Oktyabrın 30-da Qazax Rayon Polis Şöbəsinə müraciət edən Aslanbəyli kənd sakini O.Çələbiyev həmin gün sərxoş halda yaşadığı evə gələn Kamandar adlı qohumunun tüfənglə onu öldürəcəyi ilə hədələdiyini bildirib.
Rayon sakini Kamandar Nəsibov polis əməkdaşları tərəfindən saxlanıb, ondan tir tüfəngi götürülüb.
Rayon Polis Şöbəsində araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı