Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Alpout kənd sakini, əvvəllər məhkum olunmuş Nəriman Abbasov saxlanıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evin zirzəmisindən əlavə olaraq çəkisi 4 kiloqram 125 qram marixuana aşkar edilərək götürülüb.
Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanan Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Adil Musayevdən 480 qram marixuana götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı