Lənkəranın Günəhir sakini Mirzəhüseyn müəllim Prezidentə aztəminatlılara dövlət yardımı barədə təəssüratlarını yazdı...

Lənkəran rayonunun Günəhir kənd sakini, müəllim Miriyev Mirzəhüseyn Mirzəmməd oğlu da Prezident İlham Əliyevə məktub ünvanlayıb. M.Miriyev pandemiya dövründə vətəndaşlara göstərilən yardımlara, aztəminatlı ailələrin problemlərinin dövlət tərəfindən həll edildiyinə diqqət yetirib.
“Sizin uzaqgörən, müdrik siyasətinizin, vaxtında verilən sərəncamlarınızın nəticəsi olaraq, ölkəmiz COVID-19 virusundan ən az itki ilə qurtulmaqdadır. Bu gözəgörünməz virusla mübarizədə vətəndaşların məlum qərarlarınızla dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatələnməsi, kasıb, imkansız, əlil və aztəminatlı ailələrə edilən maddi və mənəvi dəstək bir daha sübut edir ki, Siz hər bir Azərbaycan vətəndaşının yanındasınız. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciəti və eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən aztəminatlı, kasıb ailələrə, əlillərə edilən yardımlar xalqını, millətini sevən, onun sağlamlığını hər şeydən üstün tutan rəhbərimizlə fəxr etməyimizə haqq qazandırır. Azərbaycanda qısa müddətdə bu gözəgörünməz düşmənlə mübarizə üçün tikilən klinika və modul tipli xəstəxanalar, innovativ sənaye əsasında yaradılmış tibbi resurslar, o cümlədən, tibbi maska və tibbi geyimlər istehsal edən müəssisələrin işə başlaması Sizin uzaqgörən siyasətinizin nəticəsidir. COVID-19 pandemiyası dövründə xalqın sosial, maddi rifahı naminə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı bildirirəm”.
O, həmçinin, vurğulayır ki, Prezidentin qətiyyətli qərarları ölkə başçısının vətəndaşların yanında olduğunu bir daha sübut edib.
Baki-xeber.com