Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Ramin Məmmədovdan çəkisi 3 kiloqram 15 qram marixuana aşkar edilərək götürülüb.
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynovdan 470 qram marixuana götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı