Oktyabrın 23-də saat 19 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, 24 yaşlı Səriyyə Abdullayevanın yaşadığı mənzildə qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat tədbirləri ilə qadının yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib.
Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İ.Abdullayev saxlanıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı