12/07/2020 03:56
728 x 90

Salyanın Sarvan kəndindən şəhid atası Prezidentə məktubunda belə yazdı – “torpağa bağlanmaq istəyən insanlar üçün yaratdığınız şərait”...

img

Salyan rayonunun Sarvan kənd sakini, Əməkdar mədəniyyət işçisi, şəhid atası Qaraşov Cahangir Bahadır oğlu Prezident İlham Əliyevə məktubunda qeyd edir ki, son illər ərzində Azərbaycanın bütün bölgələrində olduğu kimi, doğma Salyanın da hər yerində abadlıq və quruculuq işləri geniş vüsət alıb.

“Kənd təsərrüfatının inkişafı, insanlara qayğı və diqqət ürəyimizcədir. Xüsusilə qeyd etmək istəyirəm ki, aqrar sahənin inkişafına verilən dəstək sahəsində həm əkin sahələri genişlənir, həm də insanların güzəranı yaxşılaşır. Torpağa bağlanmaq və əkin-biçin işləri aparmaq istəyən vətəndaşlar üçün geniş imkanlar və əlverişli şərait yaradılıb. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm” - deyə şəhid atası məktubunda bildirib.

Baki-xeber.com

Son xəbərlər