12/07/2020 04:50
728 x 90

Tərtərin Yuxarı Qapan və Qazyan kənd sakinləri Prezidentə müraciət etdilər

img

“Sizin diqqət və qayğınız sayəsində Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən, uzunluğu 33,5 kilometr olan Səhlabad-Əskipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Ərazidə kommunikasiya xətləri qaydaya salınıb, su ötürücüləri qoyulub. Artıq yolun Səhlabad-Əskipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı-Yuxarı Qapanlı-Qazyan kəndlərini birləşdirən hissəsinə asfalt döşənib. Avtomobil yolunun yenidən qurulması biz Yuxarı Qapanlı və Qazyan kəndlərinin sakinlərinin də böyük sevincinə səbəb olub. Çünki gediş-gəlişimiz rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb, kənd təsərrüfatı məhsullarını mənzil başına vaxtında və itkisiz çatdırırıq”.  Bunu Prezident İlham Əliyevə Tərtər rayonu Yuxarı Qapanlı və Qazyan kəndlərinin sakinləri adından etdikləri müraciətdə Qədim Səfərov, Çingiz Cabbarov, Nəriman Əliyev, Altay Cəfərov bildirib. Məktub müəllifləri, eyni zamanda, cəbhə bölgəsinin sakinlərinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını da bildiriblər.

Baki-xeber.com

Son xəbərlər