Ağcabədi rayonundan Prezident İlham Əliyevə müraciət ünvanlayan Nəsirova Ruxsarə Rasim qızı qeyd edir ki, Prezidentin pandemiya dövründə gördüyü işlər ziyalıları çox sevindirir.
“…Gənclərlə, şagirdlərlə görüşlərimizdə ürəkdolusu danışmağa, misallar çəkməyə, saysız-hesabsız nümunə göstərməyə kifayət qədər faktımız olur. Bütün bu işlər Sizin gərgin zəhmətinizin, əzmkarlığınızın, xalqa olan sevginizin nəticəsidir. Hazırda dünyamızın çox ağır bir vəziyyətlə üzləşdiyi, amansız xəstəliklə mübarizə apardığı vaxtda ölkəmizdə dərhal qabaqlayıcı tədbirlərə başlandı. Əhaliyə dəfələrlə çağırışlar etdiniz, bizi bu çətin durumda bir-birimizə dəstək olmağa, dünyanı sarsıdan görünməz düşmənə birlikdə qalib gəlməyə səslədiniz. Sizin xalqın yanında olmağınız, onu gözləyən təhlükəyə görə keçirdiyiniz narahatlıq, bununla bağlı həyata keçirdiyiniz tədbirlər Sizə olan inamı daha da artırdı.
İyunun 3-də Ağcabədi rayonuna səfəriniz bizi çox sevindirdi. Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün vəsaitin ayrılması təhsilimizə, gələcəyimizə göstərdiyiniz qayğının nümunəsi idi və bu, biz ziyalıları çox sevindirdi”-deyə Ağcabədi sakini qeyd edir.
Baki-xeber.com