Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə ötən ilin oktyabr ayından cari il martın 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək saxlanıb.
Araşdırma aparılır.