətinizin nəticəsidir ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən diasporlarımız Azərbaycanı uğurla təmsil edirlər. Xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin varlığı daimi olsun”.
Baki-xeber.com