DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayonunun Hacallı kənd sakini olan Zərniyar Səmədova RPŞ-yə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan 2 nəfər maska geyinmiş şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb edib.
Qadının müqavimət göstərdiyini görən həmin şəxslər qaçaraq oradan uzaqlaşıb. Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin rayonun Mülkülü kənd sakini 24 yaşlı Azad Ələkbərov və onun tanışı, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Vüqar Qurbanov olduğu müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanıb və törətdikləri əməli etiraf etməklə yanaşı, cinayətin törədilməsində istifadə olunan 1 ədəd maskanı təqdim ediblər.
Faktla bağlı araşdırma aparılır
Eşqin QASIMOV polis leytenantı