İyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisindəki fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapançayla öldürəcəyi ilə hədələyib və sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb.
Görülmüş tədbirlərlə A.Əliyev polis əməkdaşları tərəfindən saxlanıb, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb, bu zaman onun sərxoş halda olduğu müəyyən edilib.
Araşdırmalarla A.Əliyevin qeyd edilən tapançanı Ağstafa şəhər sakini Qurban Yusifova məxsus Poylu kəndi ərazisindəki çoban işlədiyi fermadakı dolabdan tapdığı müəyyən edilib.
Q.Yusifov Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən saxlanıb. O, qeyd edilən “Beretta 1934” markalı silahı tapdığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hər iki şəxs məsuliyyətə cəlb edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı