“Sizin diqqət və qayğınızı hər zaman hiss edirik. Dövlətimiz və Vətənimiz gündən-günə inkişaf edir, möhkəmlənir və qüdrətlənir. Biz şəhid ailələri də bunu görürük və böyük qürur hissi keçiririk.
Sizin rəhbərliyinizlə Ordumuzun döyüşlərdəki Qələbəsi mənə o qədər qürur vermişdi ki, qadın olsam da, əlimə silah alıb döyüşlərə getmək istəyirdim. Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.
Bu sözləri Gəncə şəhərindən şəhid Mərhab Əliyevin həyat yoldaşı Nuridə Əhmədova Prezident İlham Əliyevə məktubunda qeyd edib.
Baki-xeber.com