Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə təmizlikçi işləyən Bakı şəhər sakini S.Abdulova saxlanıb.
Araşdırma aparılır.