Qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının apardığı profilaktik tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Rafiq Səmədov müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə, Salyan rayonunun Noxudlu kənd sakini Müzəffər Feyzullayev isə müvafiq sənədləri olmayan “İJ-18 E” markalı ov tüfəngini RPŞ-yə təhvil verib.
Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Əlirzalı kənd sakini Sədrəddin Salahovdan müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülüb.
Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Əmircan qəsəbəsi ərazisində sellofan torbanın içərisində nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 5 ədəd patron tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı