Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Əliyevdən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayət əməllərinin də üstü açılıb.
Belə ki, sentyabr ayından oktyabrın 22-dək olan müddətdə onun rayon ərazisində 12 həyətyanı sahədən qaz sayğaclarını oğurladığı müəyyən edilib.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı