Polis əməkdaşlarının sayıqlığı sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 7-də saat 1 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisindən 10 ədəd relsi oğurlamağa cəhd göstərən 3 nəfər Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanaraq Keşlə Xətt Polis Bölməsinə təhvil verilib.
Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Şamaxı rayon sakini M.Xəlilov, Sumqayıt şəhər sakini İ.Ağayev və Bakı şəhər sakini S.Xanıyev olduqları müəyyən edilib.
Araşdırma aparılır.