Daxili işlər orqanları qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Belə ki, Hacıqabul rayonu Meyniman kənd sakini Fətulla Məmişov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanıb. Onun həyətyani sahəsinə baxış keçirilən zaman yarımtikilidə 1 ədəd “BUM” markalı ov silahı aşkar edilərək götürülüb.
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdiyi digər əməliyyat nəticəsində Hacıqabul rayon sakini Əliyusif Rəsulovdan 1 ədəd “TULA” markalı ov silahı aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı