Naftalan şəhərindən Prezident İlham Əliyevə məktub yazan Bağırova Adilə Nəriman qızı ölkə başçısının nümunə göstərərək maska taxmasını təqdir edir:
“Sizin Tərtər rayonuna səfəriniz zamanı Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməyiniz hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir. Həmçinin, həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. Bu ağır vəziyyətdə ölkəmizdə görülən işlərə, bütün sosial-iqtisadi layihələrin həyata keçirilməsinə və hər zaman Azərbaycan vətəndaşının yanında olduğunuza görə kurort şəhərimiz Naftalanın sakinləri adından Sizə sonsuz məhəbbətimizi və hörmətimizi bildirirəm”.
Baki-xeber.com