Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları aldadaraq dələduzluq yolu ilə pullarını almaqda şübhəli bilinən şəxslər saxlanıb.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Q.Şükürovanı aldadaraq 500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Şəki şəhər sakini Gündüz Abbasov saxlanıb.
Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini N.Nəsirovanın 100 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məhərrəmova saxlanıb.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki metal qəbulu məntəqələrinin birindən təmir-tikinti alətləri və plastik tullantılar oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rasim Fətəliyev saxlanıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun dələduzluq yolu ilə 3 Sumqayıt şəhər sakininin də pullarını aldığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı