Tərtər idmançıları adından Prezident İlham Əliyevə müraciət edən Məmmədov Faiq Ələkbər oğlu məktubunda “Tərtər rayonunun idmançıları adından Sizi ürəkdən salamlayır, rayonumuzda möhtəşəm Olimpiya İdman Kompleksini bizə bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxtda Siz Mehriban xanımla birlikdə yeni sosial layihələrin həyata keçirilməsini dayandırmadınız. Tərtərdə istifadəyə verilmiş Olimpiya İdman Kompleksi bunun bariz nümunəsidir. Biz gənclər Sizin idmana göstərdiyiniz diqqət və qayğını həmişə hiss etmişik, bu gün də hiss edirik” - deyə qeyd edir.
F.Məmmədov Tərtər idmançıları adından Prezidentə söz verir ki, yeni istifadəyə verilmiş Olimpiya İdman Kompleksində daha həvəslə məşq edəcək, onlar sıralarını gənc idmançılarla genişləndirəcək, yeni uğurlara imza atacaqlar.
Baki-xeber.com