Respublikanın daxili işlər orqanlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı növbəti tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən xeyli sayda güclü təsiredici həblər götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Z.Abdullayeva saxlanıb. Ondan güclü təsiredici xüsusiyyətə malik 305 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı