Sentyabrın 13-də saat 19:00 radələrində Daşkəsən rayonu Tapan kəndində yaşayan İlyas Bağırov və Tamara Bağırovanın küt və kəsici alətlərlə döyülərək, baş və bədən nahiyələrindən çoxsaylı xəsarətlər alması barədə Daşkəsən rayon Polis Şöbəsinə daxil olan məlumatla əlaqədar dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı Bağırov Firdovsi saxlanıb. İlkin araşdırmalar zamanı hadisənin təqsirləndirilən şəxsin içkili olması və şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub. İfadəsində Firdovsi tutduğu əməldən peşman olduğunu qeyd edib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Eşqin QASIMOV polis leytenantı